Mədəniyyət və turizm naziri Rusiya mətbuat nümayəndələrinin suallarını cavablandırıb
31.10.2015 [09:33]
Oktyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya mətbuat nümayəndələri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəni əlaqələri yüksək dəyərləndirən Ə.Qarayev Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin 200 ildən də artıq tarixi faktlara söykəndiyini vurğulayıb. Uzunmüddətli tərəfdaşlıq ikitərəfli mədəni əlaqələrə də təsirsiz ötüşməyib. Bütün bu əlaqələr xalqlarımızın dünyagörüşü və mədəniyyətində iz buraxıb.
Bu gün də əlaqələr davamlı olaraq inkişaf etdirilir. Davamlı olaraq hər il Azərbaycana Rusiyadan incəsənətin müxtəlif sahələrini təmsil edən mədəniyyət xadimləri dəvət olunur. Onların sırasına teatr xadimləri, kinorejissorlar, musiqiçilər daxildir. Mədəni mübadilə çərçivəsində ikitərəfli ustad dərsləri, konsert, sərgi və digər mədəni layihələr böyük uğurla həyata keçirilir. Bundan əlavə muzey və kitabxana sahəsində də sıx əməkdaşlıq layihələri gerçəkləşməkdədir.
Nazir qonaqlarla söhbəti zamanı, həmçinin Azərbaycan xalqının mədəni dialoqa hər zaman açıq olduğunu, bunun sübutu olaraq ölkədə keçirilən Mədəniyyətlərarası Dialoq Forumu, azsaylı xalqların folklor festivallarını misal göstərib. Yüksək tolerantlıq nümunəsi olan ölkəmizdə hər bir qonaq kilsə, məscid, sinaqoqu ziyarət edə bilər və Azərbaycana gəlişləri zamanı tam olaraq özünüifadədə rahatlıq tapa bilərlər. Azərbaycanın tarixi abidələri haqqında qonaqları məlumatlandıran nazir onları bu tarixi məkanları ziyarətə dəvət edib.
Ölkəmizin turizm potensialı barədə danışan mədəniyyət və turizm naziri bu sahədə də ikitərəfli əlaqələrin inkişaf etdirildiyini, Rusiyada keçirilən turizm sərgilərində Azərbaycanın turizm potensialının tanıdılması, həmçinin Rusiyadan Azərbaycana gələn turistlərin sayının illər ərzində heç də azalmadığını bildirib.
Qeyd edilib ki, Azərbaycana gələn turistlərin siyahısında Rusiyalı turistlər ikinci və üçüncü yerləri bölüşürlər. Bu sahədə yeni layihələrin də həyata keçiriləcəyini vurğulayan nazir Rusiya ilə Azərbaycan arasında daim dinamik əlaqələrin inkişafda olduğunu nəzərlərə çatdırıb.
Görüş zamanı nazir Rusiya mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

