/ / Hesablama Palatasında Tvinninq layihəsi çərçivəsində büdcə təşkilatları üçün seminarlar keçirilib
Hesablama Palatasında Tvinninq layihəsi çərçivəsində büdcə təşkilatları üçün seminarlar keçirilib
07.12.2018 [10:08]
Dekabrın 5-6-da Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə keçirilən “Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin icrası çərçivəsində ayrı-ayrı büdcə təşkilatlarında maliyyə idarəetməsi sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün silsilə tədbirlər keçirilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə üzrə palatanın əsas tərəfdaşları - audit olunan qurumlar, parlamentin müxtəlif komitələri, media və digər maraqlı tərəflər ilə münasibətləri nəzərdə tutan komponenti əhatə edən seminarların əsas mövzusu “Hesablama Palatasının vəzifə, səlahiyyət və funksiyaları”dır.
2017-ci ilin oktyabr ayında start verilmiş layihə Benefisiar ölkəni təmsil edən Azərbaycan Respublikası Hesablama Palatasının və Aİ-yə üzv dövlət qismində Polşanın Ali Audit İdarəsinin ekspertlərinin dəstəyi ilə 27 ay ərzində həyata keçiriləcək.
Tvinninq Layihəsinin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsidir. Bu layihə həm də hər iki qurumun qarşılıqlı əməkdaşlığının gücləndirilməsinə təkan verəcək.
Layihə beynəlxalq səviyyədə və Aİ tərəfindən qəbul edilmiş qabaqcıl təcrübələr əsasında Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən müəyyən edilmiş kənar dövlət auditi standartlarına uyğun olaraq Hesablama Palatasının institusional və inzibati potensialını gücləndirmək məqsədilə 4 nəticəyə nail olmağı nəzərdə tutur: Kadrlardan maksimum dərəcədə səmərəli və effektiv şəkildə istifadə etmək məqsədilə Hesablama Palatasının insan resurslarının idarə edilməsi və idarəetmə potensialının inkişaf etdirilməsi; Hesablama Palatasının Azərbaycanın yerli hüquqi normativ mühitinə və ISSAI standartlarına uyğun olaraq maliyyə və uyğunluq auditlərinin həyata keçirilməsi və hesabatların hazırlanması sahəsində potensialının inkişaf etdirilməsi; Hesablama Palatasının ISSAI standartlarına və Azərbaycanın yerli qanunvericiliyinə / normativ aktlarına uyğun səmərəlilik auditlərinin həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması potensialının inkişaf etdirilməsi; Hesablama Palatasının, funksiya və fəaliyyəti ilə əlaqədar məsələlərə dair Milli Məclis, audit edilən təşkilatlar və KİV-lər daxil olmaqla, məlumatlılıq səviyyəsi yüksək olan maraqlı tərəflər ilə effektiv münasibətlər qurması.
Qeyd edək ki, sadalanan istiqamətlər üzrə ötən dövrdə bir sıra müvafiq tədbirlər həyata keçirilib. Bunlar əsasən müxtəlif audit növləri üzrə təlimləri, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericiliyin təhlili və beynəlxalq standartların tələbləri ilə müqayisəni, Polşa Ali Audit Qurumunun təcrübəsinin real iş şəraitində öyrənilməsi məqsədilə təlim səfərlərini və s. əhatə edib. 2019-cu ilin sonunda başa çatacaq layihə üzrə növbəti tədbirlər pilot maliyyə və səmərəlilik auditlərinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi və bu fəaliyyətlərdən əldə edilmiş nəticələr əsasında daxili təlimat və tövsiyə sənədlərinin təkmilləşdirilməsi məsələlərini əhatə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

