YARAT Müasir İncəsənət Mərkəzindən nadir imkan: muzeydə qeyri-adi gecə
20.05.2015 [09:47]
Mayın 23-də YARAT Müasir İncəsənət Mərkəzində “Muzeydə gecə” adlı tədbir keçiriləcək.
“Muzeydə gecə” hər il keçirilən qeyri-adi aksiyadır və 40 ilə yaxındır ki, intellektual istirahətin populyarlaşması məqsədilə dünyanın 143-dən çox ölkəsində təşkil olunur.
Azərbaycanda bu aksiya artıq ikinci dəfədir ki, keçiriləcək. Qonaqlar muzeylər üçün ənənəvi olan kolleksiya və ekspozisiyalarla yanaşı, müasir muzeyin təhsil və fəal istirahət üçün geniş imkanları ilə də tanış olacaqlar. Tədbir səhər saat 11-də başlayıb gecəyədək davam edəcək. Hər bir ziyarətçi ürəyinə yatan məşğuliyyəti tapa biləcək.
“Muzeydə gecə”nin proqramı da maraqlı olacaq. Açıq səma altında peşəkar mütəxəssislər Həmid Elsevər Həmidzadə və Səbinə Şahı tərəfindən yoqa dərsləri keçiriləcək. Baş aşpaz, “Qurmaniya” mətbəx layihəsinin həmtəsisçisi Fərhad Aşurbəylinin kulinariya üzrə, Latın Amerika rəqsləri üzrə ikiqat Azərbaycan çempionu və “Harmony Dance Studio”nun təsisçisi Fərid Mehdiyevin “Zumba Fitness” üzrə ustad dərsləri də tədbir iştirakçıları üçün maraqlı olacaq. Tarixi və doğma şəhəri sevənlər üçün isə tanınmış tədqiqatçı, Bakının sirləri haqqında ən maraqlı hekayətlər danışan Fuad Axundov ilə görüş təşkil ediləcək. Müasir incəsənətin gənc peşəkarları və həvəskarları rəssam Çingiz Babayevdən, art-menecer Fərid Abdullayevdən və musiqişünas Cahangir Səlimxanovdan ekspert məsləhətləri ala biləcəklər.
Tədbir boyu tanınmış DJ Panço coşqun musiqi nömrələri ilə YARAT Müasir İncəsənət Mərkəzini həyəcana gətirəcək, habelə film nümayişi, art-terapiya seansı və “VeloBaku” idman assosiasiyasından gəlmiş velosipedçilərin şousu olacaq.
Bütün tədbirlərə giriş sərbəstdir. Lakin ustad dərslərində iştirak etmək üçün öncədən müraciət edib yazılmaq lazımdır. Bunun üçün (+99412) 505 14 14 nömrəyə zəng vurmaq və ya info@yarat.az ünvanına bildiriş göndərmək olar.
Tədbir haqqında ətraflı məlumatı təşkilatın “Facebook” səhifəsindən - https://www.facebook.com/events/1596805340587431/ öyrənmək olar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

