Türkiyə indiki halda Ermənistanla sərhədləri açmamalıdır
02.10.2009 [15:00]
Məlum olduğu kimi, bu günlərdə Bakı şəhərində Türkdilli ölkələrin Parlament Assambleyasının (TöPA) ilk plenar iclası keçirilib. Toplantıda Türkiyə nümayəndə heyətinin tərkibində Milliyyətçi Hərəkat Partiyasının deputatı Atilla Kaya da iştirak edib. Türkiyə-Ermənistan münasibətlərinin gündəmdə olduğunu nəzərə alaraq, Atilla Kayanın bu məsələyə münasibətini öyrəndik.
- Atilla bəy, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasını özündə ehtiva edən protokollar Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq. Sizcə, bu protokollar Türkiyə parlamentində qəbul ediləcəkmi?
- Bu gün Türkiyə Böyük Millət Məclisində hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) 338 millət vəkili var. Yəni, bu partiya protokolları təkbaşına parlamentdən keçirmək imkanına malikdir. Amma mən inanıram ki, Türkiyə parlamentində təmsil olunan millət vəkilləri bu məsələdə son dərəcə həssas davranacaqlar. Protokolların parlamentdən keçməməsi Türkiyənin də xeyrinə olacaq. çünki Ermənistanla razılaşmalar təkcə Türkiyənin Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməyəcək. Bu addım Türkiyənin ümumilikdə türk dünyası ilə münasibətlərini poza bilər.
- Sizin fikrinizcə, AKP-ni təmsil edən millət vəkilləri bu protokolu dəstəkləməyəcəklərsə, onda bu partiyanın formalaşdırdığı hökumət niyə məsələni parlamentin müzakirəsinə çıxarır?
- Mən demirəm ki, AKP-ni təmsil edən millət vəkilləri protokolları dəstəkləməyəcəklər. Bunun olmasını arzu edirəm. Dəqiq bilirəm ki, AKP-çi millət vəkillərinin arasında bu protokolları dəstəkləyən və dəstəkləməyənlər də olacaq. Məsələ burada say nisbətinin necə olacağındadır. İndidən bunu proqnozlaşdırmaq çox çətin məsələdir. Təəssüf ki, AKP hakimiyyəti bu məsələ ilə bağlı ciddi xarici təzyiqlərə məruz qalır. Avropa Birliyi, ABŞ hökuməti Ermənistanla münasibətləri normallaşdırmağa məcbur edirlər. Bizim arzumuz odur ki, bu protokollar heç parlamentin müzakirəsinə gəlməsin. Əgər gələrsə də, parlamentdən keçməsin.
- Əgər Ermənistanla imzalanmış protokollar parlamentdən keçərsə, bu, Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
- Bu, təkcə Türkiyənin Azərbaycanla münasibətlərini pozmayacaq. Protokollar parlamentdən keçərsə, bu, ümumilikdə Türkiyəni etibarlı ölkə olmaqdan çıxaracaq. Sirr deyil ki, bu ilin əvvəlində Türkiyə dövlətini təmsil edən Baş nazir Azərbaycana səfəri çərçivəsində parlamentdəki çıxışı zamanı birmənalı şəkildə vurğulamışdı ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Belə bir açıqlamadan sonra əksinə addım atılarsa, bu, Türkiyənin imicinə çox mənfi təsir göstərəcək. Türkiyə bununla həm Azərbaycan xalqının, həm də ümumilikdə türk dünyasının etibarını itirə bilər. Bu addım Türkiyə ilə türk dünyası arasında çox uzun müddət yaddan çıxmayan bir incikliyə səbəb ola bilər. Protokolların təsdiqlənməsi Türkiyə ilə türk dünyası arasındakı münasibətlərin pozulmasının bəlkə də başlanğıcı ola bilər.
- Sizcə, əgər protokollar parlamentdən geri qaytarılarsa, bu, Türkiyənin beynəlxalq aləmdəki imicinə necə təsir edə bilər?
- Bizim Konstitusiyamıza görə, hökumətin xarici ölkələrlə imzaladığı anlaşmaların həyata keçirilməsi üçün onların mütləq parlamentdə ratifikasiyası lazımdır. Sazişlər parlamentdə ratifikasiya olunmayana qədər heç bir hüquqi yükə malik deyillər. Bu baxımdan, protokolların parlamentdə təsdiq olunmaması Türkiyəyə hər hansı problem yarada bilməz.
- Protokollar parlamentdən keçməzsə, qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı Türkiyəyə təzyiqlər artmayacaq ki?
- “Erməni soyqırımı” məsələsi son vaxtlar davamlı olaraq Türkiyəyə qarşı şantaj vasitəsi kimi istifadə olunur. Amerika hökumətləri zaman-zaman Türkiyəyə təsir etmək üçün bu alətdən yararlanırlar. Amma mən inanmıram ki, ABŞ konqresi “erməni soyqırımı”nı tanısın. çünki belə bir qərarın qəbul edilməsi Türkiyə ilə ABŞ arasındakı münasibətlərə böyük bir zərbə olar. Amerikanın bölgə ilə bağlı siyasətini və Türkiyənin regiondakı mövqeyini nəzərə alsaq, konqres heç vaxt bu addımı atmaz. Əgər protokollar qəbul olunmazsa, əvvəlki siyasət yenə də davam edəcək. “Erməni soyqırımı” məsələsindən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunacaq. Başqa bir şey olmayacaq. Xatırladım ki, bir neçə il əvvəl hökumət Türkiyənin ABŞ-ın İraqdakı hərbi əməliyyatlarında iştirakını nəzərdə tutan qərar layihəsini parlamentə göndərmiş və deputatlar həmin sənədə səs verməmişdilər. Türkiyədə icra, qanunverici və məhkəmə hakimiyyətləri müstəqildirlər. İcra orqanları hansısa protokolları parlamentə təqdim edə bilər. Parlamentin isə bu protokolları geri qaytarmaq hüququ var.
- Türkiyənin siyasi partiyalarının Ermənistanla münasibətlərlə bağlı mövqeyi bizə məlumdur. Bəs Türkiyə ictimaiyyəti, sadə vətəndaşlar bu məsələdə nə düşünürlər?
- Türkiyənin sadə vətəndaşları hər zaman bu cür məsələlərdə Azərbaycanın yanında olublar. Bundan başqa, Türkiyədə erməni məsələsi ilə bağlı həmişə xüsusi bir həssaslıq olub. Keçmişdə bizim millətimiz də ermənilərdən çox çəkib. Hazırda Türkiyənin müxtəlif bölgələrində keçmişdə bu əzabı yaşamış insanlar və onların yaxınları yaşayır. Ancaq bu da var ki, son zamanlar vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları, müxtəlif lobbilər vasitəsilə Türkiyə ictimaiyyətinin mövqeyinin dəyişdirilməsi istiqamətində iş aparılır. Bu qüvvələr qəzetlər və televiziyalar vasitəsilə yeni bir ictimai rəy formalaşdırmağa çalışırlar. Amma bütün bunlara baxmayaraq, türk milləti həmişə olduğu kimi, bu gün də Azərbaycanla bərabərdir.
- Türkiyənin NTV telekanalının əməkdaşları işğal altında olan Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etdilər. Məlum olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı Türkiyəyə nota verib. Sizcə, niyə bu hadisə əvvəllər yox, məhz indi baş verir?
- Təbii ki, burada təxribat elementləri var. Bilirsiniz, Türkiyədə media azaddır. Zaman-zaman Türkiyənin müxtəlif media quruluşlarının təmsilçiləri ölkəmizə böyük ziyan vuran terror təşkilatı PKK-nın düşərgərlərinə də gediblər, təşkilatın rəhbərləri ilə reportajlar hazırlayıblar. Hökumət bu cür halların qarşısını ala bilmir. Amma belə bir zamanda Türkiyə jurnalistlərinin Dağlıq Qarabağa səfər etmələri, orada rəsmi bir hökumət varmış kimi görüşlər keçirmələri bayaq qeyd etdiyim kimi, Türkiyədə ictimai rəy formalaşdırmağa çalışan lobbilərin fəaliyyətinin bir hissəsi kimi görünməlidir. İnsaf naminə onu da deyim ki, bu məsələnin Türkiyənin rəsmi dairələri ilə heç bir əlaqəsi yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

