Kəlbəcər Şəhəri Günü ilə əlaqədar məlumat bülleteni hazırlanıb
25.11.2024 [13:12]
25 Noyabr - Kəlbəcər Şəhəri Günü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında məlumat bülleteni hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Kəlbəcər Şəhər Gününün təsis edilməsi və burada aparılan bərpa-yenidənqurma işləri ilə əlaqədar qəbul edilən rəsmi sənədlərin tam mətni, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri haqqında geniş məlumat təqdim edilir. Bülletendə rayonun yaranma tarixi, gözəl təbiəti, əlverişli relyefi, ən qədim insan məskənlərindən biri olması, ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirlərinin mövcudluğu haqqında məlumat verilir.
Materialda Kəlbəcər ərazisində yerləşən faydalı qazıntılar, qızıl, xrom yataqları, civə ehtiyatları, füsunkar təbiətinin ayrılmaz tərkib hissələri olan Alagöllər, Qaragöl, Zalxa gölü, Keşdək, Qarasu, Mozçay kimi mineral yataqları, İstisu mineral su bulağı və onun yaranma tarixi haqqında məlumatlar yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda "Qarabağ dünən, bu gün və sabah" 22-ci elmi-əməli konfransının materialları, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Qarabağ: mülahizələr və düşüncələr”, “Qanı ilə Zəfər yazanlar”, “Kəlbəcər: ömrüm, həyatım” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, 2021-2024-cü illəri əhatə edən dövrü mətbuat nümunələri təqdim edilir.
Bundan əlavə, kitabxananın rəsmi saytında yaradılan “Kəlbəcər Şəhəri Günü” elektron resurslar bazasına yeni məlumatların əlavə edilməsi davam etdirilir. Qeyd edək ki, bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Kəlbəcər şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.
Hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilib.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58

