Fransanın Türk xofu...
01.05.2024 [10:45]
Paris yeni qondarma iddialarla özünü ifşa edir
Fransanın apardığı anti-Türk təbliğatı yeni müstəviyə daşınır. 2020-ci ildə Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edilməsi ilə özünün əsl simasını dünyaya nümayiş etdirən Paris bununla hər hansı bir uğur qazana bilmədi - gözlənildiyinin əksinə olaraq, Fransanın bu qeyri-qanuni və əsassız addımı Avropada presedent kimi qəbul olunmadı. Beləliklə, qondarma “erməni soyqırımı” məsələsi üzərindən aparılan çirkin təbliğat iflasa uğradı.
Görünən budur ki, Paris özünün əsassız iddialarından əl çəkmək fikrində deyil. Tam əksinə, Türkiyəyə qarşı apardığı kampaniyanın “sərhədlərini” daha da genişləndirmək istəyir. Fransa Milli Assambleyası 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürülməsi də buradan qaynaqlanır. Fransızlar Osmanlının bu “xalqlara” qarşı da “soyqırımı” apardığı iddia olunur ki, bu da tarixi saxtakarlıqdan başqa bir iddia deyil.
Vurğulayaq ki, Türkiyə Xarici İşlər Nazirilyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatının qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı. “Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların Assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.
Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir”.
Assurlar və keldanilər kimdir?
Bəzi mənbələrdə “assuriyalı”, bəzi mənbələrdə isə “aysorlar” kimi tanınan və Yaxın Şərqdə məskunlaşmış bu xalq əsasən İraq və Suriya ərazisində yaşayırlar. Dünyada assuriyalıların sayı təqribən 503 min (2010-cu il) nəfərdir. Assuriyalılar yaxın etnik qruplarla birlikdə aramiləri əmələ gətirirlər ki, onların da cəmi saylarının 959 min - 3.3 milyon nəfər olduğu ehtimal edilir və asoru dilində danışırlar.
Aysorların tarixi iki dövrə bölünür; bütpərəst aysorlar və xristian aysorlar. Miladdan əvvəl bütpərəst olan aysorlar xristianlığın Mesopotamiyada yayıldığı dövrdə yeni təlimi mənimsəyirlər və beləliklə, onlar üçün yeni dövr başlayır. Aysorlar miladın 37-ci ilində kilsə ətrafında birləşərək, icma formalaşdırırlar. Antakyadan sonra qurulan Urfa Aysor Kilsəsi ilə birlikdə bölgədəki bir çox xalqlar xristianlığın çətiri, İsa Məsihin təlimi ətrafında birləşirlər. Xristianlığın parçalanmasından zərər görən aysorlar tarixçilər tərəfindən Şərqi və Qərbi Aysorlar adlandırılıblar. Qərbi Aysorlar Diyarbəkir, Antakya, Maraş, Urfa, Mardin, Midyat, Nusaybir və Suriyada yaşayanlardır. Şərqi aysorlara isə İran, İraq və Hindistan coğrafiyasında yaşayanlar şamil edilir. Osmanlı dövründə də hazırki ərəb coğrafiyasında yaşayan assurlar digər təbəqələr kimi dövlətin imtiyazlarından istifadə ediblər. Əgər Osmanlı imperiyası onları “soyqırımına” məruz qoymuşdusa, nə üçün assurlar bu gün də həmin bölgələrdə yaşayırlar?
Keldanilər isə assuriyalıların katolik hissəsini təşkil edirlər. Efes Şurasından sonra müstəqil diofizit kilsəsi quran keldanilər Yaxın Şərqdə və Hindistanda yayılıblar. 1553-cü ildən etibarən bəzi Nestorian xristianlar katolikliyi qəbul etdilər və Papanın səlahiyyətlərini qəbul etdilər - yeni qurulan bu kilsə Keldani kilsəsi, bu tarixdən sonra katolikliyi qəbul etmiş Şərq kilsəsi xristianları isə keldanilər adlanmağa başladılar. Bəzi tarixçilər isə Keldani adının bu xalqa katoliklikdən sonra verilmədiyini, bu adın qədim Cənubi Mesopotamiya xalqı olan keldanilərdən gəldiyini iddia edirlər. Keldanilərin katolikliyi qəbul etməyən hissəsi Hakkarinin mərkəzindəki Kodşanıs (Konak) kəndini uzun müddət patriarxlıq mərkəzi olaraq qəbul edib. Keldani patriarxları 1918-ci ilə qədər bu kənddə yaşayıblar. 1915-18-ci illərdə keldanilər əvvəlcə İranın Urmiyə bölgəsinə, daha sonra isə İngiltərənin nəzarətinə keçən İraqa sığınırlar. Bu gün Patriarxlığın Baş Qərargahı İraqda Bağdaddır. Onların patriarxı Lui Rafael I Sakodur. İraqın keçmiş lideri Səddam Hüseynin baş nazirinin müavini Tariq Əziz (Mikhail Con) dövrünün ən tanınmış keldanilərindən olub. Katolik Assuriyalılar (keldanilər) İraqda təxminən yarım milyon xristianın əksəriyyətini təşkil edir. Mosulda təxminən 50 min Keldani yaşayır.
“Qondarma soyqırımı” iddiası əldən çıxır...
Zaman-zaman Assuriya və Keldani tarixini və mədəniyyətini mənimsəməyə çalışan ermənilər bu yolla özlərini “şərqin ən qədim xalqlarından” biri kimi qələmə verməyə niyyətlənib. Hətta Osmanlı imperiyasında assurların və keldanilərin “soyqırıma” məruz qalması haqda yalanlar yaymaqla Türkiyəyə qarşı yeni təzyiq rıçaqları əldə etmək istəyiblər. Təbii ki, bu mümkün olmayıb - tarixi faktlar bu kimi iddiaları yerlə yeksan edir. Necə ki, 1925-ci illə bağlı siyasi manipulyasiyalar edən ermənilərin oxu daşa dəyir, assur və keldanilərlə bağlı iddialar da birmənalı şəkildə istisna olunur. Maraqlıdır ki, Fransanın bu yeni-köhnə iddiaları “diriltməyə” çalışması Ermənistanın baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verməsinin ardından reallaşdı - bəlli olduğu kimi, Paşinyan bu hadisələrdə həyatını itirən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Bu siyahı tərtibatı isə bütün həqiqətləri üzə çıxaracaq və Fransanın da bu yöndə apardığı təbliğatın puç olduğunu göstərəcək. Bunun nəticəsidir ki, Fransadakı erməni lobbisi əl-ayağa düşərək özləri üçün yeni “tutunacaq” axtarmağa başlayıb. Amma əsassız assur və keldani iddiaları onların heç bir işinə yaraya bilməz.
Bu fakt növbəti dəfə bir reallığı üzə çıxarır - Fransa bir dövlət olaraq uçurumun bir addımlığındadır. Bir ovuc erməninin maraqlarının əsirinə çevrilmiş bu dövlət özünü dünya ictimaiyyəti qarşısında rüsvay etməkdə davam edir. Bu kimi əsassız iddialar isə Parisin onsuz da yerlərdə sürünən “imici” üçün təhlükəlidir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

