Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir
22.08.2018 [09:21]
Paytaxtda piyada səkilərinin vəziyyətinə dair aparılan təhlillər, aşkar edilən çatışmazlıqlar və onların aradan qaldırılması istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov mövcud vəziyyət barədə danışıb. Bildirib ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Bu baxımdan piyada mühitinin yaxşılaşdırılmasının ən vacib elementlərindən biri də piyada səkiləridir.
Şöbə müdiri bildirib ki, Bakı şəhərində piyada səkilərinin təhlil edilməsi işlərinə başlanılıb. Artıq paytaxtın Səbail, Nəsimi, Yasamal, Binəqədi və Nərimanov rayonları bütünlüklə təhlil edilib: “Nizami rayonunda isə hələ ki, Qara Qarayev prospektində analoji işlər aparılıb. Əldə edilən nəticələr isə təbii ki, vəziyyətin kifayət qədər ürəkaçan olmadığını deməyə əsas verir. Müəyyən edilib ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir. Bu da şəhərimizdə piyada mühitinin inkişafına mane olmaqla yanaşı, piyadaların təhlükəsizliyinin təmin edilməsində bir sıra çətinliklər ortaya çıxarır. Belə ki, bu cür hallarda piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olduğundan, piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin baş vermə riski artır”.
F.İsmayılov qeyd edib ki, dövlət tikinti normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır. Hazırda aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret addımlar atılmaqdadır. Təhlillərin nəticələri müvafiq olaraq, rayon icra hakimiyyətlərinə məktub vasitəsi ilə təqdim edilib. Artıq Nəsimi rayonunda qanunsuz olaraq müxtəlif obyektlər tərəfindən zəbt edilən səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə işlərə başlanılıb. Bununla yanaşı, Nizami rayonunun Qara Qarayev prospektinin müəyyən hissəsində də səkilərin piyadaların hərəkəti üçün uyğun vəziyyətə gətirilməsi işləri görülür.
Onun sözlərinə görə, səkilərlə yanaşı eyni vəziyyət avtobus dayanacaq məntəqələri ilə bağlı da müşahidə edilir. Əksər küçələrdə sərnişinlər dayanacaq məntəqəsinin ərazisinə daxil olmaq üçün məcbur olur ki, yolun hərəkət hissəsinə çıxsın, bu da sərnişinlərin təhlükəsizliyi baxımından ciddi problemdir. Çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərə başlanılıb və məqsəd zəbt olunmuş səkilərin piyadalara qaytarılması, eləcə də bunun mövcud olmadığı yerlərdə yeni, standarta uyğun səkilərin yaradılmasıdır: “Agentlik aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində göstərilən problemlərin aradan qaldırılmasına çalışır. Bakı şəhərində piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün zəruri olan bütün tədbirlər görüləcək. Bu, dövlət başçısının Bakı Nəqliyyat Agentliyi qarşısında qoyduğu ən mühüm tapşırıqlarından biridir və bütün aidiyyəti qurumları əməkdaşlığa dəvət edirik. Mövcud problemlərin səmərəli həllinə nail olmaq üçün koordinasiyalı işin qurulması vacib amildir”.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

