/ / Avropa İttifaqı ilə Lənkəranda regional inkişafa dəstək Proqramı üzrə Maliyyələşdirmə Sazişi imzalanıb
Avropa İttifaqı ilə Lənkəranda regional inkişafa dəstək Proqramı üzrə Maliyyələşdirmə Sazişi imzalanıb
03.10.2018 [08:40]
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında “Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” imzalanıb. Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunun rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankaus imzalayıb.
Nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusilə önəmli olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 2017-ci ildə 42 faiz, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5 faiz təşkil edib. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 16 milyard dollara yaxın investisiya yatırıb. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. Artıq 34 Tvinninq layihəsinin icrası müvəffəqiyyətlə başa çatıb, 10 Tvinninq layihəsi isə icradadır.
Görüşdə ölkəmizin Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb, Azərbaycanın nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolu, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağı vurğulayaraq bu sahədə fikirlərini bölüşüb.
Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edən Kestutis Yankauskas Azərbaycanda qeyri-neft sektorunun prioritetliyini vurğulayaraq, ölkəmizin geniş ixrac imkanlarını qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

