Şanxayda Azərbaycan-Çin iqtisadi əlaqələri müzakirə edilib
08.11.2018 [09:14]
Çində səfərdə olan iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu ilə görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində önəmini vurğulayıb. Qeyd olunub ki, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın, o cümlədən nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsinə müsbət töhfəsini verir. Azərbaycan Çinin “Kəmər - Yol” strategiyasını dəstəkləyir. “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış Anlaşma Memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır”, - deyə nazir Şahin Mustafayev vurğulayıb. İqtisadiyyat naziri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti və üstünlükləri barədə məlumat verib, iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin koordinasiyası üçün İşçi Qrupun yaradılmasını təklif edib. Qeyd olunub ki, Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı Çin, Türkiyə, Qazaxıstan və Gürcüstanın iştirakı ilə tədbir keçirilə bilər.
Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu İpək yolu üzərində yerləşən Azərbaycanın son illər hərtərəfli inkişafını vurğulayıb, “Kəmər və Yol” strategiyası çərçivəsində ölkəmizlə əlaqələrin genişləndiyini qeyd edib. Bu ilin əvvəlində Azərbaycanın Pekində və Sianda Trans-Xəzər nəqliyyat dəhlizinin uğurlu təqdimatını xatırladan Lu Donqfu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüb, nəqliyyat sahəsində əlaqələrin koordinasiyası məqsədilə İşçi Qrupun yaradılması barədə təklifi razılıqla qarşılayıb.
Görüşdə Azərbaycan tərəfindən ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və digər şəxslər iştirak ediblər.
İqtisadiyyat naziri Şahin Mustafayevin “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə görüşündə şirkətin ölkəmizdə fəaliyyətinə və əməkdaşlığın inkişafı imkanlarına dair fikir mübadiləsi aparılıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini qeyd edən nazir Şahin Mustafayev CNEEC-in də Azərbaycanda iş təcrübəsinin olduğunu və şirkətin müxtəlif layihələrin icrasında iştirak etdiyini, Azərbaycanın CNEEC-lə əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu bildirib.
CNEEC-in vitse-prezidenti Cenq Çenqçün şirkətin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib və ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayıb, CNEEC-in Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

