Azərbaycan 2017-ci ildə xarici siyasət sahəsində mühüm uğurlar əldə edib
26.12.2017 [10:05]
Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri, fövqəladə və səlahiyyətli səfir Novruz Məmmədov KİV-ə müsahibə verib:
- Novruz müəllim, 2017-ci il başa çatmaq üzrədir. Cari il ərzində xarici siyasət sahəsində görülən işlər və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?
- Hazırda dünyada çox ciddi iqtisadi və siyasi problemlər hökm sürür, tənəzzül meyilləri müşahidə edilir. Digər tərəfdən, bir sıra regionlarda müəyyən maraqlar uğrunda mübarizə dövlətləri çətin vəziyyətdə qoyur. Lakin bütün bunlara baxmayaraq, artıq başa vurmaqda olduğumuz 2017-ci il Azərbaycan üçün uğurlu illərdən olub. Xüsusilə, xarici siyasət sahəsində mühüm uğurlar əldə edilib, Azərbaycanın tərəfdaşlarının sayı daha da artıb.
Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdi. İslam həmrəyliyi və sivilizasiyalararası dialoq bir-biri ilə sıx bağlıdır. Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verən ölkə kimi İslam Həmrəyliyinin təmin olunmasına da xüsusi diqqət yetirir. Ölkəmizdə sivilizasiyalararası dialoqun, tolerantlıq və multikultural dəyərlərin təbliğinə xidmət edən mühüm beynəlxalq tədbirlər keçirilir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə iştirak edən nümayəndələr ölkəmizin tolerantlıq nümunəsi olduğunu, sivilizasiyalararası dialoqa, sülh və sabitliyə mühüm töhfələr verdiyini əminliklə ifadə edirlər.
2017-ci ilin ən böyük hadisələrindən biri Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi oldu. Bu, Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolunun mühüm tərkib hissəsi, beynəlxalq əməkdaşlığa zəmin yaradan, sabitlik və təhlükəsizliyə zəmanət verən layihədir. Azərbaycanın təşəbbüsü və fəallığı sayəsində gerçəkliyə çevrilən bu layihə həm regional, həm də beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verəcək.
Bu il ərzində ölkənin xarici siyasətində ən mühüm hadisələrdən biri kimi Azərbaycan Prezidentinin Brüsselə səfərini göstərmək olar. Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanmasına start verildi və müəyyən müddəalarla bağlı razılaşma əldə edildi. Bu, çox böyük hadisədir.
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət və gözləntilər nədən ibarətdir?
- Ermənistan tərəfi danışıqlar prosesini yubatmaq üçün əlindən gələni edir. Son vaxtlar həmsədrlərin regiona səfərləri oldu, Azərbaycan Prezidenti ilə görüş keçirildi, həmçinin Avropa İttifaqının və ATƏT-in nümayəndələrinin dövlətimizin başçısı ilə görüşləri baş tutdu. Eyni zamanda, Rusiyanın münaqişənin həlli ilə bağlı bəyanatı oldu. Bunlar ona dəlalət edir ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı fəallıq müşahidə edilir.
Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətdir. Beynəlxalq hüquq normalarına və ədalət prinsipinə əməl edilmədiyi halda, dünyada sabitlikdən, inkişafdan danışmaq olmaz.
- Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəkləndi. Bunun əhəmiyyəti nədən ibarətdir?
- Sammitdə qəbul edilən bəyannamə Azərbaycan diplomatiyasının mühüm uğurudur. Brüsseldə noyabrın 24-də keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində dövlətlərin ərazi bütövlüyünün pozulmazlığı prinsipinin əhəmiyyəti nümayiş etdirildi. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəkləndi. Qeyd etdiyim kimi, bu həm də Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində cərəyan edən proseslər fonunda mühüm nailiyyətidir. Bu, münaqişənin həllinə yönəlik ikili standartların aradan qaldırılmasında da mühüm rola malik olacaq. Bu həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək.
- Avropada separatizm təhlükəsi daha böyük vüsət alıb. Bu, Avropanın timsalında dünyada separatizm təhlükəsinin qarşısının alınması ilə bağlı konkret mövqe və vahid yanaşmanın ortaya qoyulmasının zəruriliyini aktuallaşdırır. Bu barədə nə düşünürsünüz?
- Bu gün dünyada beynəlxalq münasibətlər sistemində ədalət prinsipi və beynəlxalq hüquq normaları, sanki, bir kənara atılıb. Bunun konkret nümunəsi təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi deyil. Biz bir çox məsələlərdə bunu müşahidə edə bilərik. Ümumiyyətlə, ədalət prinsipini gözardı etmək olmaz, bu prinsip yoxdursa, universal dəyərlər yalnız sözdən ibarət olacaq.
Konkret olaraq Avropada separatizm meyillərinin cərəyan etməsi və güclənməsinə gəlincə, onlar bu problemin məhz bu qitədə baş qaldırmasından sonra ədalət prinsipinə, beynəlxalq hüquq normalarına istinad etməyə başladılar. Bu problemə vahid və ədalətli yanaşma əvvəlcədən ortaya qoyulmalı idi. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi meydana çıxdığı zaman bu problemə dair ədalətli yanaşma və konkret mövqe ortaya qoysaydılar, o zaman digər münaqişə ocaqları yaranmazdı.
Avropada separatizm təhlükəsi daha böyükdür. Bir çox Avropa ölkəsində bu cür problemlər var. Avropa ölkələri və bütövlükdə beynəlxalq ictimaiyyət dünyada mövcud olan separatizm probleminə dair ədalətli mövqe və vahid yanaşma ortaya qoymalıdır. Yalnız bu zaman bəhs olunan problemin qarşısı alına, sabitlik və təhlükəsizlik təmin oluna bilər.
- Bildiyiniz kimi, bu yaxınlarda Paraqvay Deputatlar Palatası Xocalı soyqırımını tanıyıb. Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi xarakterizə edilir...
- Paraqvay Respublikasının Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib. Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının qınanıldığı, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.
Bu, bütövlükdə, Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir. Bu həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə uğurla çatdırılması istiqamətində aparılan işin, məqsədyönlü sistemli fəaliyyətin nəticəsidir. Xocalı faciəsini soyqırımı kimi qəbul edən ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə də görülən işlər davam etdiriləcək.
- BMT Baş Məclisi ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamə qəbul edib. Azərbaycan da Qüds probleminin həllində beynəlxalq hüquqa və ədalətə söykənən mövqe nümayiş etdirib. Bu barədə nə demək olar?
- Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı sammitində öz mövqeyini bildirdi. Ölkəmiz bu mövqeyini BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı təkrar etdi, beynəlxalq hüququn norma və prinsiplərinin tələbələrinə riayət edərək və ədalət prinsipini əsas götürərək Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verdi.
Qüdslə bağlı atılan addım beynəlxalq aləmdə gərginlik yaradıb. Bu, beynəlxalq münasibətlərin inkişafına töhfə vermir, əksinə, vəziyyəti gərginləşdirir, sabitlik və təhlükəsizliklə bağlı müəyyən problemlərin ortaya çıxmasına səbəb olur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12

