Forum çərçivəsində “Demokratik mədəniyyət səriştə modeli” mövzusunda seminar keçirilib
20.05.2015 [09:50]
Mayın 19-da Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Avropa Şurasının təşkilatçılığı ilə “Demokratik mədəniyyət səriştə modeli” mövzusunda seminar keçirilib.
Avropa Şurasının təhsil siyasəti şöbəsinin nümayəndəsi Kristofer Reynolds seminarda çıxış edərək bildirib ki, təşkilata üzv ölkələrin dövlət başçılarının 2005-ci ildə keçirilən üçüncü Zirvə toplantısında demokratik mədəniyyət modelinin təsis edilməsi ilə bağlı razılıq əldə edilib. Bunun əsasında demokratik mədəniyyət layihəsi yaradılıb. Demokratik vətəndaşlıq, insan hüquqları və mədəniyyətlərarası dialoq məsələləri bu layihədə yer alıb. 2008-ci ildə “Bərabər ləyaqətlə birlikdə yaşamalı” adlı sənəd qəbul edilib. Məqsəd mədəniyyətlərarası səriştəni öyrənmək və öyrətmək, mədəniyyətlərarası dialoq üçün məkanlar yaratmaq və onu inkişaf etdirmək olub.
Qeyd edilib ki, Avropa Şurası yaradıldığı gündən təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirib və bu istiqamətdə müxtəlif layihələr həyata keçirib.
Vurğulanıb ki, mədəniyyətlərarası dialoq dillərlə çox sıx bağlıdır. Ona görə də Avropa dil portfelində mədəniyyətlərarası təcrübəyə əsaslanan xüsusi bölmə var. Bu bölmənin 2009-cu ildə genişləndirilməsinə qərar verilib. 2009-cu ildə mədəniyyətlərarası təmaslara dair sənəd qəbul olunub. Bu da insanların mədəniyyətlərarası təmaslar haqqında düşünmələrinə imkan yaradır.
Timişoara Mədəniyyətlərarası İnstitutunun direktoru və əsas ekspert qrupunun üzvü Kalin Rus “Demokratik mədəniyyət səriştə modeli” haqqında geniş məlumat verib. O deyib ki, Avropa Şurası ayrı-ayrı ölkələrdə bu istiqamətdə layihələrin həyata keçirilməsində daha fəal ola bilər. Bir sıra ölkələrin Təhsil nazirliklərinin sorğusu əsasında mədəniyyətlərarası dialoq, insan hüquqları, təhsil, demokratik vətəndaşlıq və s. mövzularda təlimlər keçirilib. Bu təlimlərin çox böyük əhəmiyyəti olub. Təhsil fərdləri inkişaf etdirmək və onları yetkin həyata hazırlamaqdan başqa digər vəzifələr də daşıyır. Şagirdlər, tələbələr fəal vətəndaşlara çevrilməlidirlər və bu işdə əsas məsuliyyət təhsilin üzərinə düşür: “Mədəni müxtəlifliklə seçilən demokratik cəmiyyətlərdə vətəndaşların fəal iştirakı üçün imkan yaradılmalıdır. Bu, Avropa Şurasının dəyərlərinə tam şəkildə uyğundur. Biz haqqında danışdığımız layihədə bunu çox aydın şəkildə ortaya qoyuruq”.
Diqqətə çatdırılıb ki, demokratik cəmiyyətlərdə demokratik mədəniyyət olmalıdır. Qanunun aliliyi, insan hüquqlarına hörmət, bir-birini dinləmək qabiliyyəti, əməkdaşlıq mədəniyyəti, münaqişələrin dinc yolla həll edilməsi, azlıqların hüquqlarının qorunması, müxtəlif mədəni qrupların ictimai həyatda fəal iştirakı - bütün bunlar demokratik mədəniyyətin tərkib hissəsidir.
Seminarda mədəniyyətlərarası səriştələrin mövcud konseptual modelləri və sxemləri təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

