Azad sahibkarlıq və KOB-lar...
25.09.2025 [08:17]
İqtisadi inkişafın əsas faktorlarından biri
Müasir dövrdə iqtisadi inkişafın ən mühüm amillərindən biri azad sahibkarlığın və liberal iqtisadiyyatın mövcudluğudur. Hər iki anlayış iqtisadiyyatın təməlini təşkil edir və ölkələrin rifah səviyyəsini yüksəltməkdə əsas rol oynayır. Azad sahibkarlıq iqtisadi fəaliyyətin sərbəst aparılması və bazar iqtisadiyyatının prinsipial şəkildə təşviq edilməsidir. Liberal iqtisadiyyat isə bu prinsipləri dövlət səviyyəsində dəstəkləyən və bazar mexanizmlərinin sərbəst işləməsinə şərait yaradan sistemdir.
Azad sahibkarlıq iqtisadiyyatın dinamikliyini artırır, yeni iş yerlərinin yaranmasına səbəb olur və insanların iqtisadi azadlığını təmin edir. Sahibkarlar öz biznes ideyalarını həyata keçirərək həm özlərini, həm də cəmiyyətin rifahını artırırlar. Liberal iqtisadiyyat isə bazar iqtisadiyyatının səmərəliliyini təmin edən qanunvericilik və iqtisadi siyasəti formalaşdırır.
Azad sahibkarlığın təməl daşı
Məlumdur ki, Kiçik və Orta Bizneslər (KOB-lar) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir. KOB-lar iqtisadiyyatda elastiklik və çeviklik təmin edir, daha sürətli qərar qəbul edir və dəyişən bazar şərtlərinə adaptasiya oluna bilir. Azad sahibkarlıq da KOB-ların inkişafının əsas təməllərindən biri sayılır. Bir sözlə, KOB-lar müxtəlif sahələrdə fəaliyyət göstərərək iqtisadiyyatın balanslaşdırılmış və davamlı inkişafına kömək edir. Azad sahibkarlıq mühiti KOB-lara innovativ məhsullar və xidmətlər təklif etməyə, həmçinin bazarda rəqabət aparmağa şərait yaradır.
Eyni zamanda, KOB-lar şəhər və kənd yerlərində iqtisadi aktivliyin artmasına səbəb olur, bölgələrdə sosial-iqtisadi inkişafı dəstəkləyir. Bu baxımdan KOB-lar azad sahibkarlığın təməl daşıdır və iqtisadiyyatın dinamikliyini, innovasiyasını və sosial sabitliyini təmin edən vacib amildir.
KOB-ların rəqəmsal və “yaşıl keçid”inə dəstək artırılır
Bu günlərdə 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, gündəlikdə iki əsas istiqamət mühüm yer tutur. Bunlar KOB-ların rəqəmsallaşması və yaşıl keçididir.
Onun sözlərinə görə, rəqəmsallaşma və “yaşıl keçid” istiqamətləri KOB-ların davamlı inkişafına xidmət edir: “Bu istiqamətlər sahibkarların daha dayanıqlı iş yerləri yaratmasına və iqtisadi dəyişikliklərə hazır olmasına imkan verəcək. KOBİA COP29 çərçivəsində KOB-lar üçün qlobal iqlim hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib və “KOB-ların yaşıl keçid üçün Bakı İqlim Koalisiyası haqqında Birgə Bəyannamə”yə start verib. Artıq 20-dən çox yerli və xarici təşkilat bəyannaməni dəstəkləyir. Qoşulma prosesi açıqdır və təbliğat işləri davam etdirilir”.
KOB-lara yönəlmiş dəstək mexanizmləri
KOB-larla bağlı 3 vacib məsələyə xüsusi diqqət yetirilməsinin vacib olduğunu qeyd edən O.Məmmədov bunların - KOB-ların ehtiyaclarının daim nəzərdən keçirilməsi, bu ehtiyaclar əsasında xüsusi dəstək alətləri və xidmətlərin yaradılması və həmin mexanizmlərə, xidmətlərə əlçatanlıq təmin edilməsi olduğunu bildirib: “KOBİA KOB-larla ünsiyyət qurmaq üçün effektiv və müxtəlif kommunikasiya kanalları yaradıb. Mütəmadi olaraq sektorlar üzrə görüşlər təşkil edir, sorğular keçirir və KOB-ların müraciətlərini təhlil edirik. Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində tematik məsləhətləşmələr də təşkil olunur. Sözügedən kommunikasiya kanalları vasitəsilə əldə etdiyimiz məlumatlar əsasında xüsusilə KOB-lara yönəlmiş müxtəlif dəstək mexanizmləri hazırladıq - daxili bazar araşdırması, ticarət mərkəzlərinə çıxış, qrant proqramı, “Startap” şəhadətnaməsi, KOB klaster mexanizmi, daxili və xarici sərgilərdə iştiraka dəstək və s”.
O.Məmmədov onu da əlavə edib ki, KOB-ların potensialının artırılmasına xüsusi diqqət yetirilir: “Bu məqsədlə KOB inkişaf mərkəzləri və KOB Model Müəssisə yaradılıb. Bu mexanizmlər gələcək iqtisadi tendensiyalara daha uyğun xidmətlər göstərməkdədir. Bizneslərin dövlətin dəstək alətlərinə, eləcə də “G2B” və “B2B” xidmətlərinə çıxışını asanlaşdırmaq üçün bir pəncərə xidmət modeli - KOB evləri fəaliyyət göstərir. Yeri gəlmişkən, ötən il Azərbaycanın “KOB evi” modeli beynəlxalq səviyyədə tanınaraq, innovativ təcrübə kimi qiymətləndirilib”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

