Maraqların “mübarizəsi”...
15.10.2024 [09:13]
Zəngəzur dəhlizinin açılması aktuallaşır
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar yaratdı. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərərli bəyanat Azərbaycanın qəti qələbəsini təsdiqləyən sənəd kimi tarixə düşdü. Bununla yanaşı, bəyanatın 9-cu bəndi və 2021-ci il yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradıb.
Müzakirə edilən bu dəhliz müasir “Böyük İpək yolu”dur. Başqa sözlə, “Şərq-Qərb” ticarət yolunun ən mühüm seqmentlərindən biri kimi meydana çıxan Zəngəzur dəhlizi adıçəkilən yolda mühüm üstünlüklər formalaşdırır. Bu dəhliz iki kontingent arasında ən əlverişli, qısa və optimal ticarət logistikasıdır. Hazırda bir sıra regionlarda davam edən münaqişələri göz önünə gətirsək, Zəngəzur dəhlizinin aktuallığı daha yaxşı nəzərə çarpar. Bu dəhlizin açılması Şərq-Qərb kommunikasiya sisteminin daha fəal şəkildə inkişafına və inteqrasiyasına təkan verir. Günün reallığı ilə yanaşdıqda, hətta demək mümkündür ki, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin gələcək perspektivini özündə əks etdirir.
Diqqət mərkəzində...
Dəhlizin açılması ilə bağlı məsələ isə demək olar ki, beynəlxalq aləmin diqqət mərkəzindədir - bütün regional və qlobal güclər anlayır ki, Zəngəzur dəhlizinin açılması həm də bölgədəki gərginlikləri aradan qaldıracaq. Hər zaman olduğu kimi, iqtisadi maraqlar, əməkdaşlıq potensialının inkişafı oratadakı digər məsələlərin həlli üçün açar sayıla bilər.
Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya kimi mühüm iqtisadi gücü olan bölgələri birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, Zəngəzur dəhlizi ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Bu səbəbdəndir ki, regional müzakirələrdə mütəmadi olaraq bu mövzuya müraciət edilir, məsələnin reallaşması üçün hər kəs öz fəaliyyətini ortaya qoyur.
Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfəri zamanı məsələ yenidən gündəmə gəlib. Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclasından öncə Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ikitərəfli görüşlər olub. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna toxunulub. “Putin onların hər biri ilə ayrı-ayrılıqda, üzbəüz danışdı. Üstəlik, Prezident onlarla təqribən yarım saat söhbət etdi. Yəqin ki, fikir mübadiləsi aparılırdı. Həm də Zəngəzur dəhlizi mövzusuna toxunuldu”, - deyə Peskov jurnalistlərə bildirib.
Qərbin maraq mübarizəsi...
Təəssüfləndirici haldır ki, Zəngəzur dəhlizi ilə bağlı fərqli rakursdan mövqe nümayiş etdirən tərəflər də mövcuddur. Nə qədər qəribə olsa da, bəzi “rəqib”, hətta “düşmən” sayılan dövlətlərin belə bu məsələdə mövqeləri uzlaşır. Məsələn, Qərb Zəngəzur dəhlizinin reallaşması məsələsinə spektik yanaşır - xüsusilə, regiona münasibətdə müdaxilə mexanizmi axtaran ABŞ və Fransa prosesdə maraqlarının təmini uğrunda “mübarizə” aparırlar. Onların əsas fəaliyyət ştrixləri isə guya “himayə etdikləri” Ermənistanın əli ilə məsələni yubatmalarıdır. Yəni, Qərb öz mövqeyini bu formada müəyyənləşdirib - dəhlizin fəaliyyətində onların da marağı diqqətə alınmalıdır. Bu diqqətin isə altında yatan fərqli amillər mövcuddur. Məsələn, müstəqil siyasi xətt yürüdən Azərbaycana təsir göstərə bilməyən Qərb Ermənistanın əli ilə regional proseslərin “iştirakçısı” olmaq istəyir. Daha doğrusu, İrəvanın “köməyi” ilə Qərb bölgədə təsir rıçaqlarını əlinə almağa niyyətlənib. Bu isə ümumi fonda bölgənin inkişafına mane olmaqla yanaşı, həm də regionun daxili işlərinə qarışmaq deməkdir. Beləliklə, Qərbin məsələyə münasibəti yalnız və yalnız öz maraqları çərçivəsindədir.
Moskva üçtərəfli bəyanata riayət tələb edir...
Məsələyə Moskvanın yanaşması isə ortadadır. Rusiya 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda yer alan və 2021-ci ilin yanvarında təkrarən təsdiqlənən Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır - Kreml Ermənistanı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırır. Moskvanın bu məsələdəki mövqeyi həm də hazırda iştirakçısı olduğu müharibənin ortaya çıxardığı reallıqlarla bağlıdır. Rusiya anlayır ki, yaxın dövr üçün ticari imkanlar məhz Şərq - Qərb xətti üzərindən mümkün ola bilər ki, bu da Zəngəzur dəhlizinin reallaşması ilə gerçəkliyə qovuşar. Əks halda Qərbin sanksiyaları altında olan Rusiya üçün vəziyyət heç də ürəkaçan olmayacaq.
Azərbaycan ticari münasibətlərə yeni töhfə verir...
Post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən biri kimi məhz Zəngəzur dəhlizinin önə çıxması Azərbaycanın qlobal ticari münasibətlərə töhfəsi sayıla bilər. 44 günlük Vətən müharibəsindəki qələbə Azərbaycana regional reallıqları dəyişməklə yanaşı, həm də yeni marşrut təklifi imkanı qazandırıb. Ölkəmiz yeni ticarət xətti formalaşdıraraq dünyaya təqdim edir. Mühüm perspektivə malik bu nəqliyyat dəhlizi - Zəngəzur dəhlizi yüksək üstünlüklər vəd etməkdədir.
Eyni zamanda, infrastruktur baxımından da Zəngəzur dəhlizi olduqca əlverişlidir. Dəhlizin Azərbaycandan keçən hissəsində işlər tam hazırdır. Bundan əlavə dəhlizin əlavə dəstəkçisi sayılacaq digər infrastrukturlar da hazır vəziyyətdədir. Füzuli Beynəlxalq Hava Limanı bu mənada xüsusi qeyd edilməlidir. Beynəlxalq statusa malik olan bu hava limanı yükdaşımalarda, sərnişindaşımada xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, münaqişə vəziyyətində olan Yaxın Şərq regionu ilə də əlaqələndirilməsinin mümkünlüyüdür. Yəni, hətta hərbi əməliyyatlar başlayacağı təqdirdə belə adıçəkilən bölgə də məhz Zəngəzur dəhlizi vasitəsilə özünün ticari əlaqələrini davam etdirə bilər.
Türkiyənin mövqeyi: Biz Azərbaycanla birgə bu layihəni həyata keçirəcəyik
Zəngəzur dəhlizinin reallaşması üçün səy göstərən region ölkələrindən biri də Türkiyədir. Dəhlizin yaradacağı həm iqtisadi, həm də siyasi dividendlər bölgənin ümumi inkişafında yeni mərhələ başlada bilər - bu həm ayrı-ayrı dövlətlərin, həm də bütövlükdə TDT-nin fonunda nəzərə çarpır. Təsadüfi deyil ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Kanal 7” telekanalında Cənubi Qafqazda kommunikasiyaların bərpası mövzusunu şərh edərkən bildirib ki, Azərbaycanın Şərq rayonlarından Naxçıvan Muxtar Respublikası istiqamətində nəqliyyat dəhlizinin həm İran, həm də Ermənistan ərazisindən keçəcəyi istisna edilmir. Birinci halda söhbət 61 kilometrlik marşrutdan, ikinci halda isə təxminən 43 kilometrlik marşrutdan gedəcək. Onun sözlərinə görə, marşrutla bağlı yekun qərardan asılı olmayaraq, nəqliyyat-logistika əlaqəsi qurulacaq. “Bu və ya digər şəkildə biz Azərbaycanla birgə bu layihəni həyata keçirəcəyik. Müəyyən problemlər var, lakin onlar qarşıdakı dövrdə həll oluna bilər. Bu, zaman məsələsidir”, - deyə türkiyəli nazir əminliyini bildirib.
Nazirin fikrincə, heç bir ölkə öz ərazisinin Pekini Londonla birləşdirən beynəlxalq nəqliyyat arteriyasının bir hissəsinə çevrilməsinə qarşı çıxmamalıdır. “Belə bir ideyaya qarşı çıxmaq sadəcə olaraq ehtiyatsızlıqdır”, - deyə Uraloğlu vurğulayıb.
Türkiyəli nazir qeyd edib ki, Ankara Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı danışıqlarda birbaşa iştirak etməsə də, Türkiyə Bakı ilə daim təmas qurur və əlaqə saxlayır.
Gürcüstan ərazisindən Azərbaycanla əlaqənin mövcud olduğunu xatırladan türkiyəli nazir qeyd edib ki, alternativ nəqliyyat dəhlizi açılarsa, Azərbaycanla Türkiyə arasında malların çatdırılma müddəti azalacaq, Orta Dəhlizlə yükdaşımaların həcmi isə əhəmiyyətli dərəcədə artacaq.
İranın “qırmızı xətti”...
Və nahayət İranın məsələyə münasibəti - bəlli olduğu kimi, İran bu məsələdə birtərəfli yanaşma sərgiləyir. Məsələn bir müddət öncə, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Moskva Zəngəzur dəhlizi ilə bağlı öz arqumentlərini təqdim edib və İranın bunu başa düşəcəyinə ümid edir” deməklə rəsmi Tehranı məsələdə anlayışa dəvət etməsi qarşılığında İran Elmi Hövzələrin rəhbəri, İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi “Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur dəhlizinin mülkiyyət məsələsi bizim qırmızı xəttimizdir” cavabını verir. İranın “qırmızı xətt” adlandırdığı məsələnin predmetləri hər kəsə məlumdur - burada əsas mövqe uyğunsuzluğu dəhlizə məhz kimin “nəzarət” etməsindən qaynaqlanır.
Fikirləşmək olar ki, İran ən azından strateji əməkdaş saydığı Rusiyanın dəhlizə nəzarətindən niyə bu qədər narahatdır? Sərhəddə Rusiya nəzarətinin olmasına qarşı İran niyə bu qədər dirəniş göstərir? Ola bilsin ki, İranın dilindən salmadığı “qırmızı xətt” “prinsipi” qeyri-siyasi əsaslara malikdir. Yəni, burada söhbət hansısa ticari maraqdan gedir - Rusiyanın həmin ərazilərə gəlişi İranın bir sıra ticari maraqları ilə üst-üstə düşmür.
Amma proseslərin gedişi onu göstərir ki, Zəngəzur dəhlizinin açılması realdır. Mövcud vəziyyəttdə ticari münasibətlərin Zəngəzur dəhlizindən kənarda daha təhlükəsiz və rentabelli inkişafı birmənalı şəkildə mümkünsüz görünür. Bir reallıq isə hər zaman aktualdır - ticari maraqlar siyasi maraqları üstələyir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24

