Daim yenilənən “Yeni Azərbaycan”
10.04.2024 [09:45]
Mübariz FEYİZLİ
Tarixin bu günündə - 1993-cü il aprel ayının 10-da müstəqilliyinin ilk çağlarını yaşayan Azərbaycanda dövrü mətbat sırasına “Yeni Azərbaycan” adlı yeni bir qəzet əlavə olundu. Qəzetin təsisçisi cəmi bir neçə ay əvvəl - 1992-ci il noyabrın 21-də təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası (YAP) idi.
Heydər Əliyevin ideya müəllifliyi ilə yaranan qəzet
İlk öncə “Yeni Azərbaycan”ın ərsəyə gəldiyi tarixi dövrə qısa ekskurs edək. “Yeni Azərbaycan”ın təsisçisi olan YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb. Həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş respublikamızda dərin siyasi və iqtisadi-sosial böhran yaranmışdı. Qeyri-legitim yolla 1992-ci ilin yazında hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarı cəmi bir il ərzində apardığı naşı siyasəti ilə ölkəni xaos, hərc-mərclik girdabına salmışdı. Ermənistanın işğalının genişlənməsi ilə yanaşı, həm də respublikada vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Vəziyyət sağlam qüvvələri narahat edirdi. Onlar çıxış yolunu görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsində görürdülər. Beləliklə, 91 nəfər ziyalı siyasi fəaliyyət meydanına atılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi və 21 noyabr 1992-ci il tarixində Naxçıvanda partiyanın təsis konfansı baş tutdu. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.
“Yeni Azərbaycan”ın yaranmasının ideya müəllifi də məhz Heydər Əliyev olub. Hansısa bir partiyanın, siyasi qüvvənin fəaliyyətini mətbu tribuna olmadan təsəvvür etmək çətindir. Bunu görkəmli siyasətçi, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyev hamıdan yaxşı bilirdi. Həmin dövrdə bəlli səbəblərdən respublika mətbuatında Heydər Əliyevin, Onun rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının təbliğatının aparılması qeyri-rəsmi şəkildə yasaq edilmişdi. Bəs partiyanın ideyalarını, fəaliyyətini cəmiyyətə necə çatdırmalı sualına cavabını Heydər Əliyevin Özü verdi - O, YAP-ın mətbu orqanının təsis edilməsi təşəbbüsünü irəli sürdü. Aparılan müzakirələr nəticəsində qəzetin “Yeni Azərbaycan” adlandırılması ilə bağlı razılığa gəlindi və Onun tapşırığı ilə 1993-cü il aprelin 10-da qəzetin ilk sayı çapdan çıxdı. “Yeni Azərbaycan”ın ilk sayında Heydər Əliyevin təbriki dərc edilmişdi. Artıq böyük siyasətçinin və Onun rəhbərlik etdiyi partiyanın ideyalarını təbliğ etmək üçün qadağasız-filansız bir tribuna meydanda idi.
Müstəqillik tariximizin salnaməsi
YAP-n ideyaları bütün cəmiyyət tərəfindən dəstəkləndi və qısa müddətdə ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasını tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən cəmi bir neçə ay sonra ölkəmizdə hakim partiyaya çevrildi.
YAP-ın Azərbaycanda iqtidara gəlməsi ilə paralel şəkildə “Yeni Azərbaycan”ın üzərinə hakim partiyanın mətbu orqanı olmağın məsuliyyəti düşdü. Deyə bilərik ki, qəzetin səhifələrində müstəqillik tariximizin 30 illik salnaməsi yazılıb. Tarix üçün elə də böyük zaman məsafəsi olmasa da, Azərbaycanın ötən müddətdə öz mahiyyətinə görə qərinələrə bərabər yol keçdiyi fikrini qətiyyətlə ifadə edə bilərik. Gizlətməyək, yolumuz heç də həmişə hamar olmayıb. Ötən əsrin doxsanıncı illərinin məhrumiyyətlərini yaşamışıq. Müstəqilliyimizin yaşı qədər olan işğal dövrünü adlamışıq. Ancaq üzləşdiyimiz çətinliklər bizi sındırmayıb. Xalqımız öz Liderinə - Ulu Öndərimizə və Onun siyasi varisinə - İlham Əliyevə inanaraq onların ətrafında birləşib. Bu vəhdət ölkəmizin daim yeni-yeni uğurlara çatmasına vəsilə olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində böyük qələbələrin sevincini yaşadıq. Bu zəfərlər sayəsində ən ağrılı problemimizin həllinə - respublikanın ərazi bütövlüyünün və bütün ölkə boyunca suverenliyimizin tam təmin edilməsinə nail olmuşuq. Postmüharibə dövründə dövlətimiz və cəmiyyətimiz işğaldan azad olunmuş 11 min kvadratkilometr ərazinin bərpasına, Böyük Qayıdış Proqramını reallaşdırmağa və digər yeni hədəflərə nail olmağa köklənib. YAP-ın liderləri - həm Heydər Əliyev, həm də İlham Əliyev xalqı, bütün cəmiyyəti yeni, miqyasına görə çox böyük məqsədlər naminə səfərbər etməyi, insanlara inam, yenilməzlik ruhu aşılamağı bacarıblar. “Yeni Azərbaycan” qəzetinin kollektivi də həmişə bu missiyanın önündə gedənlərdən olub. YAP-ın, onun liderlərinin elə bir çağırışı olmayıb ki, “Yeni Azərbaycan” həmin çağırışlardan kənarda qalsın.
Format, mövzu rəngarəngliyi, məzmun dolğunluğu
İllər, necə deyərlər, yel qanadlı olub. Aradan 31 il vaxt ötüb. Hazırda mətbuata münasibət dəyişib. Xüsusilə də sosial şəbəkələrin mövcudluğu, internetə əlçatanlığın getdikcə artması ciddi rəqabət mühiti yardıb. Bu reallıqlar fonunda çap mediası üçün oxucu auditoriyası qazanmaq, insanların gözlədiyi stolüstü qəzetə çevrilmək elə də asan məsələ deyil. Çətinliklərə baxmayaraq, “Yeni Azərbaycan”ın kollektivi daim öndə olmağa və günün nəbzini tutmağa çalışır.
Oxucunun qəzetlə ilk ünsiyyəti dizayn-format cəlbediciliyindən başlayır. Gərək, qəzetin səhifələri rəngarəng olsun, bütün xəbərlərin, analitik yazıların yeri, şriftlər düzgün seçilsin. “Yeni Azərbaycan”ın tərtibatı monotonluqdan çox-çox uzaqdır. Dizayn tez-tez yenilənir. Daimi oxucularımız hər gün köşklərdə yeni bir “Yeni Azərbaycan” görürlər. Bəzi nəşrlərin də qəzetimizin tərtibatından bəhrələnmələri kollektivimizi yeni axtarışlara ruhlandırır.
“Yeni Azərbaycan”ın dizaynı nə qədər rəngarəngdirsə, məzmunu da bir o qədər zəngindir. Dizayn və mövzu rəngarəngliyi qəzeti fərqləndirən əsas cəhətlərdən biridir. Hər nömrə üçün seçilən mövzular dünyada və respublikamızda cərəyan edən ictimai-siyasi prosesləri, gündəliyin bütün aktual məsələlərini əhatə edir. Faktların dəqiqliyi və mövzuların yüksək peşəkarlıqla işlənməsi də öz yerində. “Yeni Azərbaycan”ın mətbəxindəki ab-havadan bəhs edərkən redaksiyada əməkdaşlara mövzu seçmək sərbəstliyinin verilməsini xüsusi qeyd edə bilərik. Ötən 31 ildə “Yeni Azərbaycan” böyüyüb. İndi kollektiv sadiq auditoriyası ilə görüşə həm də daim yenilənən saytı və eyni adlı internet televiziya kanalı ilə gəlir...
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

