Ermənistan üçün ən böyük maneə - konstitusiya...
02.07.2024 [10:40]
Hazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmin əsas mövzularından biridir. Çünki bu ölkənin konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb isə burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Dövlətimiz rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Yəni fakt açıq-aşkar ortadadır və əlavə şərhə ehtiyac yoxdur.
Lakin erməni tərəfi bu mövzuda spekulyasiyanı davam etdirməkdədir. Hələ iyunun 7-də Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq guya heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiası olmadığını açıqlamışdı. Rəsmi İrəvan iddia edib ki, Ermənistanın konstitusiyası və ona dəyişikliklər ölkənin daxili işidir. Bu ölkənin qonşularına qarşı ərazi iddiaları irəli sürməsi faktını təkzib etməyə yönəlmiş 7 iyun tarixli bəyanatı, əslində, beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil.
Bu gün həqiqətən də əsas problem başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu, Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz. Sülh istəyən ölkə əsas qanunundan ərazi iddiaları olan müddəaları çıxarmalıdır. Lakin rəsmi İrəvan hələ də prosesi uzatmaqla məşğuldur. Amma gec-tez buna getməyə məcburdur. Paşinyanın konstitusiyaya dəyişikliklə bağlı layihənin 2026-cı ilə qədər hazırlanması barədə tapşırığı da bunun göstəricisidir.
Rəsmi İrəvanın konstitusiya islahatlarına getmək məcburiyyətinin başqa səbəbi də var. Son günlər bu məsələ erməni mediasında gündəmə gəlib. Belə ki, hazırkı konstitusiya Ermənistanın Avropa İttifaqına gedən yolda da bir maneədir. Xatırladaq ki, bugünlərdə Ermənistan parlamentində Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi ideyası gündəmə gəlmişdi. Lakin yerli ekspertlər hesab edirlər ki, mövcud konstitusiyaya əsasən, Ermənistanda Avropa İttifaqına daxil olmaq məsələsi ilə bağlı referendum keçirilə bilməz. Məsələn, konstitusiya hüququ üzrə ekspert Vardan Poqosyan bildirib ki, Ermənistan konstitusiyası respublikada referendumun hansı hallarda keçirildiyini aydın şəkildə müəyyən edir. Konstitusiyada konkret hansı məsələlərin referenduma çıxarıla biləcəyi ilə bağlı hərtərəfli ifadələr var. Əgər söhbət Ermənistanın Aİ-yə daxil olması məsələsinin referenduma çıxarılmasından gedirsə, o zaman bunu etmək olmaz, çünki Ermənistan bu məsələ ilə əlaqədar müvafiq danışıqlar aparmayıb, Avropa İttifaqına daxil olmaq ilə bağlı heç bir sənəd imzalamayıb. Bütün bu prosedurlardan əvvəl sözügedən məsələ ilə bağlı referendum keçirilə bilməz.
Poqosyan onu da qeyd edib ki, bütün danışıqlar, üzvlük prosedurları və müvafiq saziş imzalandıqdan sonra referendum nəinki keçirilə bilər, həm də keçirilməlidir, çünki üzvlük (və ya çıxma) haqqında sazişlər müstəsna olaraq referendum yolu ilə ratifikasiya oluna bilər.
Əgər Ermənistan hakimiyyəti proseslərə başlamazdan və üzvlük üçün ərizə təqdim etməzdən əvvəl Ermənistan vətəndaşlarının mövqeyini birmənalı şəkildə aydınlaşdırmaq istəyirsə, o zaman ümummilli sorğu keçirməyi nəzərdə tutan qanunvericilik islahatlarını həyata keçirmək lazımdır ki, bu da hakimiyyətə vətəndaşların mövqeyini qiymətləndirməyə imkan verəcək. Amma nəzərə almaq lazımdır ki, bu cür sorğular heç bir siyasi və hüquqi nəticələrə səbəb ola bilməz. “Yəni sorğunun nəticələrinə əsasən əksəriyyət Aİ-yə üzv olmaq üçün ərizənin verilməsinə qarşı çıxsa belə, hökumət hər halda ərizə vermək hüququna malikdir. Və ya əksinə - əksəriyyət lehinə olsa belə, təqdim etməyə bilər. Parlament referendum məsələsinə toxunan konstitusiya müddəalarına sözügedən məsələ üzrə ümumxalq səsverməsinin keçirilməsini təmin etmək üçün düzəliş edə bilməz. Çünki əsas qanuna belə dəyişikliklərin edilməsi üçün referendum lazımdır”,- deyə erməni ekspert bildirib.
Beləliklə, Ermənistan mövcud konstitusiya ilə nə Azərbaycanla sülh müqaviləsini imzalaya, nə də Avropa İttifaqına üzv olmaq üçün müraciət edə bilməz. Ona görə də, rəsmi İrəvanın bu konstitusiyanı dəyişməsi şərtdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02

