Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyir
22.05.2024 [10:10]
Ölkəmiz Tayvanın müstəqilliyini tanımır
“Tayvan problem” uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində ciddi müzakirə mövzusu olaraq qalır. Mayın 20-də Tayvandakı separatçı qurumun yeni rəhbəri Lay Çinq-tenin andiçmə mərasiminin keçirilməsi adanı yenidən beynəlxalq birliyin siyasi gündəminin əsas mövzularından birinə çevirib. Xatırladaq ki, Tayvan adasında “administrasiya rəhbərliyinə və qanunverici orqana deputat seçkiləri” yanvarın 13-də keçirilmişdi. Lay Çinq-te mətbuat konfransında bildirib ki, o, Çinin materik hissəsi ilə qarşıdurma yox, bərabərlik və ləyaqət əsasında dialoqa davam edəcək, Tayvan boğazının hər iki tərəfi arasında mübadilə və əməkdaşlığı inkişaf etdirəcək.
Rəsmi Pekin isə separatçı Tayvan “hökumətinin yeni liderinin” “xalqın iradəsinə tabe olaraq dinc inkişaf yolunu tutmaq, yoxsa xalqın iradəsinə qarşı çıxıb təxribat və qarşıdurmaya girmək” arasında seçim etməli olduğunu bildirib. Bəlli olduğu kimi, Çin Tayvanın bu separatşı addımlarını daima pisləyir - “vahid Çin” prinsipi və siyasəti beynəlxalq süququnu aparıcı ünsürü və tələbi kimi ortaya qoyulur.
Məsələyə rəsmi Bakının da mövqeyi birmənalədır. Azərbaycan hər zaman “vahid Çin” siyasətini dəstəkləyib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Tayvanda keçirilmiş “seçkilər” və “Tayvan administrasiyası”nın “rəhbəri”nin fəaliyyətə başlaması ilə bağlı yerli medianın sualına cavabında deyib ki, cari il yanvarın 13-də Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan Respublikası “Vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır.
Artıq illərdir ki davam edən problemdə hüquqi mövqe Çinə aiddir - rəsmi Pekinin tələbləri beynəlxalq hüquqa əsaslanır. Qeyd edək ki, Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Ada de-yure Çin Xalq Respublikasına aiddir, lakin adanın administrasiyası Tayvanı “müstəqil” hesab edir. Tarixə nəzər salsaq, deyə bilərik ki, XII əsrdə Tayvan rəsmi şəkildə Fuszyan əyalətinin tərkib hissəsi kimi Çinə birləşdirilib. 1886-cı ildə isə Tayvan Çinin ayrıca bir əyalətinə çevrilib. 1895-ci ildə yaponlarla müharibədə məğlubiyyətə uğrayan Tsin sülaləsi Tayvan adasını Yaponiyaya güzəştə getməyə məcbur olub. Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olub və bir neçə prefekturaya bölünmüşdü.
İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra ada Çinin tərkibinə qaytarıldı. Amma ÇXR-in de-yure tərkibində olan Tayvanın mərkəzi hakimiyyətə itaətsizlik nümayiş etdurir. Belə ki, İkinci Dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsində Mao Tzsedonun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan etdilər. Vətəndaş müharibəsində kommunistlərə məğlub olan Çan Kayşinin liderliyindəki Koumintan qüvvələri isə Tayvan adasına köçərək Çinin mövcudluğunun davam etdiyini bəyan edib. Ada ÇXR-in qurulmasından öncəki Çinin bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir. Birləşmiş Ştatlar 1979-cu ildə Pekinin “Vahid Çin” siyasətini tanıyır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59

