Səfir Prezidentə qarşı...
25.07.2024 [10:40]
Kopırkin Zəngəzur dəhlizi ilə bağlı öz ölkə rəhbərinin imzasına hörmətsizlik edir
44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanması ilə regionda yaranan yeni reallıqlar sırasında Zəngəzur dəhlizinin açılması məsələsi mühüm yer tutur. Sözügedən dəhliz Avropa ilə Asiya arasında iqtisadi-ticarət əlaqələrini daha da genişləndirməklə yanaşı, geosiyasi əhəmiyyət də daşıyır. Bu amilin Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasına da müsbət təsir göstərməsi mümkündür. Məlumdur ki, dünyanın bir çox aparıcı dövlətləri də bu layihəni dəstəkləyir. Lakin rəsmi İrəvanın qeyri-konstruktiv mövqe tutması səbəbindən layihənin reallaşması bir qədər gecikir. Aydındır ki, Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar
Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır.
Rusiyanın Ermənistandakı səfirindən ziddiyyətli açıqlama
Bu günlərdə isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Zəngəzur dəhlizi ilə bağlı qəribə açıqlama verib. “Sputnik Ermənistan”a danışan səfir əvvəlcə Qafanda Rusiya konsulluğunun bu yaxınlarda açılmasının mümkünlüyündən bəhs edib. O, Qafanda tərəflərin bu məsələdə əhəmiyyətli irəliləyiş əldə etdiklərini və konsulluğun nota mübadiləsi aparılmadan sadələşdirilmiş sxem üzrə açılacağını söyləyib. Onun sözlərinə görə, “Sünik” bölgəsi Ermənistan və Avrasiya İttifaqının İranla ticarəti üçün “qapı”dır: “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi buradan keçir ki, bu da respublika üçün böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Rusiya tərəfi bu magistralın tikintisinə yardım edir”.
Zəngəzur dəhlizinə gəlincə, diplomat bildirib ki, iddiaların əksinə olaraq, Zəngəzur dəhlizi Rusiyanın gündəmində deyil, - “hansını ki, Qərbdə Moskvanın ayağına yazmaq istəyirlər”. Kopırkin əlavə edib ki, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması ilə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu məşğul olur.
Səfirin bu açıqlaması əslində, Rusiya dövlətinin rəsmi mövqeyinə qarşı çıxmaq deməkdir. Ən azı ona görə ki, bu dəhlizin açılmasını özündə əks etdirən sənəddə Rusiya Prezidentinin imzası var. Belə olan halda, səfir hansı əsasla dəhlizin Rusiyanın gündəmində olmadığını iddia edir?
Üçtərəfli Bəyanatın 9-cu bəndində nə yazılıb?
Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Həmin bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin bu razılaşmanın reallaşmasına əngəl olması dəfələrlə rəsmi Moskva tərəfindən tənqid edilib. Hətta, rəsmi İrəvan üçtərəfli Bəyanatda aydın yazılmasına baxmayaraq sözügedən nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları tərəfindən həyata keçirilməsini inkar edir. Bundan əlavə, Qərbin sanksiyaları şəraitində Zəngəzur dəhlizinin Rusiya üçün önəmi çox böyükdür. Həmçinin, regionda kommunikasiyaların açılması üzrə işçi qrupunda da Rusiya baş nazirin müavini səviyyəsində təmsil olunur. İşçi qrupun bir neçə iclası da Rusiyada keçirilib. Belə olan halda səfir Kopırkinin məlum açıqlaması ziddiyyətlidir və suallar doğurur. Yəqin ki, erməni mediasına bu açıqlamasına görə diplomat Moskvaya izahat verməli olacaq.
Zəngəzur dəhlizi Rusiya üçün çox önəmlidir
Ümumiyyətlə, regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək.
Dünyanın aparıcı dövlətləri və müvafiq beynəlxalq təşkilatlar da hesab edir ki, bu layihə Avropa ilə Asiya arasında ticarət əlaqələrini daha da genişləndirəcək. Hazırda dünyada baş verən mürəkkəb proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisindən gedən ticarət yolları üçün risk yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi təhlükəsiz marşrut kimi daha etibarlıdır. Digər tərəfdən, bu dəhliz Avropa ilə Asiya arasında məsafə baxımdan daha yaxın və tariflərə görə də sərfəli hesab edilir. Azərbaycanın son illərdə Xəzərdə qurduğu müasir Ələt Beynəlxalq Ticarət limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan beynəlxalq hava limanlarının yaradacağı imkanlarını da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək. Bütün bunlar isə respublikamızın perspektivdə etibarlı tranzit ölkəsi kimi böyük həcmlərdə gəlirlər qazanmasına səbəb olacaq.
Bütövlükdə, Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir imkandır. Nəzərə almaq lazımdır ki, Ermənistan da Zəngəzur dəhlizi vasitəsilə iqtisadi dividentlər qazana bilər. Lakin rəsmi İrəvan dəhlizin özü üçün nə qədər əhəmiyyətli olduğunu anlamır. Bu səbəbdən də ermənilər bu mövzuda əsassız və qeyri-ciddi bəyanatlar verirlər. Paşinyanın ortaya atdığı “Sülh kəsişməsi layihəsi” isə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Nəzərə almaq lazımdır ki, indiyədək Ermənistan işğalçı siyasəti səbəbindən beynəlxalq və regional layihələrdən kənarda qalıb. Rəsmi İrəvan cılız iddialarından əl çəkməli və qazana biləcəyi iqtisadi dividentlərdən özünü məhrum etməməlidir. Əks təqdirdə, Ermənistan dalan dövlət olaraq qalacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14

