Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

20.04.2026 [11:58]

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.

Qeyd olunub ki, yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alınaraq, piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər.

“BDYPİ bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir”, - deyə müraciətdə vurğulanıb.

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31