AŞPA-ya daha bir etiraz...
05.10.2024 [08:32]
Azərbaycan nümayəndə heyətinin mandatının bərpa olunmaması qurumun konstruktiv dialoq platforması kimi fəaliyyətinə, inklüzivliyinə və nüfuzuna xələl gətirir
Bir sıra Qərb təsisatları, o cümlədən də Avropa Şurası Parlament Assambleyası (AŞPA) özlərinin təməl prinsiplərindən geridönüş edərək getdikcə daha çox qərəzçiliyə yol verir və ikili standartlardan çıxış edirlər. Bunu Azərbaycana münasibətdə aydın şəkildə müşahidə etmək mümkündür. İndiyədək qurumda ölkəmizlə bağlı hazırlanan hesabatlar və qəbul olunan bir sıra qərarlar obyektivlikdən çox-çox uzaqdır və sırf selektiv yanaşmalara əsaslanır. Bu baxımdan AŞPA-nın payız sessiyası da istisnalıq təşkil etmir. AŞPA-nın payız sessiyası çərçivəsində cari debatlar keçirilib. Debatlarda Azərbaycanla bağlı məsələlərdən danışılıb. Halbuki prosedur qaydalarına görə Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan ölkəmizlə bağlı belə debatların aparılması yolverilməzdir. Buna görə də sessiyada iştirak edən bəzi avropalı parlamentarilər Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan keçirilən bu debatların məntiqə uyğun olmadığını bildiriblər.
Növbəti etiraz serbiyalı deputatlardan gəlib
Qəzetimizin ötən saylarında Gürcüstan parlamentarilərinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan ölkəmizlə bağlı depatların aparılmasına etirazlarını bildirdikləri barədə yazı dərc etmişdik. Qurumda məlum debatlara həmçinin serbiyalı deputatlar da etirazlarını ifadə ediblər. “Azərbaycanlı həmkarlarımız olmadan bu ölkədən danışmaq o qədər də məntiqli deyil. Prinsipcə, biz hər hansı üzv dövlətin Avropa Şurası Parlament Assambleyasının və ya hər hansı digər təşkilatın işindən kənarda qalmasının əleyhinəyik. Avropa Şurası Parlament Assambleyası bərabərlik və inklüzivlik əsasında dialoq platforması rolunu oynamalı, bu ideyanın təbliğinə üstünlük verməlidir”, - deyə serbiyalı deputatlar bildiriblər.
Aydınlıq üçün xatırladaq ki, cari ilin yanvar ayından etibarən Azərbaycanla AŞPA arasında dialoq pozulub ki, bunun da bütün məsuliyyəti qarşı tərəfin üzərinə düşür. Qarabağı könüllü şəkildə tərk edən erməni əhalinin sözün əsl mənasında qəyyumuna çevrilən, Bakıda cəzalarını gözləyən separatçıların müdafiərinə qalxan AŞPA cari il yanvarın 24-də keçirilən plenar iclasında Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnamənin lehinə səs verib.
Həmişə müstəqillik və suverenlik prinsiplərindən çıxış edən Aərbaycanın buna reaksiyası kəskin oldu. Belə ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Azərbaycanın nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Serbiyalı deputatlar “Prinsipcə, biz hər hansı üzv dövlətin Avropa Şurası Parlament Assambleyasının və ya hər hansı digər təşkilatın işindən kənarda qalmasının əleyhinəyik” dedikdə məhz bəhs etdiyimiz hekayəyə işarə ediblər. Azərbaycan AŞPA ilə münasibətlərin normal məcraya dönməsində maraqlıdır. Yetər ki, qarşı tərəf özünün qərəzli mövqeyindən geri çəkilsin və nümayəndə heyətimizin qurumda mandatının bərpasını təmin etsin.
Nümayəndə heyətimizin AŞPA-da iştirakının bərpası zəruridir
Serbiyalı deputatların qənaətinə görə bu debatlar dialoqa kömək etməyəcək. Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan belə bir təşəbbüslə çətin ki, qarşıya qoyulan məqsədlərə nail olunsun. Bu, konstruktiv dialoqu təşviq etmək əvəzinə, gərginliyi gücləndirmək və əldə edilmiş nəticələri sarsıtmaq riski daşıyır. Serbiyalı deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının vacibliyini vurğulayıblar.
Onlar, həmçinin bildiriblər ki, yanvar ayında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməmək qərarı lüzumsuz idi və əks nəticə verdi. Vurğulanıb ki, bu qərar AŞPA-nın konstruktiv dialoq platforması kimi roluna xələl gətirir. Avropada və dünyada mövcud vəziyyəti nəzərə alaraq, dialoqa qayıdış və Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakının bərpası zəruridir.
Azərbaycan beynəlxalq nizamın əsas aktorudur
Serbiyalı deputatlar həmçinin Azərbaycanın artan beynəlxalq nüfuzuna da xüsusi diqqət çəkiblər. Vurğulanıb ki, bu gün Azərbaycan hüquqa, sülhə və təhlükəsizliyə əsaslanan beynəlxalq nizamın əsas aktorudur. Onun mədəniyyəti Avropanın mədəni mozaikasının ayrılmaz tərkib hissəsini təşkil edir və onun təbii sərvətləri qitənin rifahı üçün həyati əhəmiyyət daşıyır.
“Yanvar ayında vətəndaşların birbaşa təmsil olunduğu Avropa Şurası qurumunda Azərbaycan nümayəndə heyətinə səlahiyyətlərin verilməsindən imtina edilməsi səhv idi. Əksinə, Avropa qitəsinin və bütün dünyanın böyük problemlərlə üz-üzə qaldığı bir vaxtda Avropa Şurasının daha sıx birliyə və mümkün olan ən böyük demokratik legitimliyə ehtiyacı var. Əminik ki, Azərbaycan nümayəndə heyətinin bizim işimizdə hərtərəfli iştirakı bu mühüm əhali arasında Avropa dəyərlərinin və demokratik prosedurların qütbləşməsinə təsir göstərəcək”, - deyən serbiyalı deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının zəruriliyini bir daha qeyd ediblər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44

