Qardaş Türkiyədən növbəti minnətdarlıq
27.08.2024 [10:00]
MÜBARİZ
Bu günlərdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan səmimiyyətlə Azərbaycan Prezidenti İlham Əliyevə növbəti dəfə minnətdarlığını ifadə edib. Qardaş ölkənin dövlət başçısı İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib. Türkiyə lideri bu barədə Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.
Azərbaycan və Türkiyə hər zaman bir yerdə olan dövlətlərdirlər. Şuşa Bəyannaməsi ilə müttəfiq olduqlarını rəsmən təsdiqləyən iki ölkənin dostluğu bu gün ən yüksək səviyyədədir və dünyada elə bir güc yoxdur ki, bu dostluğa hansısa bir formada xələl gətirmək iqtidarında olsun. Azərbaycan cəmiyyətində Türkiyəyə, Türkiyə cəmiyyətində isə Azərbaycana böyük sevgi var. Xalqlarımız tarixdən gələn ənənələri yaşatmaqla həmişə xoş günlərin sevincini birlikdə bölüşürlər.
Eyni zamanda, biz çətin günlərdə də bir yerdə oluruq, bir-birimizə dəstək göstəririk. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Türkiyə 1993-cü ildən etibarən işğalçı ölkə ilə sərhədlərini bağlayıb. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi və biz ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etməyə nail olduq.
Azərbaycan da Türkiyəyə münasibətdə eyni cür davranır. Qardaş ölkədə 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb. 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyəyə yardıma tələsib və bu yardımı indi də davam etdirir.
Meşə yanğınlarının Türkiyənin ayrı-ayrı bölgələrini ağuşuna aldığı bir vaxtda da Azərbaycan buna biganə qala bilməzdi. Ümumilikdə, son vaxtlarda Türkiyə meşələrində baş verən yanğınların sayı 53 faiz artaraq 5 540-a çatıb. Hazırda 27 təyyarə, 105 helikopter və 5 mindən çox quru texnika yanğınların söndürülməsində iştirak edir. Respublikamız da yanğınların ram edilməsində öz köməyini göstərir. Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib. “Bir millət, iki dövlət anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanımızın Prezidenti, əziz qardaşım İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. İlham qardaşım sadəcə, zəng etmədi, həm də ölkəmizə “BE-200” tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verir. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11

