Bakıdan Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə növbəti dəstək
11.06.2024 [10:00]
Qonşu və dost dövlət olan Gürcüstanın müstəqilliyinin ilk vaxtlarından üzləşdiyi əsas problemlərdən biri ölkə ərazisində separatizm ocaqlarının yaranması ilə bağlı olub. Rəsmi Tbilisi aradan onilliklər ötsə də, hələlik ölkənin bütün ərazisində suverenliyini tam təmin etməyə nail olmayıb. Mayın 9-da zamanında Gürcüstan ərazisində yaranan və yaxud yaradılan separatizm bölgələrindən birində - Tsxinvalidə “parlament seçkiləri” keçirilib. Bəs bu seçkilərə beynəlxalq səviyyədə münasibət necə olub?
Azərbaycanın suverenlik prinsipinə əsaslanan ədalətli mövqeyi
Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat yayıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən “Yeni Azərbaycan”a verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və iyunun 9-da Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.
Göründüyü kimi, Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə yanaşmada müstəqillik və suverenlik prinsipini əsas götürüb. Sədd heyif ki, bu gün dünyanın nizamının pozulduğunu müşahidə edirik. Beynəlxalq münasibətlər sistemində bir sıra hallarda ikili standartlar və selektiv yanaşmalar önə çxır. Güc mərkəzləri və beynəlxalq təsisatlar oxşar məzmunlu problemlərə fərqli yanaşmalar ortaya qoyurlar. Bəzən işğalçı dövlətlər və separatçı qüvvələr vaxt itirilmədən sərt şəkildə cəzalandırılırlar. Digər hallarda isə münaqişələrin həlli onilliklər boyunca uzanır.
İş elə gətirib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan müstəqilliklərinin ilk illərində separatizmlə və ona yanaşmada beynəlxalq təşkilatların, güc mərkəzlərinin ikili standartlar prizmasından yanaşmalarının şahidi olublar. Azərbaycan ərazisindəki separatizm mənbəyini öz gücü ilə məhv etməyə nail oldu. Dost ölkə siyasətində suverenlik prinsipindən çıxış etsə də, hələlik ərazi bütövlüyünü təmin etməyə nail olmayıb. Azərbaycan da öz növbəsində haqq mübarizəsində daim Gürcüstanın yanında yer alır. İndiyədək respublikamız müxtəlif səviyyələrdə bu ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini birmənalı şəkildə bəyan edib.
Gürcüstan Azərbaycanın nümunəsini təkrarlayacaqmı?
İndiyədək Gürcüstan ərazisindəki separatizm probleminin aradan qaldırılması istqamətində müxtəlif variantlar təklif olunub. Güc mərkəzlərindən gələn belə təkliflərdən biri də Gürcüstanda federativ əsaslı dövlət quruluşu formalaşdırılması ilə bağlı idi. Həmin təklif özündə separatizm subyektlərinin Gürcüstanın tərkibində yüksək statusla mövcudluğunu ehtiva edirdi. Gürcüstan buna sərt şəkildə etirazlarını bildirdi və təklifi gündəliyinə qəbul etmədi.
Son vaxtlarda Gürcüstanın ərazi bütövlüyünün mütləq qaydada bərpa edəcəyi ilə bağlı müzakirələrin intensivliyi artıb. Verilən məlumatlarda vurğulanır ki, indiki geosiyasi reallıqlar fonunda Gürcüstan ərazisində də separatizmin aradan qaldırılmasının vaxtı çatıb. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin 26 may Müstəqillik Günü ilə bağlı çıxışından o qənaət hasil olub ki, hakimiyətin hədəflərində biri Gürcüstanın müstəqilliyinin 40-cı ildönümündə ölkənin ərazi bütövlüyünə nail olmaqdır. Kobaxidze çıxışı zamanı qısa müddət ərzində Gürcüstanın ərazi bütövlüyünün təmin olunması istiqamətində çox mühüm nəticələrin əldə olunacağını bəyan edib. Baş nazir bildirib ki, söhbət konkret 2030-cu ildən gedir: “2030-cu ildə abxaz və osetin qardaş və bacılarımızla vahid və güclü Gürcüstanda yaşamaq arzumuzdur. Vahid və güclü Gürcüstan Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır”.
Heç şübhəsiz ki, Gürcüstanın indiki rəhbərliyinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə bağlı konkret hədəflər müəyyənləşdirməsinə təsir göstərən amillər sırasında Azərbaycanın yaratdığı reallıqlar təsirsiz ötüşməyib. Azərbaycanın qətiyyət nümayiş etdirməsi, böyük güclərə qarşı özünün dəyişməz mövqeyini ortaya qoyması və əlbəttə ki, gücü, hərbi potensialı tarixi ədalətin, beynəlxalq hüququn təmin edilməsində həlledici amillər qismində çıxış etdi. Gürcüstan Azərbaycanın nümunəsini təkrarlayacaqmı? Bunu zaman göstərəcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

