/ / Los-Ancelesdə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin premyerası keçirilib
Los-Ancelesdə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin premyerası keçirilib
19.05.2016 [10:05]
Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın prodüserliyi ilə 2015-ci ildə çəkilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin ABŞ-ın Los-Anceles şəhərində premyerası keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi, eləcə də Los-Ancelesdə fəaliyyət göstərən, tanınmış kardioloqların toplaşdığı “Bir ürək xilas et” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə mayın 15-də keçirilmiş premyera faşizm üzərində Qələbənin 71 illiyinə həsr olunub.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çoxsaylı qonaqlar, o cümlədən kimya üzrə Nobel mükafatı laureatı Arie Uorşel, müxtəlif ölkələrin baş konsulları və konsulluq əməkdaşları, Azərbaycan, yəhudi və digər icmaların fəalları, alimlər, eləcə də yerli KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində “Bir ürək xilas et” Xeyriyyə Cəmiyyətinin sədri, tanınmış kardioloq həkim İzhar Xaruzi çıxış edərək bildirib ki, belə yüksək keyfiyyətli filmin istehsalı əlamətdar hadisə olmaqla yanaşı, tarixi-ictimai yaddaşın qorunması, İkinci Dünya müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından da önəmlidir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev İkinci Dünya müharibəsində ədalətin zəfər çalmasında Azərbaycan və azərbaycanlıların həm ön, həm də arxa cəbhədə misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Müharibəyə gedən 700 minə qədər azərbaycanlıdan 400 mininin geri qayıtmadığını bildirən baş konsul Azərbaycanın bu müharibədəki qurbanlarının sayının təxminən ABŞ-ın qurbanlarının sayına bərabər olduğunu qeyd edərək, bunun o vaxtkı Azərbaycan əhalisinin 10 faizini təşkil etdiyini söyləyib. Müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının rəşadəti və Bakı neftinin strateji rol oynadığını qeyd edən diplomat bütün bunlardan bəhs edən filmin Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi sayəsində ərsəyə gəldiyini diqqətə çatdırıb. O bildirib ki, filmin yaradılmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır. N.Ağayev, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətindən danışaraq Qarabağ müharibəsində Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi cinayətlərin nasistlərin cinayətlərindən o qədər də fərqlənmədiyini, bəzi hallarda daha da dəhşətli olduğunu vurğulayıb.
Çıxışlardan sonra filmin nümayişi keçirilib. Film tamaşaçıların gurultulu alqışları və rəğbəti ilə qarşılanıb. Daha sonra baş konsul qonaqları maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

