Keşiş Baqrat “sürpriz” edə bilmədi...
11.06.2024 [10:45]
11 iyun üçün yeni “vədlər” verilib
Ermənistanda daxili siyasi gərginlik davam edir. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılığın əldə olunmasından sonra baş nazir Paşinyana qarşı etiraz aksiyaları keçirilir. Bu aksiyalara aprelin sonlarından Tavuş vilayətində start verilib. Daha sonra “Vətən naminə Tavuş” hərəkatının rəhbəri olan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın təklifi ilə kütləvi aksiyalar paytaxt İrəvanda və digər bölgələrdə də təşkil olunub.
Paytaxtda sonuncu mitinq isə iyunun 9-da keçirilib. Öncədən əhalini həmin aksiyaya çağıran Baqrat guya mitinqdə hakimiyyət üçün “sürprizlər” olacağını, 9 iyun mitinqinin dönüş yaradacağını vəd etmişdi.
Etirazçı fəallar hesab edirdilər ki, həmin gün arxiyepiskop Baqrat vəziyyəti dəyişəcək həlledici çıxış edəcək. Bəziləri ehtimal edirdi ki, arxiyepiskop ölkədə siyasi böhran yaratmaq və növbədənkənar seçkilərə məcbur etmək üçün parlament müxalifətini istefaya çağıracaq. Digərləri isə gələcək hökumətin tərkibinin açıqlanacağını gözləyirdilər.
9 iyun mitinqi bütün gecə davam etsə də, ancaq keşiş ermənilərə hansısa “sürprizlər” edə bilməyib. Sadəcə, Baqrat Qarabağı könüllü tərk etmiş ermənilərin sayəsində aksiya iştirakçılarının sayını artırmağa çalışıb. Bundan başqa, İrəvanın bir sıra küçə və prospektləri bağlanıb, B.Qalstanyan isə gecəni başının dəstəsi ilə Baqramyan prospektində keçirib. Ərazidə çadırlar quraşdırılıb və avtomobillər toplanıb. Yerli medianın yazdığına görə, “Respublika” meydanında baş tutan aksiyadan sonra Baqrat tərəfdarları ilə birlikdə Baqramyan prospektində yürüşə başlayıb. Bir qrup etirazçı hökumət binalarına doğru hərəkət edib, lakin polis onların qarşısını kəsib. Sonra yürüş iştirakçıları Baqramyan prospektinə qayıdaraq, oturaq aksiya elan ediblər. Polis aksiyaya böyük ölçüdə müdaxilə etməsə də, etirazçıların hərəkətlərinin qanunsuz olduğunu bildirib və onların bir neçə istiqamət üzrə hərəkətini dayandırıb. Xüsusilə də parlament binasına daxil olmaq istəyənlərin qarşısı alınıb. Üç etirazçının saxlanıldığı qeyd olunub.
Arxiyepiskop 9 iyun mitinqində “hərəkat”ın planları ilə bağlı 3 addım təqdim edib: Birincisi, iyunun 11-də saat 16:30-da hökumətin istefasını gündəmə gətirmək üçün parlamentin müxalifətçi deputatları ilə görüş keçiriləcək. İkincisi, parlamentdən növbədənkənar sessiyanın keçirilməsi barədə qərar qəbul etmək tələb olunacaq. Üçüncüsü, “xalqın tələbi” əsasında parlamentin növbədənkənar iclasında hazırkı hökumətin istefasını və yeni hökumətin formalaşdırılması qərarla təsdiq etməlidir. Qalstanyan isə elan edib ki, iyunun 11-də müxalif siyasi qüvvələrin təşəbbüsü ilə parlamentin iclası keçiriləcək və hökumətin istefası məsələsi qoyulacaq. Hansı ki, həmin gün parlamentin növbəti iclası keçirilməlidir və burada növbədənkənar iclas məsələsi yoxdur. Digər tərəfdən, hakim partiyanın parlamentdə çoxluq təşkil etdiyini nəzərə alsaq, belə bir təklifin qəbul olunmayacağı əvvəldən məlumdur.
Keşiş həmçinin iddia edib ki, Paşinyan İrəvana ordu hissələri yeritmək və onların vasitəsilə aksiyanı dağıtmaq istəyir: “Biz burada qalacağıq, çadırlar, maşınlar olacaq. Mən burada qalacağam, yəqin ki, siz də qalacaqsınız. Biz heç yerə getməyəcəyik, onlar minlərlə əsgər göndərmək istəyirlər”. Tez-tez Qarabağı tərk etmiş ermənilərə müraciət edən keşiş Qalstanyan onların Ermənistana qaçmasına görə separatçıları və onların başçılarını deyil, Paşinyan hakimiyyətini günahlandırıb. Bununla yanaşı, keşiş Azərbaycanla müharibənin hələ bitmədiyini deyib.
Ermənistan hakimiyyəti isə Baqrat Qalstanyanın hərəkatının getdikcə zəiflədiyini hesab edir. Amma keşiş havadarlarının dəstəyi ilə mitinqlərdə kütləviliyi təmin etmək üçün axtarışlarını davam etdirir. Göründüyü kimi, revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin önündə gedir. R.Köçəryan və S.Sarkisyanın timsalında revanşist siyasi müxalifətin Ermənisan cəmiyyətində heç bir nüfuzu olmadığı üçün bu dəfə kilsəni qabağa veriblər. İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almayan bu revanşistlər Paşinyanı devirmək üçün müxtəlif variantlara əl atırlar. Lakin N.Paşinyan onlara qarşı müəyyən arqumentlər ortaya qoyur, xüsusilə son 20 ildə hakimiyyətdə olan qüvvələrin Ermənistanın gələcəyi üçün heç bir addım atmamaqda ittiham edir. Ona görə də, hakimiyyət keşişin rəhbərlik etdiyi hərəkatı tezliklə zərərsizləşdirməyə çalışır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

