Azərbaycanın “Doing Business 2019” hesabatında irəliləyişi olduqca böyük nailiyyətdir
03.11.2018 [10:42]
“Davamlı və hərtərəfli inkişafı hədəfləyən siyasət həyata keçirən Azərbaycan hazırda bütün dünyada islahatçı ölkə kimi tanınır. Bunu Dünya Bankının bu günlərdə təqdim olunan “Doing Business 2019” hesabatından bir daha görmək mümkündür. Bəhs olunan hesabatda Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda respublikamız ötən illə müqayisədə öz mövqeyini 32 pillə yaxşılaşdırmağa nail olub və 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bu nəticə ilə Azərbaycan dünyanın bir sıra ölkələrini geridə qoyub və MDB məkanında lider mövqeyə yüksəlib”. Bu fikirləri qəzetimizə açıqlamasında Dünya Bankının “Doing Business 2019” hesabatını dəyərləndirən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri, iqtisad üzrə fəlsəfə doktoru Bilman Vəliyev ifadə edib.
O bildirib ki, Azərbaycanın uğurlarının Dünya Bankının nüfuzlu hesabatında yüksək dəyərləndirilməsi ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətə verilən qiymətdir. Dünya Bankının “Doing Business 2019” hesabatında yüksək dəyərləndirilən uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir.
B.Vəliyev bildirib ki, son 15 ildə dünya miqyasında Azərbaycan kimi yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olan ölkələrin sayı çox azdır. Respublikamız qısa müstəqillik tarixində özünün iqtisadi və maliyyə müstəqilliyini təmin etməyə nail olub. Bu uğuru şərtləndirən amillər sırasında ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Fikirlərinə davam edən B.Vəliyev vurğulayıb: “Bu islahatların böyük qismi isə respublikamızda qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin üstün inkişafının təmin edilməsinə hesablanıb. Həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə, respublikamızda “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

