/ / Qaz təsərrüfatının bugünkü vəziyyəti istehlakçıların etibarlı qaz təchizatını lazımi səviyyədə ödəyir
Qaz təsərrüfatının bugünkü vəziyyəti istehlakçıların etibarlı qaz təchizatını lazımi səviyyədə ödəyir
09.07.2012 [23:04]
- Əkbər müəllim, bildiyimiz kimi, hazırda ölkəmizdə bütün sahələr dinamik inkişaf yolundadır. Bu mənada Azərbaycanın qaz təsərrüfatında nə kimi yeniliklər, inkişaf prosesləri müşahidə olunmaqdadır?
- Son illər Azərbaycan Respublikasının iqtisadi potensialının gücləndirilməsi istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilmişdir. Bu işlərin əsasında duran yeni neft strategiyası sayəsində respublikada müasir tələblərə cavab verən hasilat, emal və nəqletmə sistemləri formalaşdırılmış, ölkənin qlobal enerji təhlükəsizliyi sisteminə inteqrasiyası əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan Respublikası həm təbii qazın ixracatçısı, həm də tranzit ölkə kimi mövqelərini möhkəmləndirməkdədir. Hazırda müasir standartlara cavab verən qaz nəqletmə və qaz təchizatı sistemlərinin yaradılması, o cümlədən regionların tam qazlaşdırılması siyasəti həyata keçirilir. Bununla bağlı “Azəriqaz” İB-dən idarəetmə sisteminin təkmilləşdirilməsi və itkilərin azaldılması yolu ilə səmərəliliyin artırılması hesabına qazın nəqli və təchizatında operativ idarəetmə mexanizimlərinin təşkil edilməsi tələb edilir.
Azərbaycan Respublikasının qaz təsərrüfatının bugünkü texniki vəziyyəti istehlakçıların etibarlı qaz təchizatını, qazpaylayıcı və qazistehlakedici sistemlərin təhlükəsiz istismarını lazımi səviyyədə ödəyir. Lakin qaz təsərrüfatının inkişafı, genişləndirilməsi, bəzi yaşayış məskənləri və məhəllələrdə əsas istehsalat fondlarının köhnəlməsi (müqayisədə bərpa templərini qabaqlayan), bazar iqtisadiyyatına keçid və mülkiyyətçilərin dəyişməsi ilə bağlı yeni şəraitin yaranması, qanunvericilikdəki dəyişikliklər rəhbər işçilərin və texniki mütəxəssislərin həmin sistemlərin texniki vəziyyətinə, qəzaların qarşısının alınması tədbirlərinin görülməsinə, tədbirlərin işləmə mexanizminin dayanıqlılığına diqqətinin artırılmasını tələb edir ki, bununla əlaqədar Birliyin yaxın illərdə fəaliyyətinin əsas istiqamətləri aşağıdakılar olacaqdır:
- idarəetmə sisteminin daha da təkmilləşdirilməsi;
- itkilərin azaldılması yolu ilə səmərəliliyin artırılması;
- qazın nəqli və paylanmasında operativ idarəetmə mexanizmlərinin təşkili;
- magistral qaz kəmərlərinin və qazpaylayıcı şəbəkələrin yenidən qurulması və təkmilləşdirilməsi;
- qənaətli texnologiya, avadanlıqların öyrənilməsi və tətbiqi;
- işçilərin bilik və ixtisaslarının artırılması;
- texniki istismar və texniki təhlükəsizlik qaydaları tələblərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi.
“Azəriqaz” İB-nin əsas vəzifəsi etibarlı qaz təchizatı sistemi ilə, yəni təyin edilmiş parametrlər gözlənilməklə normal istismar şəraitində istehlakçıları tələb olunan miqdarda təbii qazla təmin etməkdən, həmçinin texnoloji ehtiyaclara qaz sərfinin və itkilərin maksimum azaldılmasından ibarətdir. Məhz buna görədir ki, qaz təsərrüfatının istismarına uzun illər ərzində mənfi təsir göstərən və böyük həcmdə qaz itkilərinə səbəb olan amillərin aradan qaldırılması üçün “Azəriqaz” İB-də aşağıdakı istiqamətlər üzrə işlər görülür:
- qaz təchizatı sistemlərinin normativ və təhlükəsiz iş rejiminin təmin edilməsi;
- avtomatik idarəetmə sistemlərindən, müasir informasiya texnologiyalarından istifadə;
- qazpaylayıcı şəbəkənin texniki vəziyyətinə nəzarətin və texniki xidmətin keyfiyyətinin artırılması;
- layihə, tikinti-quraşdırma və ekspertiza işlərinin keyfiyyətinin artırılması;
- fiziki cəhətdən köhnəlmiş kəmər, qurğu və avadanlıqların yeniləri ilə əvəz edilməsi;
- qaz kəmərlərinin elektrokimyəvi korroziyadan passiv və aktiv mühafizəsi üçün daha mükəmməl material və avadanlıqların tətbiqi;
- yalnız yeni materialların, sertifikatlaşdırılmış və istifadəsinə icazə verilmiş avadanlıqların tətbiqi, vaxtında material və texnika ilə təchizat;
- istehsalat prosesində normativ-texniki sənədlərin tələblərinin yerinə yetirilməsinə nəzarətin artırılması;
- magistral qaz kəmərlərinin və qazpaylayıcı şəbəkələrin istismarında texnoloji ehtiyaclara qaz sərfi normalarının və texniki itkilərin təyini üçün metodikaların işlənilməsi;
- qəza hallarının qarşısının alınmasına hazırlıq, münaqişə, qəza, bədbəxt hadisələrin analizi, onların təkrarlanmasını qabaqlayan tədbirlərin həyata keçirilməsi;
- kadrların hazırlanması və onların ixtisaslarının artırılması sisteminin təkmilləşdirilməsi;
- təhlükəsiz iş metodlarının və qazdan istifadədə təhlükəsizliyin təbliği və s.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm. Belə ki, ciddi uçot sənədləri olan qaz təsərrüfatı pasportlarının tərtibinin qaz təchizatında planlaşdırmanın təkmilləşdirilməsi, əsas istehsalat fondlarının inventarlaşdırılması, istehsalat effektliyinin və işlərin keyfiyyətinin artırılmasında böyük əhəmiyyəti vardır. Məhz buna görədir ki, “Azəriqaz” İB-də qaz təsərrüfatı pasportlarının vaxtında və dəqiq tərtib edilməsinə diqqət artırılmışdır.
Qaz təchizatı sistemlərinin etibarlı, fasiləsiz iş rejiminin təmin edilməsi, qəza-dispetçer xidmətlərinin işlərinin koordinasiya edilməsi və qəza hadisələrinin baş verməsini qabaqlayan tədbirlərin hazırlanması və yerinə yetirilməsi üçün vahid məlumatlar bazasının yaradılması da çox vacibdir. Hazırda qaz kəmərləri sxemləri və marşrut xəritələrinin kağız daşıyıcılar üzərində olması müasir tələbləri ödəmir. Buna görə də artıq iki ilə yaxındır ki, “Azəriqaz” İB-də “ArcGİS” Coğrafi İnformasiya Sisteminin tətbiqinə başlanılmışdır. “ArcGİS”-in digər informasiya sistemləri ilə inteqrasiya olunaraq tətbiqi qaz təchizatı sistemlərin inkişafının planlaşdırılması, istənilən obyekt üzrə hesabat sənədlərinin formalaşdırılması, hidravlik hesabatların aparılması, qazpaylayıcı və qazistehlakedici sistemlər üzrə qurğuların layihələndirilməsi və uçotu, qəza-dispetçer xidməti üzrə bir sıra işlərin avtomatlaşdırılması, risklərin aşkar və idarə edilməsi, texniki şərtlərin verilməsi və layihələrin razılaşdırılması üzrə işlərin təşkili, yeni qaz kəməri trassalarının optimallaşdırılmasını asanlaşdırır.
Konkret rəqəmlərə gəlincə, ümumilikdə 2012-ci ilin 5 ayı ərzində Ağdam, Şamaxı, Füzuli, Quba, Masallı, Beyləqan, Ağcabədi, Goranboy, Salyan, İsmayıllı, Ağsu, Lənkəran, Yardımlı, Göygöl, Sabirabad, Balakən, İmişli və Tərtər rayonlarında yaşayış məntəqələrinə təbii qaz açılmışdır.
“Azəriqaz” İB üzrə 2012-ci ilin 5 ayı ərzində 47370 yeni abonent qeydə alınaraq 01 iyun 2012-ci il tarixə əhali abonentlərinin sayı 1392875-ə çatdırılmışdır.
- Respublikamızda istehlakçıların fasiləsiz, keyfiyyətli və təhlükəsiz təbii qazla təmin edilməsi və qaz şəbəkəsinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması istiqamətində hansı işlər görülür?
- “Azəriqaz” İB-nin tabeçiliyində olan Qaz istismar sahələrinin xidməti ərazisində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2012-ci ilin 5 ayı ərzində Qaz istismar sahələrinin daxili imkanları hesabına 245635 p/m uzunluğunda müxtəlif diametrli qaz kəmərləri təmir-bərpa edilmiş və ya çəkilmişdir. Bunlardan 40233 p/m Bakı şəhəri, 205401 p/m isə regionlardakı qaz istismar sahələri üzrədir.
Eyni zamanda 2012-ci ilin 5 ayı ərzində Qaz istismar sahələri tərəfindən 105489 ədəd qaz sayğacı (Bakı şəhəri üzrə 36559 ədəd, regionlar üzrə 68930 ədəd), 304 ədəd qaz tənzimləyici (Bakı şəhəri üzrə 116 ədəd, regionlar üzrə 188 ədəd) və 468 ədəd müxtəlif diametrli siyirtmələr (Bakı şəhəri üzrə 107 ədəd, regionlar üzrə 361 ədəd) quraşdırılmışdır.
- Hazırda ölkə ərazisinin qazlaşdırılması işi hansı səviyyədədir? Bu prosesin nə vaxt başa çatdırılması nəzərdə tutulur?
- Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2005-ci il tarixli 635 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın, 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, 04 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı “Azəriqaz” İB tərəfindən yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması, təbii qazla təmin olunmayan yaşayış məntəqələrinin və massivlərinin qazlaşdırılması, qazın nəqli obyektlərinin tikintisi və təmiri istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
“Azəriqaz” İB-nin fəaliyyəti dövründə 280 yaşayış məntəqəsi və yaşayış massivi, o cümlədən cari ilin 5 ayında 56 yaşayış məntəqəsi və yaşayış massivi qazlaşdırılmış, qaz təminatı bərpa olunmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində 01.06.2012-ci il tarixə respublikada qazlaşma səviyyəsi 75,9 faizə, o cümlədən Bakı şəhərində 95,8 faizə, regionlarda 64,8 faizə çatdırılmışdır. Dövlət tapşırığına uyğun olaraq, 2013-cü ilin sonuna qədər ölkənin qazlaşma səviyyəsinin 95 faizə çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilir.
- Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına nə dərəcədə riayət olunur? Bu sahədə əhali üçün maarifləndirmə işləri aparılırmı?
- “Azəriqaz” İB tərəfindən istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yaşayış məntəqələrinin və yeni yaşayış massivlərinin qazlaşdırılması, mövcud nəqledici, daşıyıcı və paylayıcı qaz şəbəkələrinin yenidən qurulması istiqamətində genişmiqyaslı iş aparılmaqla yanaşı, qaz təsərrüfatında təhlükəsizlik qaydalarına riayət olunması məsələlərinə də ciddi önəm verilir. Bu məqsədlə mövcud qaz şəbəkələrinə istismar qaydalarına müvafiq olaraq texniki xidmət göstərilməsinə, aşkar edilmiş nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılmasına, istehlakçıların tərtib edilmiş texnoloji rejimə uyğun təbii qazla təmin olunmasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda qaz istismarı müəssisələri üzərinə düşən vəzifələrin icra edilməsinə xüsusi diqqət yetirilir.
Lakin qeyd edilən işlərin görülməsinə baxmayaraq, təbii qazla əlaqədar qəza və bədbəxt hadisələrin hələ də mövcud olması bizi çox narahat edir. Araşdırmalar göstərir ki, hadisələrin tam əksəriyyəti abonentlər tərəfindən təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş verir. Məlumat üçün bildirirəm ki, Birlikdə bu hadisələrin hər biri qeydiyyata alınmaqla yanaşı, təhlil edilir və bu kimi arzuolunmaz hadisələrin gələcəkdə baş verməməsi üçün səlahiyyətlərimiz daxilində zəruri qabaqlayıcı tədbirlər görülür. Aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, bu hadisələrin təxminən 95 faizi yanma məhsullarının təsirindən zəhərlənmə ilə bağlıdır. Bu isə əsasən tüstü bacaları və ventilyasiya kanallarına vaxtaşırı texniki baxışın keçirilməməsi, abonentlər tərəfindən tüstü bacaları olmayan vanna otaqlarında qazla işləyən su qızdırıcılarının quraşdırılması və onların çıxışlarının ventilyasiya kanallarına birləşdirilməsi, qeyri-standart su qızdırıcılarından istifadə olunması və mənzillərin təmiri zamanı qaz cihazlarının quraşdırılması üçün tələb edilən texniki normaların pozulması ilə izah edilir.
Odur ki, hadisələrin qarşısının alınması üçün istehlakçılara məxsus qaz kəmərlərinə və cihazlarına profilaktiki xidmətlər göstərilməklə yanaşı, günün istənilən vaxtında vətəndaşlar tərəfindən edilən müraciətlər qeydə alınır, qaz sızmaları dərhal aradan qaldırılır. Təmir-bərpa və digər texniki məsələlərlə əlaqədar qaz təchizatının dayandırılmasına zərurət yarandığı təqdirdə bu barədə istehlakçılara kütləvi informasiya vasitələri və mənzil istismar sahələri vasitəsi ilə məlumat verilir.
Bundan əlavə, abonentlərin təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması ilə bağlı təlimatlandırılmasına və maarifləndirilməsinə xüsusi diqqət yetirilir və təbii qazla əlaqədar baş verə biləcək bədbəxt hadisələrin minimuma endirilməsi üçün mütəmadi olaraq iş aparılır. Buna 2011-ci ilin noyabr ayının ölkə ərazisində təbii qazdan təhlükəsiz istifadə aylığı elan edilməsini, kütləvi informasiya vasitələrində və metrolarda videoçarxlardan istifadə olunmasını, hər bir mənzilə təbii qazdan istifadə qaydalarına dair bukletlərin paylanmasını, istehlakçıların növbədənkənar təlimatlandırılmasını, Təhsil Nazirliyi ilə razılaşma əsasında orta məktəblərdə təhlükəsizlik dərslərinin keçirilməsini və s. misal göstərmək olar.
“Azəriqaz” İB istehlakçıların nəzərinə bir daha çatdırır ki, təbii qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və yaxınlarınızın həyatını baş verə biləcək qəza və bədbəxt hadisələrdən qorumuş olarsınız.
- Respublikanın bütün bölgələrində “smart-kart” tipli sayğacların quraşdırılması prosesi hansı vəziyyətdədir?
- Hal-hazırda Bakı şəhəri və regionlar üzrə 21 rayonda smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir. Bu rayonlarda abonentlər uçun təbii qaza görə ödənişləri təmin etməkdən ötrü “Komtek” MMC tərəfindən ödəniş terminalları quraşdırılmış və internet üzərindən ödəniş edilməsi təmin olunmuşdur. Belə ki, hər bir abonent kart oxuyucusu əldə etməklə öz şəxsi kompüterindən müvafiq Visa elektron kartından məbləğin çıxması ilə smart-karta ödənişin köçürülməsini təmin edə bilər. Eyni zamanda, abonentlər Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrində ödəniş edə bilərlər.
- Əkbər müəllim, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sosial məsələlərin həlli istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Bu baxımdan, 2011-2015-ci illər üçün “Sosial İnkişaf Proqramı”nın icra vəziyyəti ilə bağlı məlumat verməyinizi xahiş edlirik.
- “Azəriqaz” İB-nin strukturuna daxil olan idarə və təşkilatlarda çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması, onların müasir tələblərə uyğun iş şəraiti ilə təmin edilməsi, işdən kənar asudə vaxtlarının və istirahətlərinin təşkili, sağlamlıqlarının qorunması məqsədilə davamlı tədbirlər görülür.
Hazırda Birliyin idarə və təşkilatlarında çalışan işçilərin sosial rifahının müasir tələblərə uyğun olaraq yaxşılaşdırılması məqsədilə ARDNŞ-nin 2011-2015-ci illər üçün “Sosial inkişaf Proqramı”na “Azəriqaz” İB üzrə 37 bənddən ibarət tədbirlər daxil edilmişdir. Proqramda nəzərdə tutulan işlərin böyük bir hissəsi artıq həyata keçirilmişdir.
İşçilərin iş şəraitinin müasir tələblərə cavab verən standartlar səviyyəsində qurulması üçün yeni inzibati binaların tikintisi və mövcud binaların təmiri diqqət mərkəzində saxlanılmış, onlar müasir avadanlıq və ofis mebelləri ilə təchiz edilmişdir.
“Azəriqaz” İB-nin idarə və təşkilatlarında çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində onların məişət problemlərinin həlli istiqamətində müəyyən işlər görülmuşdür. Belə ki, istehsalat sahəsində çalışan işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni duşxanalar tikilmiş, soyunub-geyinmə otaqları təmir edilmiş, yeni şkaflarla təchiz olunmuşdur. İdarə və təşkilatlarda tələbat nəzərə alınaraq, su dispenserləri quraşdırılmış və işçilər mütəmadi olaraq içməli su ilə təmin olunurlar. İşçilərin iş yerlərinə rahat aparılıb-gətirilməsi üçün 6 ədəd orta tutumlu avtobus alınaraq işçilərin istifadəsinə verilmişdir.
“ARDNŞ-nin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, idarə və təşkilatlarda çalışan aztəminatlı işçilərə 238194 manat maddi yardım göstərilmişdir. 24 işçi vəfat etdiyinə görə onların ailə üzvlərinə 44880 manat, 111 işçinin ailə üzvü vəfat etdiyinə görə 51467,5 manat, 1 nəfər Qarabağ müharibəsində vəfat etmiş işçinin övladına 233,5 manat, vəfat etmiş işçilərin azyaşlı uşaqlarına 98489 manat, həmçinin ARDNŞ prezidentinin razılığı əsasında 3 nəfərin və ailə üzvlərinin müalicəsi üçün 41020 manat maddi yardım ödənilmişdir.
Birliyin daim diqqət mərkəzində saxladığı sosial yonümlü məsələlərdən biri də hərbi təcavüz nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinə qayğı göstərilməsidir. Bu gün Birliyin idarə və təşkilatlarının balansında olan binalarda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin çox hissəsi Birliyin idarə və təşkilatlarında işlə təmin olunmuşdur.
İşçilərin və onların ailə üzvlərinin istirahətlərinin səmərəli keçirilməsi də Birliyin sosial siyasətinin tərkib hissəsidir. Belə ki, 2012-ci ilin ötən dövrü müddətində müalicəyə ehtiyacı olan qaz təsərrüfatı işçilərindən 95 nəfəri sanatoriya, 106 nəfəri isə istirahət zonası üçün yollayışlarla təmin olunmuşlar. Bundan başqa, bu ilki yay mövsümündə 1000 nəfərə yaxın işçinin və onların ailə üzvlərinin respublikanın ayrı-ayrı regionlarında yerləşən istirahət mərkəzlərinə göndərilməsi planlaşdırılmışdır. Vaxtaşırı işçilərin və onların ailə üzvlərinin sirk və teatrlarda tamaşalara baxışları təşkil olunur ki, bu da onların işdən sonrakı asudə vaxtlarının səmərəli keçirilməsində mühüm rol oynayır.
Bundan başqa, işçilər ARDNŞ-nin tibbi sığorta Proqramı çərçivəsində sığortalanmışdır ki, bu da onların özlərinin və müəyyən güzəştlərlə ailə üzvlərinin respublikanın müxtəlif ixtisaslaşdırılmış klinikalarında müalicə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxGündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50

