Rüstəm İbrahimbəyovun əsassız fikirləri özünə qarşı çevrilir
22.11.2012 [00:24]
Onun ziyalı adından danışmağa mənəvi haqqı yoxdur
Bu bir həqiqətdir ki, Azərbaycan ziyalıları dövlətçiliyin inkişafı proseslərində hər zaman öndə gediblər. Ziyalılar Azərbaycanı, onun zəngin mədəni irsini, milli məfkurəsini yaşadıb, gələcək nəsillərə ötürüb, tarixi inkişafımızın hər bir mərhələsində öz elmi, ədəbi, mədəni yaradıcılıqları ilə bəşəriyyətin nailiyyətlərini zənginləşdirib, onun misilsiz irsinin inkişafına xalqımız adından öz töhfələrini veriblər. Amma bəzi insanlar da tapılır ki, özünü “ziyalı” adlandıraraq şəxsi mənafeyi, marağı üçün bu ada ləkə gətirirlər. Belələri ifşa olunduğu təqdirdə isə şəxsi marağını siyasiləşdirməyə cəhd göstərərək xalqın, dövlətin marağını satanlarla birgə xəyanətkar mövqe seçirlər.
Ümumiyyətlə, ölkəmizdə zaman-zaman “ziyalı” adı ilə alver etməyə cəhdlər göstərilsə də, buna cəhd göstərənlər xalqın kəskin etirazı və iradəsi ilə geri çəkilməyə məcbur olublar. Bu gün də bəzilərinin qrup marağı ətrafında cəmləşərək öz fəaliyyətlərini “ziyalılıqla” əlaqələndirməyə cəhd göstərməsi uğursuzluqla müşayiət olunur. Daha doğrusu, dəstə yaradaraq adını ziyalılığa bağlamaq istəyənlərin məqsədləri açıldıqca onların hansı cılız dəyərlərə malik olduğunun, belələrinin “ziyalılığının” sadəcə “ali təhsil” sərhəddindən kənara çıxmadığının şahidi oluruq.
Hələ 2008-ci ildə Rusiya mətbuatına verdiyi açıqlamada xalqını aşağılayan, sanki bundan zövq alan və özünü “elita” sayaraq millətinə yuxarıdan aşağı baxan Rüstəm İbrahimbəyov da belələrindəndir. Amma əsl vətənpərvər insanlar onun çıxışlarına qarşı lazımi cavab veriblər və verməkdə davam edirlər. Hələ həmin vaxt milli dəyərləri təhqir etməyə cəhd göstərən İbrahimbəyov açıq şəkildə Azərbaycandan, azərbaycançılıqdan uzaq olduğunu ortaya qoymuşdu. Onun bəhs edilən dövrdə və sonra verdiyi açıqlamalar göstərdi ki, bu şəxsin siyasi təfəkkürü nə qədər cılızdır. Hələ o dövrdə Azərbaycan ziyalıları uzun illər ərzində Rusiyada yaşayan R.İbrahimbəyovun bir dəfə də olsun erməniləri, Ermənistanın işğalçılıq siyasətini ifşa edən fikirlərlə çıxış etməməsinin səbəblərini soruşmuşdu. Təəssüf ki, bu suallar cavabsız qalmış və İbrahimbəyov yalnız fikirlərini sağa-sola yozmaqla özünü “müdafiə” etməyə çalışmışdı...
İndi isə bəlli olur ki, ötən 3 il ərzində İbrahimbəyov Azərbaycana, milli dəyərlərimizə, xalqımızın maraqlarına qarşı yeni kampaniya başlatmaq üçün sadəcə fürsət gözləyirmiş. Özünə “ziyalı” adını qoyan, əslində isə dövlətin, xalqın maraqlarını tapdamaqla, xalqın iradəsini heçə sayan və xarici maraqlı qrupların əlində yeni oyuncağa çevrilən bir qrupun tərkibində yer almaqla, həmçinin, son açıqlamaları ilə öz kimliyini bir daha ortaya qoyan R.İbrahimbəyov yeni bir məşğuliyyət tapıb. Bu məşğuliyyət isə müxalifət mətbuatına müsahibələr vermək və özünü gündəmdə saxlamaqdır.
Yeri gəlmişkən, R.İbrahimbəyov bir müddət idi ki, paytaxt Bakının mərkəzində “Kino evi” açmaq niyyətində idi. Sonradan bəlli oldu ki, onun əsl məqsədi Şəhidlər xiyabanının ətrafındakı meşə massivini əlinə keçirərək orada özünün biznes marağına xidmət göstərəcək obyektlər tikmək və yaxınları üçün müəyyən şərait yaratmaqdır. Hətta Rusiyada bəzi dairələrlə də bu istiqamətdə danışıqlar aparan, özünə “sponsorlar” tapan, həmin ərazidə biznes və restoran şəbəkəsi yaratmağa çalışan İbrahimbəyov növbəti dəfə Azərbaycanın milli-mənəvi dəyərlərini heçə saydığını nümayiş etdirdi.
Lakin onun bu niyyəti puç oldu. Belə ki, ARDNŞ bu torpaq məsələsi ilə bağlı açıqlama yaydı və “ziyalı” R.İbrahimbəyov bir daha ifşa olundu. Həmin açıqlamada qeyd olunur ki, ARDNŞ tərəfindən son illərdə mədən ərazilərində və neft sənayesi infrastrukturlarının mühafizə zonalarında zəbt edilmiş torpaqlarda qanunsuz tikililərə qarşı qətiyyətli hüquqi tədbirlər həyata keçirilir: “Bu tədbirlər tam hüquqi əsaslarla və ayrı-ayrı insanların şəxsiyyətinə fərq qoyulmadan aparıldığından, təəssüf ki, özünə xüsusi yanaşma tələb edən bəzi şəxslərin etirazları ilə qarşılaşır. R.İbrahimbəyovla əlaqəli torpaq mübahisələri də, bütün digər hallarda olduğu kimi, məhkəmə qərarları ilə tamamlanıb və ARDNŞ-nin qanuni mənafeyi təmin edilib”.
ARDNŞ-in açıqlamalarında bildirilir ki, R.İbrahimbəyov müsahibələrində “əldə etdiyi” torpaq sahələrinin “kino sahəsinin inkişafına yönəlmiş böyük bir layihə üçün” nəzərdə tutulduğunu iddia edib. Lakin məhkəmə araşdırmaları nəticəsində müəyyən edilib ki, həmin torpaq sahələri müxtəlif şəxslərin, daha dəqiq desək, onun ailə üzvlərinin və yaxın qohumlarının adına fərdi yaşayış evlərinin tikilməsi üçün heç bir hüquqi əsası olmayan bələdiyyə qərarları ilə ayrılıb.
Bir sözlə, həmin meşə massivini ələ keçirə bilməyən İbrahimbəyov bundan sonra “demokrat” olmağa başlayıb. Daha doğrusu, bu qədər cılız niyyətin uğrunda “ziyalı” adına ləkə vurmağa çalışan İbrahimbəyov niyyətinin puç olduğunu gördükdən sonra yenidən radikal müxalifət KİV-inə üz tutub. Amma bütün bunlar onun öz əməllərinə haqq qazandırmaq cəhdindən başqa bir şey deyil. Bu “ziyalı” nəzərə almalıdır ki, müsahibələrində səsləndirdiyi əsassız fikirlər elə onun özünə qarşı çevrilir, onu ifşa edir. Ona görə də, R.İbrahimbəyovun danışmağa heç bir mənəvi haqqı yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

