Sahibkarlar innovasiyalara üz tuturlar
01.03.2022 [10:12]
Mübariz ABDULLAYEV
Azərbaycan müasir dövlət kimi inkişaf edir. Bu strateji kursa uyğun olaraq son illərdə istər sənayedə, istərsə də aqrar sektorda qabaqcıl təcrübənin, innovasiyaların, yeni texnologiyaların tətbiqi, elm tutumlu layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bu isə öz növbəsində ölkənin zəngin iqtisadi potensialından daha səmərəli istifadə olunmasına və bütün sahələrdə məhsuldarlığın artmasına yeni imkanlar açır. Bu baxımdan, respublikamızda sahibkarlıq subyektlərinin elm və innovasiya tutumlu layhələrinin dəstəklənməsi, belə fəaliyyətin təşviq edilməsi də təqdirəlayiq haldır. Əlamətdar haldır ki, son vaxtlarda yerli sahibkarlar tərəfindən təqdim olunan bir sıra layihələr müxtəlif sərgilərdə böyük maraqla qarşılanıb. Belə layihələr, istehsalatda tətbiqinə “yaşıl işıq” yandırılır.
Qrant müsabiqələri
Ölkəmizdə sahibkarlıq subyektlərinin innovativ təşəbbüsləri və layihələri müxtəlif vasitələrlə stimullaşdırılır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Yeni Azərbaycan”a verilən məlumata əsasən, 2021-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb. Bu məqsədlə keçirilmiş 1-ci qrant müsabiqəsinə 329 layihə daxil olub ki, onlardan 15-i maliyyələşdirilib (yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətləri üzrə). Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manata qədərdir.
KOBİA-nın məlumatında bildirilir ki, bu günlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci qrant müsabiqəsinin də nəticələri açıqlanıb. KOBİA tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş 200 layihədən 13-nün maliyyələşdirilməsi barədə qərar qəbul olunub.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının fevralın 24-də keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə 194-ü KOB subyekti və 6-sı qeyri-sahibkarlıq subyekti olmaqla, ümumilikdə 200 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən 186-sı mikro, 5-i kiçik, 3-ü orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 131-i dəstək, 7-si tədqiqat, 62-si isə digər sahələr üzrə layihələrdir.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr - 14 dekabr 2021-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2021-ci il - 10 fevral 2022-ci tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.
Startap şəhadətnaməsinin üstünlükləri
Nazirlər Kabinetinin 29.01.2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması Meyarları” təsdiq edilib. Ötən ilin may ayından etibarən mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. Ötən il “Startap” şəhadətnaməsi almaq üçün agentliyə 66 müraciət daxil olub, Ekspertlər Şurasının 8 iclası keçirilib. İndiyədək mikro və kiçik sahibkarlıq subyektlərinə 32 “Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Milli startap layihələri xarici şirkətlərin maraq dairəsində
KOBİA-dan qəzetimizə daxil olan məlumatda bildirilir ki, milli sahibkarların startap layihələrinə ölkə hüdudlarından kənarda da maraq böyükdür. Azərbaycanın “Nextsale” startapı xarici şirkət tərəfindən satın alınıb. Bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov startaplara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.
Qeyd olunub ki, “Nextsale” startapının xarici ölkəyə satılması digər yerli startapçılar üçün motivasiya xarakteri daşıyacaq və onları stimullaşdıracaq. Rəqəmsal iqtisadiyyat və 4-cü Sənaye İnqilabı startaplar üçün də əlverişli imkanlar yaradır. Yeni texnologiyalar qısa müddət ərzində biznesi genişləndirməyə, yeni bazarlara çıxmağa və dövriyyəni artırmağa imkan verir. Startaplar müasir texnologiyalardan və innovativ yanaşmalardan faydalanmaqla, yeni bizneslər yaratmaq və inkişaf etdirmək üstünlüklərinə malikdirlər. Qeyd edək ki, startap şəhadətnaməsi alan sahibkarlar KOB inkişaf mərkəzlərinin ödənişsiz təlim və məsləhət xidmətlərindən, satış imkanlarını genişləndirmək üçün www.kobmarket.az portalından, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə qrantdan da faydalanırlar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03

