Sərt cərimələr tətbiq olunacaq
14.06.2023 [10:32]
Taksi xidmətinin keyfiyyəti yüksələcəkmi?
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə ölkədə taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq edilməsi nəzərdə tutulur. Bunlar Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Cərimələrin artırılmasını şərtləndirən amillər
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə qanunvericiliyin tələblərini pozan taksi operatorlarına münasibətdə cəzaların sərtləşdir?lməsinin nəzərdə tutulması heç də təsadüfi deyil. Bu sahədə çoxsaylı nöqsanların olduğunu deyə bilərik ki, bütün bunlar da daha sərt cəza tədbirlərinin görülməsi zərurəti yaradır. Hazırda ölkəmizin taksi bazarının 5 xarici şirkətin (“Uber”, “Bolt”, “Yango”, “Maxim”, “Uklon Umico”) inhisarında olduğunu deyə bilərik. Həmin şirkətlər milli qanunvericiliyin tələblərinə məhəl qoymayaraq taksi bazarında qeyri-sağlam rəqabət mühiti formalaşdırıblar. Bununla da bazara yerli şirkətlərin daxil olmasına ciddi maneələr yaranıb.
Hazırda qiymətlərin aşağı olması taksi bazarında müşahidə edilən yeganə müsbət cəhətdir. Əslində isə bu sahədə bir xaos yaşanır. Qiymətlərin aşağı olması belə müştəri məmnunluğu yaratmır. Taksi xidmətindən həm dövlət qurumları, həm sərnişinlər, həm də sürücülər narazılıq edirlər. O cümlədən dövlət qurumları qanunvericiliyin tələblərinin gözlənilmədiyini bildirirlər və operator şirkətləri qaydalar çərçivəsində fəaliyyət göstərməyə çağırırlar. Sərnişinlər avtomobillərin köhnə, nasaz olmasından, xidmətin aşağı keyfiyyətindən, nağdsız ödəmə imkanları yaradılmamasından, bir sıra hallarda şərtlərin pozulmasından narazılıq edirlər. Sürücülərdə etirazlar yaradan əsas məsələ isə operatorların aldıqları komissiyanın yüksək olmasıdır. Həmin komissiya müştəriyə bəyan olunan ümumi gediş haqqının15-20 faizinə çatır. Halbuki əksər ölkələrdə komissiya məbləği ümumi gediş haqqının 10 faizindən yuxarı olmur. Belə qənaət hasil olur ki, biznes fəaliyyəti üçün ölkəmizi seçən operatorlar burada taksi fəaliyyətindən daha çox sürücülərin istismar edilməsi ilə məşğul olurlar.
Xarici şirkətlərin taksi bazarında fəaliyyətində narahatlıq yaradan ən mühüm amillərdən biri respublikamız və Azərbaycan vətəndaşları barədə məlumatların ölkə hüdudlarından kənara sızdırılması ehtimalı ilə bağlıdır. Mütəxəssislərin qənaətinə görə, bir sıra anti-Azərbaycan dairələr belə məlumatları əldə etmək üçün müxtəlif vasitələrə əl atırlar. Bununla bağlı çoxsaylı faktlar da aşkarlanıb. Anti-Azərbaycan dairələrin xarici taksi şirkətləri ilə müəyyən işbirliyinə qoşulması riskləri kifayət qədər böyükdür. Mövcud qanunvericiliyin pozulması buna imkan yaradır.
Bununla bağlı narahatlıq bir qədər bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə də ifadə olunub. Bəhs olunan görüşdə xüsusi olaraq vurğulanıb ki, əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir. Ayrı-ayrı operator şirkətlərin qanunvericiliyin tələblərindən yayınmaları milli maraqlarımıza təhdidlər yaradır və bunun qarşısı mütləq alınmalıdır.
Sərt cərimələr hansı hallarda tətbiq olunacaq?
İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni maddəyə əsasən, sərt cərimələr “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilmiş tələblərin pozulması hallarında tətbiq olunacaq. Belə ki,
-“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına;
- hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə;
-“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün tələb olunan sənədlərin daşıyıcılarda olmasına nəzarət edilməməsinə,
- icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Eyni zamanda, layihəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək. Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03

