Akademik Milli Dram Teatrı dünyanın əsas teatrları sırasında…
23.11.2023 [14:18]
Müşfiqə
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. “Birləşmiş mədəniyyətlər forumu” adı altında gerçəkləşən forumda 73 ölkədən nümayəndə heyəti, eləcə də 30 ölkənin mədəniyyət nazirləri iştirak edib.
Eləcə də Akademik Milli Dram Teatrı Forumda təmsil olunub. Forum çərçivəsində teatr sənətinə həsr olunan xüsusi paneldə Rusiya, Belarus və Serbiya milli teatrlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor səlahiyyətlərini icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov çıxış edib. Səfər çərçivəsində Aleksandrinsk Teatrın direktoru Sergey Yemelyanov, Belarus Akademik Milli Teatrının direktoru Aleksandr Şestakov və Serbiya Respublikasının Milli Teatrının direktoru Diana Qrbiç ilə görüşüb, qarışılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr aparıb.
Görüşlə bağlı “Yeni Azərbaycan”a çıqlama verən İlham Əsgərov bildirib ki, Rusiyanın çoxəsrlik tarixə malik milli teatrı olan Aleksandrinski Teatrı ilə əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha möhkəmlənməsinə kömək edəcək, dostluq və yaradıcılıq münasibətlərinin inkişafına töhfə verəcək: “Forum çərçivəsində təşkil olunan panel teatr rəhbərlərinin şəxsi tanışlığı, yaradıcı əlaqələrinin genişlənməsi, müasir teatr istiqamətlərinin müzakirəsi baxımından çox faydalı oldu. Səfər çərçivəsində Aleksandrinski Teatrın direktoru Sergey Yemelyanovla 2024-cü ildə qarşılıqlı səfərlərin təşkili məsələsini müzakirə edərək razılığa gəldik. Akademik Milli Dram Teatrı 2024-cü ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək XV Beynəlxalq Teatr Festivalında iki tamaşa ilə çıxış edəcək. Aleksandrinski Teatrı isə həmin ilin oktyabrında iki tamaşa ilə Bakıya qastrol səfərinə dəvət olunub. Eyni zamanda “Milli Teatr Məktəbi” layihəsi çərçivəsində Bakıda master-klass və mühazirələr keçiriləcək, mədəniyyət menecerləri üçün əyani üç günlük ixtisasartırma proqramı təşkil olunacaq”.
Akademik Milli Dram Teatrı Belarus Akademik Milli Teatrı və Serbiya Respublikası Milli Teatrı ilə də əməkdaşlıq əlaqələri üzərində çalışır: “Gələcəkdə dünyanın ən böyük teatrları ilə yaradıcı əlaqələrinin qurulması istiqamətində də vacib addımlar atılacaq. Azərbaycanın teatr tarixi, müasir teatr mühiti və tamaşalarımız onlar üçün maraqlıdır, dostluq və əməkdaşlıq etmək istəyirlər. Məqsədimiz Milli Teatrı beynəlxalq teatr mühitinin ən vacib üzvünə çevirmək, dünyanın böyük teatrlarının yaxın tərəfdaşı etməkdir”.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

