SOCAR-ı qaralayanların qara xisləti...
27.08.2024 [10:40]
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və səfər çərçivəsində Dövlət Neft Şirkəti (SOCAR) ilə “Qazprom” arasında enerji sahəsində razılaşmanın əldə edilməsindən sonra Ukrayna mediası və sosial şəbəkələrində Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniya müşayiət edilməkdədir. Sözsüz ki, bu niyyətlərinin kökündə qərəz və ucuz siyasi şou dayanır və bu çirkin kampaniyanın təşkilatçıları və iştirakçıları guya bu cür təxribatlarla Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirəcəklərinə inanırlar.
Əvvəla, Ukraynaya son 2 ildə öz dost və humanitar dəstəyini göstərən Azərbaycan digər dövlətlərdən daha həssas və sosial mövqeyi ilə seçilir. Bu ölkəyə yalnız öldürücü silahlar verən, başqa heç bir humanitar dəstək göstərməyən Avropa İttifaqı ölkələrindən fərqli olaraq Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, Ukraynanı ərzaq, dava-dərman, geyim və məişət malları, yanacaq və s. mallarla təchiz edərək öz insanlıq borcunu ödəyib. Onların sırasında isə SOCAR daha fəallığı ilə fərqlənir.
Neçə illərdir ki, Ukraynanın yanacaq-enerji sektorunda dünya bazar qiymətlərindən qat-qat ucuz yanacaq təchizatı həyata keçirən Azərbaycanın Dövlət Neft Şirkəti müharibə başlayanda isə əsil xilaskarlığı üstləndi, 2023-cü ildə Avropada qaz və yanacağın qiyməti 4-5 dəfə bahalaşaraq rekord həddə çatanda Azərbaycan 0,0001 sent belə yanacağın qiymətində artım etmədi. Əksinə Ukraynanı humanitar xarakterli yanacaq məhsulları ilə təmin etdi, “SOCAR Energy Ukraine” təcili tibbi yardım maşınları və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti üçün pulsuz olaraq 200 min litrdən çox yanacaq hədiyyə verdi. SOCAR Ukraynadakı yanacaq məntəqələri və neft bazalarından əldə etdiyi gəlirlərinin böyük biq qismini də bu ölkənin iqtisadiyyatının inkişafına yönəldir, davamlı sərmayələr qoyur. “SOCAR Energy Ukraine” şirkəti tərəfindən Ukrayna iqtisadiyyatına indiyə qədər 350 milyon dollardan çox investisiya yatırılıb. Eyni zamanda, bu ölkənin büdcəsinə hər il on milyon dollarla vergilər daxil olur ki, bu da Ukrayna xalqının iqtisadi və sosial rifahına sərf edilir.
Hazırda “SOCAR Ukraine” şirkəti Ukraynada ən çox vergi ödəyən birinci şirkətdir. Eləcə də Azərbaycan şirkəti bu ölkədə sosial layihələrə milyon dollarla ölçülən sosial layihələri maliyyələşdirir. Azərbaycanın Energetika Nazirliyinin göndərdiyi elektrik avadanlığının dəyəri 7,6 milyon dollardan çox olub. Bundan əlavə, Azərbaycan dərman və ərzaq da daxil olmaqla 2 min tondan çox humanitar yardım göndərib. Hesabladıqda, bunlar MDB regionundakı cəmi ölkələrin birgə yardımınının məbləğindən də çoxdur. Bundan başqa, Azərbaycan Ukraynaya neft, aviasiya yanacağı, kimyəvi sənaye məhsulları, gübrə və s. məhsullar ixrac edir. Ələxsus da bu ölkənin təyyarə parkının yanacaq resursları Azərbaycanın ixracatı hesabına təmin olunur. Prezident İlham Əliyevin bu günlərdə Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə həmkarı Volodimir Zelenskiyə göndərdiyi təbrik məktubunda da enerji sahəsindəki əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Göründüyü kimi Azərbaycanın Ukrayna ilə enerji sahəsindəki əməkdaşlığı Rusiya ilə təmaslardan da genişdir və Moskvanın hansısa sosial-ictimai sektorlarında Azərbaycana bununla bağlı hansısa kampaniyaçılıq hərəkətləri qeydə alınmır, ancaq Kiyevdəki bəzi təhrikedici qüvvələr SOCAR-a qarşı anlayışsız və əsassız təşviqat aparır.
Bir məqama da xüsusi diqqtə etmək lazımdır ki, transmilli şirkətlər arasında neft-qaz və digər enerji seqmentləri üzrə əməkdaşlıq layihələri hansısa bölgədə müharibə və münaqişələrdən asılı olmayaraq həm enerji həmrəyliyinə əsaslanır, həm ümumdünya ticari prinsiplərinə söykənir. Nüfuzlu korporasiyalar, şirkətlər siyasi-hərbi proseslərə müdaxilə etməyərək beynəlxalq bazar əməliyyatlarını davam etdirir. ABŞ və Avropanın iri enerji korporasiyaları müxtəlif qitələrdə baş verən münaqişlərdən asılı olmayaraq öz enerji təchizatlarını fasiləsiz həyata keçirirlər. O cümlədən, hazırda “Qazprom”la əməkdaşlıq edən Avropa, Asiya, Afrika və digər regioan ölkələrinin sayı 30-dan artıqdır. MDB regionunda “Qazprom”un 100-lərlə infrastrukturları fəaliyyət göstərir. Ermənistanın yanacaq-enerji sektoru bütünlüklə “Qazprom”un inhisarındadır, ümumilikdə, İrəvanın enerji təhlükəsizliyinin 80 faizi birbaşa Rusiyanın qaz nəhənginin əlindədir. Eləcə də digər ölkələrin qazpaylayıcı və ötürücü xətlərinin, qaz təchizatlarının böyük bir qisminə “Qazprom” nəzarət edir və onların bu əməkdaşlığı haqqında Ukraynanın hansısa sosial media seqmentlərində, ictimai sektorunda və digər strukturlarında narazılıq notları, bəyanat və hansısa mənfi assosiasiya elementləri müşahidə edilmir. Yeri gəlmişkən, bir haşiyə çıxaraq, Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımında birbaşa şəxsən iştirak etmiş Serj Sakisyanın 2011-ci ildə Ukraynaya səfəri zamanı əldə edilmiş dostluq razılaşmaları və səslənən səmimi bəyanatlara oz dövrdə Azərbaycan reaksiya verməyib, çünki Ukraynanın Azərbaycana görə öz xarici siyasətini qurmaq kimi öhdəliyi yox idi. Bu gün də Azərbaycanın öz balanslaşdırılmış, tarazlı xarici siyasət kursunda tərəf olmaq öhdəliyi yoxdur.
Mövcud sitasiya bir daha ona dəlaələt edir ki, SOCAR-la “Qazprom”un əməkdaşlığında siyasi çalar axtaranlar, məsələni iqtisadi yöndən siyasi istiqamətə yönəldənlər açıq şəkildə təxribatla məşğul olur, Avropadakı və Ukraynadadkı erməni lobbisinin əli ilə Azərbaycana qarşı çirkin kampaniyanın iştirakçı olduqlarını biruzə verirlər.
Ən təəccüb və təəsüf doğuran məqam isə ondan ibarətdir ki, “Qazprom”la Ukraynanın milli təbii qaz şirkəti “Naftoqaz” arasında 40 illik yaxın strateji əməkdaşlıq proqramı hələ də öz ahəngdar ritmi ilə davam edir. Ukrayna Rusiya ilə müharibə vəziyyətində ola-ola öz ərazisindən Rusiya qazının tranzitini dayandırmayıb, “Yamal” qaz kəməri ilə Almaniya, Avstriya, Macarıstan, Bolqarıstan, Slovekiya və digər dövlətlərə ildə təxminən 42 milyard kub.metr qaz nəql edilir ki, Kiyev hökuməti ildə təxminən 400 milyon dollar tranzit haqqı alır.
Əgər “Qazprom”la əməkdaşlığa görə, kimisə ittiham etmək lazımdırsa, yəqin ki, ilk ünvan “Naftoqaz” korporasiyası və onun Kiyev hakimiyyətində dərin kök salmış oliqarxiya şəbəkəsi olmalıdır. Üstəlik, Avropa ölkələri Ukraynanı qaz kəməri ilə nəql imkanlarını növbəti illərdə də davam etdirməyi, Aİ-nin enerji təminatında strateji rol oynayan qazötürücü xətlərin və anbarların fasiləsiz işləkliyinin saxlanmasını təkid edirlər. Avropa səmimi və dürüstdürsə, 2 il əvvəl müharibə başlayanda dərhal “Qazprom”la əməkdaşlıqdan imtina edərdi və rus qazına sığınmazdı. Əgər bunu bacarmırlarsa, kənardan Don Kixotluq edib başqa ölkələrin ünvanına qara piar təşkil etmək özü gülüncdür.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11

