İngiltərəli səyyah Pol Stil Şəki Xan sarayının gözəlliyindən yazır
27.12.2012 [01:23]
Böyük Britaniyanın “baldhiker.com” saytında bu elektron resursun yaradıcısı Pol Stilin “Azərbaycan-Şəki Xan sarayı” adlı məqaləsi yerləşdirilib. AzərTAc xəbər verir ki, məqalədə Pol Stil Azərbaycana növbəti səfəri zamanı Şəki şəhərinə səyahəti ilə bağlı təəssüratlarını bölüşür.
Müəllif yazır: “Azərbaycana - məftun olduğum ölkəyə yenidən qayıtmaq mənim üçün çox sevindirici idi. Yenə də zəngin mədəniyyəti olan bir ölkədə həqiqi dostluq, çoxlu gəzməli və görməli yerlər. Bu dəfə mən paytaxt Bakıdan ölkənin şimal-qərbinə doğru səyahət edərək inanılmaz gözəlliyin möcüzəsinə qapıldım. Mən Şəki şəhərinə səyahət etdim. 1700-cü illərin ortalarına qədər bu şəhər Azərbaycanın Şəki xanlığının paytaxtı olmuşdur. Mən bu şəhərin gözəlliyinə heyran qaldığım memarlıq abidəsi - Şəki Xan sarayı haqqında danışmaq istəyirəm”.
Pol Stil yazır ki, əslində bu möhtəşəm tikilinin gözəlliyi və əzəməti şəkillərlə ifadə edilə bilməz. Tarixi çox qəribə olan bu sarayı gəzmək saatlarla vaxt aparır. Dəbdəbəli yaşayış binalarından və nəhəng qış sarayından ibarət kompleksdən dövrümüzə gəlib çıxanı məhz bu möhtəşəm tikilidir. Bu bina Hüseyn xan Müştaq (Hacı Çələbinin nəvəsi) tərəfindən yayda yaşamaq üçün tikilib. Saray haqqında ən heyrətamiz faktlardan biri odur ki, onun tikintisi zamanı bir damla belə yapışqandan və bir mismardan da istifadə olunmayıb. Pəncərələr sarı, qırmızı və mavi rəngli şüşələrdən ibarətdir ki, bu da binaya düşən işığı daha da füsunkar edir. Pəncərələrin ayrı-ayrılıqda hər kvadrat metrində əllə hazırlanmış 14 min taxta parçası və 5 min rəngli şüşə var.
Qeyd edilir ki, sarayda hər birinin fərqli dizaynı olan 6 otaq var. Hər bir hissə isə ən xırda incəliklər belə nəzərə alınaraq gözəlləşdirilib. Birinci mərtəbədə geniş qəbul otağı vardır. Göy qurşağını xatırladan rənglər, minlərlə rəsm və çiçək şəkilləri insanı dərhal özünə cəlb edir. Buradakı güzgülər içəriyə süzülən əlvan işığı əks etdirmək üçündür. Hər bir otaq digərindən fərqli şəkildə bəzədilib.
İkinci mərtəbədə otaqlar yan-yanadır. Buradakı divar rəsmləri də heyrətamizdir. Bütün bunların XII əsrdə ərsəyə gəlməsi faktı insanı daha da təəccübləndirir. Şəkillərin əksəriyyətində nar təsvir olunub. Azərbaycanda olarkən mən hər gün bu meyvənin şirəsindən daddım. Nar bu ölkədə bolluq və bərəkət rəmzi hesab edilir. Sarayın əsas otağındakı şəkillərdə isə döyüş səhnələri üstünlük təşkil edir. Minlərlə insanın təsvir olunduğu rəsmlərə diqqətlə baxdıqda hər bir simanın nə qədər özəl xüsusiyyətlərə malik olduğu açıq-aydın görünür.
Sarayın ətrafındakı çinar ağaclarının tarixi isə 1530-cu illərə gedib çıxır.
Məqalədə Şəki xan sarayının bir-birindən füsunkar şəkilləri də verilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

