Böyük Qayıdış fonunda yeni mənzərə!
20.11.2025 [08:32]
Ölkəmizin demoqrafik göstəriciləri...
Əhalinin sayı ilə bağlı açıqlanan son rəsmi statistika Azərbaycanın demoqrafik mənzərəsində davamlı artım tendensiyasının qorunduğunu göstərir. Dövlət Statistika Komitəsindən (DSK) bildirilib ki, bu ilin əvvəlinə nisbətən əhali 28 min 758 nəfər çoxalıb və oktyabrın 1-nə olan məlumata əsasən 10 milyon 253 min 647 nəfərə çatıb. Eyni dövrdə Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə 20 min 879 nəfərin köçməsi təmin edilib, həmçinin həmin bölgələrdə müvəqqəti yaşayanlar və Qarabağ Universitetinin tələbələri nəzərə alınmaqla ümumi məskunlaşma 61 min 950 nəfərə yüksəlib. Doğum, ölüm, nikah, boşanma və miqrasiya göstəriciləri də ilin demoqrafik dinamikasının ümumi çərçivəsini formalaşdırır və hazırkı trendlər ölkənin sosial strukturunda həm makro, həm də regional səviyyədə mühüm dəyişikliklərə işarə edir.
Əhalinin ümumi sayında qeydə alınan artımın tempi əvvəlki illərlə müqayisədə nisbətən stabil görünür. Mövcud göstəricilər təbii artım və miqrasiyanın balanslı təsir göstərdiyini göstərir. Doğum səviyyəsində müəyyən enmə müşahidə olunsa da, ölkə üzrə təbii artımın qorunması demoqrafik stabillik baxımından vacib faktordur. Cari dövrdə doğumun hər 1000 nəfərə düşən göstəricisi 10,1-dən 9,4-ə enib. Bu dinamika dünya üzrə oxşar tendensiyaya uyğun gəlir. Bir çox ölkələrdə doğum səviyyəsinin azalması urbanizasiya, yaşam xərclərinin yüksəlməsi, ailə qurma yaşının artması və sosial prioritetlərin dəyişməsi kimi amillərlə izah olunur.
Azad edilmiş ərazilərə qayıdanların sayı artdıqca...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, Azərbaycanın iqtisadi rayonlarında doğum səviyyəsinin fərqli olması regional sosial-iqtisadi şəraitin təsiri ilə bağlıdır: “Dağlıq Şirvan, Lənkəran-Astara, Qarabağ və Şərqi Zəngəzur kimi bölgələrdə doğum səviyyəsinin ölkə üzrə orta göstəricini üstələməsi bu ərazilərdə ailə modelinin ənənəvi xüsusiyyətlərini qoruması, urbanizasiya faizinin nisbətən aşağı olması və gənc əhali payının yüksək qalması ilə əlaqələndirilə bilər.
DSK-nın Böyük Qayıdış proqramı çərçivəsində açıqladığı rəqəmlər Azərbaycanın yeni demoqrafik xəritəsinin formalaşdığını göstərir. Azad edilmiş ərazilərə qayıdanların sayı artdıqca həmin bölgələrin sosial strukturu bərpa olunur, iqtisadi fəallıq üçün zəruri insan resursu güclənir və regionlararası balans dəyişməyə başlayır. Hazırda 61 min 950 nəfərin bu torpaqlarda məskunlaşması həm infrastrukturun bərpası, həm də sosial xidmətlərin genişlənməsi prosesinin real nəticələrindən biridir. Bu dinamikanın davam etməsi Qarabağ və Şərqi Zəngəzurun ölkənin demoqrafik xəritəsində daha yüksək paya sahib olmasını mümkün edir”.
Regional fərqlər özünü göstərir
İqtisadçı qeyd edib ki, ölkədaxili əhali nisbətində şəhər və kənd arasında demoqrafik balansın qorunması da diqqət çəkir: “Hazırda əhalinin 54,4 faizi şəhərlərdə yaşayır. Bu rəqəm urbanizasiyanın artdığını göstərsə də, kənd əhalisinin 45,6 faiz payı strukturun hələ də müxtəlifliyini saxladığını göstərir. Şəhər əhalisinin payının yüksəlməsi iqtisadi fəallığın mərkəzləşməsi, xidmət sektorunun genişlənməsi və yeni iş yerlərinin əsasən iri şəhərlərdə formalaşması ilə bağlıdır. Bu proses həm infrastruktur yükünü artırır, həm də ölkədə regionlar üzrə əhali axınlarının istiqamətini müəyyənləşdirir.
Nikah və boşanma göstəricilərinin analizi ailə institutunun dəyişən tendensiyalarını göstərir. Cari ildə nikahların hər 1000 nəfərə düşən göstəricisi 4,7-yə enib, boşanmalar isə 2,0 səviyyəsində qeydə alınıb. Bu rəqəmlər nikah dinamikasında səngimə olduğunu göstərsə də, boşanma göstəricisindəki azalma müəyyən sosial stabilliyi əks etdirir. Regional fərqlər burada da özünü göstərir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında nikah səviyyəsinin ölkə ortalamasından yüksək olması həmin bölgələrdə əhalinin yaş strukturunun gənc olması və məskunlaşma prosesinin fəallaşması ilə bağlıdır”.
Bu, demoqrafik risk yaratmır...
F.İbrahimov bildirib ki, ölüm göstəricisinin 5,7-dən 5,8-ə yüksəlməsi cüzi dəyişiklik kimi görünür və epidemioloji mənzərənin ümumi stabilliyini pozmur: “Ümumi artımın çox aşağı olması demoqrafik risk yaratmır, lakin əhalinin yaş strukturundakı dəyişikliklər uzunmüddətli perspektivdə sosial təminat və səhiyyə planlaşdırması üçün nəzərə alınmalı amildir.
Bütün bu göstəricilər birlikdə götürüldükdə Azərbaycanın demoqrafik mənzərəsinin stabilliyini göstərir. Təbii artımın qorunması, Böyük Qayıdış proqramı çərçivəsində yeni məskunlaşma dalğasının formalaşması, miqrasiyanın müsbət saldo ilə nəticələnməsi və regionlar üzrə tarazlığın saxlanılması ölkənin sosial və iqtisadi inkişaf strategiyasının demoqrafik əsaslarının möhkəm olduğunu təsdiqləyir. Qarşıdakı illərdə bu tendensiyaların davam etməsi əmək bazarının strukturu, regional inkişaf siyasəti və ümumi sosial planlaşdırma üçün geniş imkanlar yaradır”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

