Azərbaycan mədəniyyətlər və dinlərarası dialoq platformasına çevrilib
07.12.2016 [09:50]
UNESCO-nun baş qərargahında “İrs naminə birlik” kampaniyası çərçivəsində “Mədəniyyətlərarası dialoqdan insan təhlükəsizliyinə, sülhdən davamlı inkişafa” adlı konfrans keçirilib.
Konfrans zamanı bu təşkilatdakı daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimovun moderatorluğu ilə “Hədəfimiz İrs: dialoq vasitəsilə irsin qorunması - yeni paradiqmalar axtarışında” adlı yüksək səviyyəli panel müzakirələri keçirilib.
Panel müzakirələrində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatının rəhbərləri iştirak ediblər.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, 2017-ci il mayın 5-6-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib. Nazir bugünkü mürəkkəb dünyada mədəni irs abidələrinin müdafiəsi, mədəniyyətlərarası dialoqun əhəmiyyətindən söz açıb. O, ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələrinin əsrlərdir sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamasından danışıb. Ölkəmizin mədəniyyətlər və dinlərarası dialoq platformasına çevrildiyi vurğulanıb.
Digər natiqlər də mədəniyyətlərarası dialoqun əhəmiyyətinə toxunublar.
Müzakirələrdə bildirilib ki, hazırda beynəlxalq ictimaiyyət Yaxın Şərq və digər bölgələrdə mədəni və dini irs abidələrinin qəsdən və vəhşicəsinə məhv edilməsi ilə üzləşir. Bu dağıdıcı prosesin əsas səbəbi hərbi münaqişələr və terrorçu qrupların fəaliyyətidir. Bu problemlər qlobal sülh və dinlərarası harmoniyanın qorunub saxlanmasına ciddi təhdidlər yaradır.
UNESCO-nun baş qərargahında keçirilən yüksək səviyyəli panel müzakirələrin əsas məqsədi hədəfə alınmış irs abidələrinin qorunması üçün profilaktik vasitə kimi dialoqun rolunu vurğulayaraq belə abidələrin qəsdən məhv edilməsinə qarşı mübarizədə yeni paradiqmalar tədqiq etməkdir. Panel iştirakçıları təmsil etdikləri təşkilatların profilinə uyğun bu mövzuları təhlil ediblər.
Yüksək səviyyəli panel müzakirələrində Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə ingilis və fransız dillərində hazırlanmış “Mədəniyyət mülkiyyətinin qorunması haqqında hərbi məlumat kitabı”nın təqdimatı olub. Bu kitab hərbi münaqişələr zamanı dini və mədəni irs abidələrinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

