“Jara-2017”: Sofiya Rotaru festivala xüsusi hərarət gətirib
29.07.2017 [11:11]
Beynəlxalq Musiqi Festivalının ikinci günü görkəmli müğənni Sofiya Rotarunun yubileyinə həsr edilib. Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub
İyulun 28-də “Sea Breeze” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti start götürüb. Konsertdən əvvəl müğənnilər qırmızı xalı üzərindən keçərək jurnalistlərin suallarını cavablandırıb, festivalın ilk günü ilə bağlı təəssüratlarını bölüşüblər.
AZƏRTAC xəbər verir ki, festivalın ikinci günü SSRİ Xalq artisti Sofiya Rotarunun yubileyinə həsr olunması “Jara”nın hərarətini daha da artırıb. Bakıya ən çox sevilən mahnıları ilə gələn ukraynalı müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb və ilk olaraq məşhur “Çervona ruta” mahnısını oxuyub.
O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə keçirilməsindən çox məmnun olduğunu bildirərək deyib ki, artıq səhnəyə çıxmasının 45 ili tamam olur. Yaşına gəldikdə isə, tamaşaçı alqışı ona yeni ruh verir.
Daha sonra Sofiya Rotaru bacısı Aureliya ilə birlikdə “Melanxoliye” mahnısını səsləndirib.
Polad Bülbüloğlu tamaşaçıları “Qorod moy Baku” mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini çatdırıb, festivalın müxtəlif xalqları bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını vurğulayaraq, “Gəl, ey səhər” mahnısını ifa edib.
Sonra Qlyukoza Sofiya Rotarunun “Luna, luna” mahnısını oxuyub. Konsert proqramını Potap və Nastya, Nastya Zadorojnaya, Valeriya, Alekseyev, Ani Lorak, Artik & Asti, Slava, “Vremya i Steklo”, İrina Dubtsova, Jasmin, Timur Rodrigez, MBAND qrupu, LOBODA, Lev Leşşenko davam etdiriblər. Çoxsaylı tamaşaçılara məşhur müğənninin repertuarından ən populyar hitlər və onunla birgə ifalar təqdim olunub.
Sofiya Rotaru yenidən səhnəyə qalxaraq sevilən mahnılarını səsləndirib və Qriqori Lepslə duet oxuyub.
Konsert proqramı Sofiya Rotaru və EMİN-in dueti ilə davam edib. Onlar ötən əsrin ən məşhur hitlərindən biri olan “Lavanda” mahnısını oxuyublar.
EMİN Sofiya Rotaruya yubileyinin Bakıda qeyd olunmasına razılıq verdiyinə görə təşəkkürünü bildirib. Sofiya Rotaru dəvətə görə minnətdarlığını ifadə edərək bu gecəni heç vaxt unutmayacağını deyib.
Yubiley tədbiri Sofiya Rotarunun EMİN-ə həsr etdiyi “Tı samıy luçşiy” mahnısı və Azərbaycanı vəsf edən mahnı ilə yekunlaşıb.
Konsertin gedişində məşhur müğənninin yaradıcılığı ilə bağlı fikirlər səslənib, oxuduğu mahnıların bir neçə nəslin musiqi zövqünü formalaşdırdığı vurğulanıb. “Jara” festivalının Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsinə özünəməxsus töhfə verdiyi xüsusi qeyd olunub.
Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Xatırladaq ki, iyulun 29-da festival çərçivəsində daha bir unudulmaz gün yaşanacaq. “Jara”nın üçüncü günü musiqisevərləri dünyaca məşhur estrada ulduzu Alla Puqaçova ilə maraqlı görüş gözləyir. Həmin gün səhnəni Alla Puqaçova ilə birgə digər tanınmış ifaçılar - Filip Kirkorov, A’Studio, LOBODA, EMİN, Valeri Meladze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyukoza, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər.
Festival iyulun 30-da Qriqori Lepsin yaradıcılıq gecəsi ilə başa çatacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

