ABŞ defolt qarşısında...
18.05.2023 [11:40]
Dünya iqtisadiyyatını nə gözləyir?
Nicat Dilqəmli
Cari ilin əvvəlindən etibarən dünyanın ən iri, supergüc dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) defolt təhlükəsi ilə üz-üzə olması ilə bağlı məlumatlar səngimək bilmir. Bugünlərdə Amerika iqtisadiyyatının defolt təhlükəsi ilə üz-üzə olması ilə bağlı xəbərlər yenidən dünya mediasının gündəmini zəbt edib. Bu barədə məlumatı ABŞ-nin maliyyə naziri Canet Yellen bildirib. Yellenin sözlərinə görə, Birləşmiş Ştatlarda defolt iyunun 1-də baş verə bilər: “Konqres borc tavanını dərhal qaldırmalıdır. Xəzinədarlıq departamenti, çox güman ki, iyunun 1-də artıq hökumətin bütün öhdəliklərinə cavab verə bilməyəcək”. Müraciət ilk növbədə Konqresin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkartiyə göndərilib. Daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Konqres liderləri ilə görüşmüş, dövlət borcunun tavanının artırılması məsələsi gündəmdə olsa da, tərəflər razılığa gələ bilməmişdi.
Defolt nədir?
Defolt (Default) - borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilməsi imkanının olmamasıdır. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən, ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır. Defoltun texniki, korporativ, suveren kimi növləri fərqləndirilir.
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ öz tarixində ilk dəfə defolt riski ilə 2021-ci ilin payızında üzləşib. Həmin dövrdə Konqresin Nümayəndələr Palatası hökumətin borclanmasına dair həddin götürülməsi üzrə qanun layihəsinin lehinə səs verib (219-un 212-ə səs çoxluğu ilə). Bu və digər tədbirlər ABŞ-nin öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməsi üçün 2022-ci ilin dekabrına qədər hər hansı yuxarı hədd olmadan əlavə borc cəlb etməsinə imkan yaradıb. Ümumiyyətlə, ABŞ Konqresi 1960-cı ildən bəri 78 dəfə borc limitinin götürülməsinə dair qanun layihələri qəbul edib. Sonuncu belə hal 2019-cu ildə baş verib. Ən dramatik vəziyyətlərdən biri isə 2011-ci ildə yaranıb və “Standard&Poors” reytinq agentliyi tarixdə ilk dəfə ABŞ-nin kredit reytinqini aşağı salıb.
Hazırda ABŞ-də dövlət borcunun yuxarı tavanının artırılması ilə bağlı müzakirələr davam etməkdədir. Mayın 11-də prezident Cozef Baydenin tavanın artırılması nəticəsində yarana biləcək vəziyyət haqqında öz fikirlərini səsləndirməsi də təsadüfi deyil. ABŞ lideri bildirib ki, Konqres borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməsə, ABŞ-ın defoltu bütün dünyada iqtisadi problemlərə gətirib çıxaracaq: “Əgər borcumuzu yerinə yetirməsək, bütün dünyada problemlər olacaq. Amerikanın etibarlı tərəfdaş kimi zəhmətlə qazandığı reputasiyasının qorunması ilə bağlı çoxlu müzakirələr gedir”. Ağ Ev rəhbəri deyib ki, defolt ABŞ iqtisadiyyatı, həm də dünya üçün çox risklidir: “İndi tənəzzülə imkan vermək, milyonlarla iş yerini, ABŞ-ın dünya səhnəsindəki statusunu riskə atmaq vaxtı deyil”.
Bəs hazırkı vəziyyət nədən xəbər verir? Defolt təhlükəsi ilə üz-üzə olan ABŞ iqtisadiyyatını qarşıda nə gözləyir? Proseslərin gedişatı nə ilə nəticələnə bilər?
ABŞ iqtisadiyyatının üzləşdiyi hazırkı vəziyyətin yarada biləcəyi nəticələr, proseslərin dünya iqtisadiyyatına təsirləri və bu kimi digər bir çox məsələlər barədə fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən iqtisadçı ekspert Eldəniz Əmirov qəzetimizə açıqlamasında ABŞ-də pul kütləsinin azalmasının iqtisadi sahədə aktiv olan subyektlər üçün, eyni zamanda, ABŞ-nin özü üçün gözlənilən olduğunu bildirib. Ekspertin sözlərinə görə, bu, məqsədli şəkildə edilir: “Burada məqsəd inflyasiyanı cilovlamaqdır. ABŞ-də pul kütləsinin azalması əslində, istər banklar, istərsə də, ümumilikdə, maliyyə sistemi üçün ciddi təhdid hesab edilməməlidir. Bunu cilovlamaq, idarə etmək ABŞ üçün daha asandır. Pul əskinaslarının çap olunaraq dövriyyəyə buraxılması və lazımi formada idarə edilməsi, kontrolda saxlanılması, yəni, artırılma tendensiyası o kütlənin yığılmasından daha asandır. Bu baxımdan, ABŞ-də banklar üçün hansısa bir kütləvi problemin olmasını, müflisolmanın baş verməsini gözləmirəm”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50

