Media islahatları milli mətbuatımızın inkişafı üçün mühüm önəm kəsb edir
27.08.2021 [13:07]
Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən, daha doğrusu, 1993-cü ilin iyunundan sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi istiqamətində də mühüm addımlar atılıb. Ötən illər ərzində sözügedən sahədə həyata keçirilmiş islahatlar, atılan addımlar öz bəhrəsini verib və Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib. Mediamız, eyni zamanda, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb. İstər Azərbaycanda, istərsə də dünyada baş verənlər haqqında informasiyaların cəmiyyətimizə, həmçinin ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində kütləvi informasiya vasitələri məqsədyönlü və səmərəli fəaliyyət göstəriblər. Lakin bu da danılmaz bir həqiqətdir ki, müasir dövr özü ilə dəyişikliklər, yeniliklər tələbini də gətirir. Məhz bu baxımdan, dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların və iş metodlarının tətbiq olunduğu müasir dövrdə Azərbaycanda da media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulub və bu reallıq yeni islahatları qaçılmaz edib.
Beləliklə, yeni konseptual baxış və fərqli tənzimləmə mexanizminin yaradılması ilə Azərbaycan mediası özünün inkişaf tarixində yeni mərhələyə qədəm qoyur. Bu konteksdə Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması, “Media haqqında” qanun layihəsinin hazırlanması milli mətbuatımızın inkişafı üçün mühüm önəm kəsb edir.
Azərbaycanda medianın inkişafı sahəsində aparılan yeni islahatlarla bağlı fikirlərini bölüşən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, Azərbaycan milli mətbuatı bir neçə tarixi inkişaf mərhələsindən keçib və hazırda özünün növbəti inkişaf dövrünə qədəm qoyur: “Təbii ki, bu məsələlərə toxunan zaman Azərbaycan milli mətbuatını beynəlxalq jurnalistika, dünya mətbuatından kənarda təsəvvür emək olmaz. Ona görə də yeni mərhələdə mətbuatımızın inkişafı üçün problemlərə yanaşma tərzi də, yeniliklərin tətbiqi ilə bağlı məsələlər də bu kontekstdə izah edilməlidir. Məlum olduğu kimi, klassik media ənənələri ilə yanaşı, yeni media müasir dünyada sürətlə inkişaf edir. İnternet mediası öz inkişaf yolunda yeni mərhələlərə qədəm qoyur. Bu şəraitdə peşəkar medianın da cəmiyyət qarşısında müəyyən öhdəliklərinin mövcud olduğunu vurğulamaq lazımdır. Bu baxımdan, media sahəsində islahatların tərkib hissəsi kimi dövlət başçısının Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasını və yeni yaranan qurumun götürdüyü islahatlar xəttini, yanaşmanı müsbət qiymətləndirirəm. Çünki MEDİA-nın bu istiqamətdəki fəaliyyəti həm klassik medianın ənənələrinin yaşadılması, həm də yeni medianın inkişafı üçün dövlət dəstəyini nəzərdə tutur. Eyni zamanda, müvafiq proqram və layihələr çərçivəsində yeni media strukturlarının formalaşdırılmasına, onların texniki imkanlarının yaxşılaşdırılmasına MEDİA-nın öz dəstəyini göstərməsi təqdirəlayiq haldır. Hesab edirəm ki, söhbət burada təkcə maliyyə yardımı və ya dəstəyindən getmir. Bu baxımdan, MEDİA-nın bütövlükdə, jurnalistikanın strukturlaşmasına öz töhfəsini verəcəyinə inanıram”.
Medianın İnkişafı Agentliyinin son aylardakı fəaliyyətinə, o cümlədən qurumun həyata keçirdiyi yeni layihələrə toxunan A.Aşırlı deyib ki, MEDİA-nın ADA Universiteti ilə birgə keçirilən proqram-layihələri maraqlı və jurnalistikamızın inkişafı üçün vacib elementləri özündə əks etdirir: “MEDİA-nın və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar, o cümlədən media nünayəndələri ilə “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər” mövzusunda müzakirələrin aparılması milli medianın gələcək inkişafı baxımından önəmlidir. Belə ki, müzakirələr zamanı qeyd edildiyi kimi, yeni qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən etməkdir”.
MEDİA-nın tərəfdaşlığı ilə keçirilən təlim, treninq və seminarlarla da bağlı fikrini bildirən baş redaktor deyib ki, ekstremal vəziyyətdə jurnalistlərin davranış qaydaları ilə bağlı təlimlərdə yerli mütəxəsssislərlə yanaşı, xarici ölkələrdən olan beynəlxalq ekspertlərin də iştirakı, o cümlədən “Al Jazeera” (“Əl-cəzirə”) və “Haber Global”(“Xəbər-Qlobal”) telekanallarının mütəxəssislərinin təcrübələrini bizimlə bölüşməsi mühüm əhəmiyyət daşıyır: “MEDİA, TİKA, Anadolu Agentliyinin Xəbər Akademiyası və Türkiye Radio Televizyon Kurumunun (TRT) təşkilatçılığı ilə “Böhran vəziyyətlərində jurnalistika” onlayn təlimi daxil olmaqla, xüsusilə bizim region üçün daha önəmli olan müharibə jurnalistikası ilə bağlı təlimlərin yüksək səviyyədə keçirilməsi həmin sahədə çalışan və ya maraq göstərən jurnalsitlərimizin peşəkarlığının artırılmasına böyük töhfə ola bilər”.
Baş redaktor bu günlərdə MEDİA-nın, Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə qardaş Türkiyənin paytaxtı Ankarada keçirilən “Hərbi jurnalistika” ilə bağlı təlimlərinin də əhəmiyyətli olduğunu deyib: “Belə ki, Azərbaycandan 24 jurnalistin qatıldığı təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda nəzəri çalışmalarla yanaşı, praktiki dərslərin nəzərdə tutulması xüsusi önəm kəsb edir”.
“MEDİA-nın yeni fəaliyyət modelinin aspektləri kifayət qədər geniş fəaliyyət istiqamətlərini əhatə edir. Bu sahədə atılan addımlara diqqət yetirəndə, demək olar ki, hazırda media islahatlarının Azərbaycan mətbuatının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rolu olacaq”, - deyə A.Aşırlı vurğulayıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

