Bakıda “Türk-İslamsənətləri” adlı sərgi açılıb
18.04.2018 [17:18]
Aprelin 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin inventarında olan əsərlərdən ibarət “Türk İslam sənətləri” adlı sərgi açılıb.
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə reallaşan sərginin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov sərginin əhəmiyyətindən söz açıb. Rəhbəri olduğu elm ocağında belə bir sərginin açılmasından məmnunluq ifadə edən Ömər Eldarov layihənin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Sonra çıxış edən Bursa Böyükşəhər bələdiyyəsinin sosial xidmətlər şöbəsinin sədri Şaban Kander iki qardaş ölkə arasında inkişaf əlaqələrindən danışıb. Şaban Kander qeyd edib ki, bu gün ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr həyata keçirilir. Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəm təməl üzərində qurulduğunu deyən natiq bu münasibətin son illər ərzində yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.
Şaban Kander deyib ki, sərginin əsas məqsədi Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq, mədəni əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır.
Açılış mərasimində həmçinin, Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Qalib Qasımov çıxış edərək iki qardaş ölkə arasında əlaqələrin inkişafından danışıb, belə bir sərginin təşkilini yüksək qiymətləndiriblər. İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham qaynağı olduğu vurğulanaraq bildirilib ki, müxtəlif üslub və motivləri əhatə edən tablolarda türk-İslam sənətinin tarixi haqda məlumatlar da yer alır.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərginin ekspozisiyasında nümayiş olunan keramika, ipək xalça toxuması, miniatür işlər, xəttatlıq nümunələri sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Aprelin 22-dək davam edəcək sərgidə müxtəlif janr və texnikalarda işlənmiş 80-dən artıq sənət əsəri nümayiş edilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

