“Rəsul Quliyev kimi adamların “Milli şura”ya qoşulması, elə bu təşkilatın dağılması deməkdir”
05.06.2013 [02:15]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun publika.az-a müsahibəsi:
- Son günlər “Milli şura” prezident seçkilərinə çox ciddi hazırlaşdığını bəyan edir. Ümumiyyətlə, “Milli şura”nı indiki iqtidar üçün nə qədər ciddi rəqib hesab edirsiniz?
- “Milli şura” ilə bağlı öz fikirimizi bildirmişik. “Milli şura” müxtəlif təşkilatları dəyişmiş bir qrup insanlar yığıncağıdır. “Milli şura” dərnək səviyyəsində olan təşkilatdır. İndi bunun adı “Milli şura” olsa da, əslində bu anti-milli qurumdur. Çünki bu “Milli şura” Azərbaycan xalqına və dövlətinə heç bir xidmət göstərməyib. Bu baxımdan da ayrı-ayrı ölkələrin və dairələrin maraqlarını özündə ehtiva edən “Milli şura” Azərbaycan xalqının milli mənafeyi naminə heç vaxt yaxşı iş görməyəcək. Bu, bütün cəmiyyətə də bəllidir. “Milli şura”ya toplaşan insanlar son bir ildə ən azı 4-5 təşkilat dəyişiblər. Gənc olsaydılar, bunu başa düşmək olardı. Ancaq bunların yaşları o yaş deyil. “Milli şura”da təmsil olunanlar müəyyən yaş həddinə çatmış insanlardır. Əgər hələ də axtarışdadırlarsa, demək bu adamlardan heç bir perspektiv gözləməyin mənası yoxdur.
- Rəsulzadə-Elçibəy yolunu tutan bir sıra müxalifət liderləri “Milli şura”da təmsil olunmaqdan ehtiyat edərək bu quruma qoşulmadılar. Bu məsələyə münasibətiniz necədir?
- Əlbəttə, “Milli şura”nın layihəsinin haradan gəldiyi əvvəlcədən də bəlli idi. “Milli şura” Rusiyanın müəyyən dairələrinin layihəsidir. Ona görə də Vətənini və millətini sevən insanlar, o cümlədən bir sıra müxalifətçi şəxslər milli maraqları heç bir maraqlara qurban vermədi. Belə insanlar kifayət qədərdir. Təbii ki, elə müxalifətçilər də var ki, onlar üçün də dövlətin və xalqın milli maraqları hər şeydən üstündə dayanır. Ancaq elə insanlar da var ki, onlar üçün dövlətin milli maraqları 90-cı illərdən bəri heç bir əhəmiyyət kəsb etmir. İndi “Milli şura”da da Azərbaycanın milli maraqlarını satan quruma çevrilib.
- Deyilənə görə, “Milli şura”da artıq Rəsul Quliyevin də 10 adamı təmsil olunur...
- Azərbaycanda küçəyə çıxıb soruşun, görün Rəsul Quliyevi xatırlayan varmı? Əgər onu xatırlayan olsa, mənə deyərsiniz. Çünki bu adam artıq Azərbaycan xalqının və cəmiyyətinin yaddaşından tam silinib. Rəsul Quliyev hansısa faydalı iş görməyib ki, Azərbaycan xalqının yaddaşında qalsın. Ona görə də Rəsul Quliyev uzun illərdir ki, ABŞ-da yaşayır. Ümumiyyətlə, Azərbaycanda bir adam belə Rəsul Quliyevi xatırlamır. Ona görə də Rəsul Quliyev kimi adamların “Milli şura”ya qoşulması, elə bu təşkilatın dağılması deməkdir.
- Ola bilərmi ki, “Milli şura”nın fəaliyyətinə Rəsul Quliyev maliyyə dəstəyi göstərsin?
- Ola bilər ki, Rəsul Quliyev seçkilərdə kimlərəsə sponsorluq etsin. Ancaq sosial bazası olmayan hər hansı təşkilatı maliyyələşdirmək gülüncdür. Təbii ki, ora yığışın adamlar istəyərlər ki, ordan-burdan 5-10 manat pul qoparsınlar. Bu hamıya da aydın məsələdir. Yəqin ki, Rəsul Quliyev də bu adamları maliyyələşdirəcək. Ancaq onların da heç elektoratı və sosial bazası mövcud deyil.
- Bu il keçiriləcək prezident seçkilərində 2003-cü ilin 16 oktyabr hadisələrinin təkrarlanma ehtimalı varmı?
- Təbii ki, seçki ilində həm cəmiyyət, həm də bizi əhatə edən dövlətlər və Azərbaycanda marağı olan müxtəlif təşkilatlar və sairə qüvvələr daha fəal olurlar. Bu cür təşkilatların əsas maraqları da ondan ibarətdir ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozsunlar və sairə. Həmin qüvvələr seçki ərəfəsində Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edə bilərlər. Ancaq Azərbaycan hüquqi demokratik dövlətdir, burada bu cür addımların atılması mümkün deyil. Çünki Azərbaycanda güclü və sabit dövlət var. Azərbaycanda dövlət və Prezidentlə xalq arasında güclü birlik mövcuddur. Bu birlik və həmrəylik Azərbaycanın inkişafı üçün də zəmin yaradır. Hazırda Azərbaycanda hər bir şəxs öz Prezidentini dəstəkləyir. Ona görə də, Azərbaycanda 2003-cü ildəki kimi seçki öncəsi baş verə biləcək təxribatlara yol verilməyəcək. Ola bilər ki, Azərbaycanın ayrı-ayrı regionlarında nəyisə qızışdırmaq istəsinlər. Ancaq bütün bu cəhdlərin hamısı nəticəsiz qalacaq.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

