/ / Ortamüddətli xərclər çərçivəsinin tətbiqi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur
30.08.2018 [09:25]
Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiq edilməsi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən Ortamüddətli xərclər çərçivəsinin hazırlanması və bu zəmində nəticə əsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədilə “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilib.
Qaydaya əsasən OMXÇ-nin əsas məqsədi makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticə əsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılmasıdır.
OMXÇ-nin hazırlanması büdcənin tərtibi prosesinin birinci - strateji mərhələsini təşkil edir. Bu məqsədlə cari büdcə ilinin ilk yarısında ortamüddətli dövr üçün məcmu resurs zərfi və milli xərc prioritetləri hökumət tərəfindən müəyyən olunur və bu əsasda büdcə təşkilatları öz strateji planlarını, davam etməkdə olan layihələr və yeni siyasət təşəbbüsləri (YST) üzrə cari və əsaslı xərclərinə dair sifarişlərini hazırlayaraq təqdim edirlər. Ortamüddətli resurs zərfi cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün isə ilkin iqtisadi və sosial inkişaf proqnozlarını, həmçinin büdcə təşkilatlarının strateji planlarını nəzərə almaqla tərtib olunur.
Ortamüddətli xərclər çərçivəsi sənədinin tərkib hissəsi olaraq hazırlanan digər mühüm sənəd isə milli xərc prioritetləridir. Milli xərc prioritetləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol xəritələri, sektor strateji planları, həmçinin büdcə təşkilatlarından daxil olmuş YST ilə aydın şəkildə əlaqələndirilməklə tərtib edilir.
OMXÇ-nin tətbiqi üçün ilkin olaraq büdcə təşkilatlarında strateji planlaşdırma potensialının gücləndirilməsi mühüm şərtdir. Məhz buna görə də, OMXÇ-nin tətbiq edilməsi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur.
Dövlət qurumları arasında daha çevik kommunikasiya və məlumat mübadiləsinə əsaslanan Ortamüddətli xərclər çərçivəsinin tətbiqi makroiqtisadi koordinasiyanı daha da gücləndirəcək və dövlət vəsaitlərinin daha səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.
Beynəlxalq təcrübə, ölkə iqtisadiyyatının xüsusiyyətləri və həyata keçirilən digər fiskal islahatlar da nəzərə alınmaqla hazırlanmış OMXÇ Qaydası dövlət maliyyə idarəedilməsinin təkmilləşdirilməsi vasitəsilə makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

