Bəhram Gur heykəli: Kurs işindən şəhər meydanına...
26.12.2023 [13:06]
M.BAYRAMLI
Bakın seyrinə çıxarkən diqqətimizi çəkən abidələrdən biri də Bəhram Gur heykəlidir. Bu abidə tariximizə ilk heykəl-fəvvarə kimi yazılıb. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı fəlsəfi dərinliyi tam olaraq özündə əks etdirə bilmədiyinə dair düşünənlər də az deyil. Belə əsaslandırılır ki, suyun içində quraşdırılan heykəl daha çox mübarizliyi, şərin üzərində qələbəni təmsil etməklə real zəmin daşıyırsa, əsərdə isə Sasani şahı Bəhramın əjdahanı öldürməsi sırf simvolik anlamdadır. Buna baxmayaraq estetik görüntüyə malik olan heykəl elementləri ilə göz oxşayır, deyə bilərik.
Araşdırdıqca görürük ki, onun olduqca maraqlı tarixçəsi var. Tarixi qaynaqlara görə, Azneft meydanında ucaldılan heykəl 1958-ci ildə gənc heykəltəraşlar Qorxmaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov tərəfindən hazırlanıb. Məlum olduğu kimi, 1950-ci illərdən başlayaraq Bakıda şəhərsalma, sənaye inkişaf etməyə başlamışdı və hər bir sahəyə müəyyən prioritet tapşırıqlar verilmişdi. Bakı şəhəri İcraiyyə Komitəsinin sədri olan görkəmli memar Əliş Ləmbəranski tikinti işlərində çox fəal idi. Əliş Ləmbəranski rəssam və heykəltəraşlardan layihələr və yeni təkliflər gözləyirdi. Lakin o zaman Bakıda cəmi 6-7 heykəltəraş var idi. Gənc heykəltaraşlara böyük tələbat yaranmışdı. Bu məqamda 3 rəssam - Qormaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov bu sahədə gərgin işlərə başladı. Bu trionun birgə şah əsəri “Əjdahanı öldürən Bəhram Gur” heykəli oldu. Tarixi qaynaqlara görə, heykəlin ilkin variantı Albert Mustafayevin Sankt-Peterburqda Rəssamlıq Akademiyasının II kursunda oxuyarkən hazırladığı kurs işi olub. Amma heykəlin əsas müəllifi Qormaz Sücəddinovdur. Çünki digər iki rəssama baxanda o daha təcrübəli idi. Albertin kurs işi olan əsərin maketini düzəldərək Ləmbəranskiyə təqdim etdilər. Ləmbəranski işi çox bəyəndi və heykəlin rayona göndərilməsinə qarşı çıxdı. Onun təyinatı ilə Bakının Azneft meydanında Funikulyorun yanında ucalmasına qərar verildi. Tuncdan hazırlanan və ünvanı birbaşa Ləmbəranski tərəfindən seçilən heykəlin hündürlüyü 3,5 metrdir. Ətrafında isə 20 metr diametrində dairəvi hovuz quraşdırılıb. Estetik sənət əsəri olan ilk heykəl -fəvvarənin memarı isə Vladimir Şulqindir. 1960-cı ildə heykəlin açılışı oldu.
Heykəl şəhərin mərkəzi nöqtəsində və suyun içərisində yerləşdiyindən erroziya problemləri ilə üzləşməyə başlamışdı. 2007-ci ildə heykəl əsaslı təmir edildi. Nəhayət, əvvəlki yerinə qaytarıldı. Hər dəfə önündən keçərkən insan baxdıqca-baxır. Heykəlin sehrinə qapılıb gedir. Paytaxtımızı sevmə səbəblərimizdən biridir bu heykəl. Tarixi abidələrimizə sahib çıxmaq ümidilə...
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

