Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kənan Yavuz: “Star” neft emalı zavodunun 100 min kubmetrlik ilk xam neft bazasının inşasına başlanılıb

Kənan Yavuz: “Star” neft emalı zavodunun 100 min kubmetrlik ilk xam neft bazasının inşasına başlanılıb

14.08.2015 [10:35]

İzmirin Əliağa rayonunda inşası davam etdirilən “Star” neft emalı zavodunun 100 min kubmetrlik ilk xam neft bazasının tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz məlumat verib.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu gün Petkim yarımadasına 10 milyard dollar, Trans-Anadolu qaz boru kəməri - TANAP layihəsinə isə 10 milyard dollar dəyərində investisiya yatırır. SOCAR hazırda Türkiyə tarixinin ən böyük sənayeçi investorudur. Bütün bu sərmayələrlə Türkiyə və Azərbaycan bayraqları daha da yüksəklərdə dalğalanacaq”, - deyə K.Yavuz qeyd edib.
“Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

 
Paylaş:
Baxılıb: 812 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31