“Əsli və Kərəm” yeni təqdimatı ilə valeh etdi
14.05.2022 [13:09]
Günel
Opera və Balet Teatrında həmişə tamaşaçı qələbəliyi yaşanıb. Bu sənət ocağında səhnələşdirilən rəngarəng, bir-birindən maraqlı əsərlər hər zaman izləyicilərin diqqətini çəkib, tamaşa zalını doldurub. 1 gün öncə yenə teatrda tamaşa zalı ağzına qədər dolmuş, izləyicilər pərdənin açılmasını gözləyirdilər... “Əsli və Kərəm” operasının həzin üvertürası səsləndikcə tanış sevgi dastanının yenidən ürəyimizi göynədəcəyini anlayırdıq. Hələ üstəlik, baş rollarda yanıqlı səsi ilə Elnur Zeynalov, gözəl ifası ilə Rəvanə Əmiraslanlı varsa... Yanılmadıq.
Üzeyir Hacıbəyov “Əsli və Kərəm” operasında muğamla bərabər, aşıq musiqisindən də yararlanmış, əvvəlki operalarındakı üslub xüsusiyyətlərini, estetik sənət prinsiplərini burada da davam etdirmişdir. Bəzi mütəxəssislər “Əsli və Kərəm” operasını muğam-dastan operası adlandırırlar. “Əsli və Kərəm” bir məhəbbət dastanıdır. Əsərin qəhrəmanları xristian qızı Əsli və Xan oğlu Kərəmə buta verilir. Bütün məhəbbət dastanlarında olduğu kimi, hər iki haqq aşiqi ya sonda qovuşur, ya da hər ikisi nakam sevginin qurbanı olur. Hər iki gənc axıra qədər sevgiləri uğrunda mübarizə aparırlar. Tamaşanın sonunda aşiqlər bir-birlərinə qovuşa bilmədən qara Keşişin bədduasıyla həlak olurlar. Tamaşada həm rejissor işi, həm gənc aktyorların obraza girmə məharəti, həm də ifaları olduqca uğurlu idi. Kərəmlə Əslinin bir-birinə sevgiylə baxması, Əslinin Keşiş babasının əsarətindən qurtulmaq üçün cəsur cəhdləri, Kərəmin sədaqəti, sevgisi yolunda yollara düşüb, onu axtarması və bu sırada ürək yanğısıyla səsləndirdikləri muğamlar insanı təsirləndirməyə bilməzdi. Əsli ilə Kərəmin bir-birini Hələbdə taparkən hiss etdirdikləri həyəcanı hələ də unuda bilmirəm. Həmin anda tamaşaçı zalından keçən uğultunu da, sevinci də. Hamı bu anı gözləyirmiş kimi sevinclə bir ah çəkdi, ifaçıların bir-birlərini tapdıqları andakı sevinc tamaşaçılara da sirayət e?di. Və təbii ki, eyni hüznü son səhnədə, Əsliylə Kərəmin ölüm anlarında, əllərini bir-birlərinə çatdırmaq üçün çabaladıqlarında hiss etdik. İfaçılıq yüksək səviyyədə idi. Onlarla birlikdə sevdik, birlikdə üzüldük. Bu da yüksək aktyorluq məharətinin bəhrəsiydi.
Tamaşanın musiqi rəhbəri və dirijoru Sevil Hacıyeva, quruluşçu rəssamı Yusif Babayevdir. Səhnə dekorasiyasına söz ola bilməzdi. Quruluşçu rəssamın Hələb şəhərinə dair təqdim etdiyi dekorasiyada buludların qürub çağı sanki izləyiciyə mesaj verirdi - Gün batımı kimi bu sevgi də batacaq, amma hər sabah yenidən doğulacaq. İnsanlıq yaşadıqca Əsli-Kərəm sevgisi də yaşayacaq...
Elnur Zeynalovun “Qəlb atəşi” adlı mahnısını dinləməyi çox sevərdim. Bu əsərə ifaçı o qədər ürək yanğısı qatıb ki, dinləməyə doymursan, onunla birlikdə çəkirsən nakam sevginin iztirabını. Əməkdar artist eyni həssaslıqla Kərəm obrazına?? yanaşmışdı. Onunla birlikdə Kərəm olub yollara düşür, Kərəm olub alışıb, yanırsan. Kərəmin ürəyinin odunu Elnur Zeynalovun həzin, ürək tellərini titrədən ifasında hiss edə bilirsən. Rəvanə xanımın Əslisi isə gözəlliyi, şıltaqlığı, cəsarəti ilə valeh edir. Keşiş obrazı mənfi olsa da, sevənləri ayırsa da, yüksək ifaçılığına görə tamaşaçıların rəğbətini qazanmağı bacardı. Tamaşa dəfələrlə alqışlandı, izləyicilərin “bravo” səsləri eşidildi. “Əsli və Kərəm” illər sonra yenidən bizi valeh etdi. Həm öz sədaqəti, sevgisi, həm də gözəl təqdimatıyla.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

