Diqqət İstanbula: “3+3” yenidən toplandı
19.10.2024 [11:26]
Beş ölkənin XİN başçısı bir masa arxasında...
Bakı regionun gələcək iqtisadi-siyasi inkişafı və təhlükəsizliyin təmini prosesində “açar” ölkədir
Post-müharibə dövrünün reallıqları arasında münasibətlərin normallaşması, bölgədə yeni iqtisadi sistemin qurulması kimi faktorlar da yer almaqdadır. Bu istiqamətdə 4 ildir ki, davam edən və özünün məntiqi nəticəsinə yaxınlaşan proses müsbət trayektoriyalı inkişaf xəttinə malikdir. Cənubi Qafqazın isə stabil və sabit ünvan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması bütövlükdə region üçün yeni perspektiv deməkdir. Azərbaycanın yürütdüyü siyasətin hədəfi məhz budur - əsas prioritetimiz Cənubi Qafqaz üçün yeni inkişaf tempi qazandırmaqdır. Sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan yeni iqtisadi-siyasi güc mərkəzinin formalaşdırılması üçün əməkdaşlıq platforması təklif edir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir.
Əməkdaşlıq təkmilləşdirilir: 3+3-ün üstünlükləri...
Sülhlə paralel inkişaf edən bu mərhələ regiondakı indiyə qədər formalaşan əməkdaşlıq platformalarını daha da təkmilləşdirir - bugünədək bölgədə formalaşdırılan Azərbaycan - Gürcüstan - Türkiyə, Rusiya - İran - Azərbaycan və bu kimi üçlü, Azərbaycan - İran - Türkiyə - Rusiya kimi dördlü əməkdaşlıq platformaları həm miqyasına, həm də hədəfələrinə görə genişlənir. “3+3” formatı kimi müəyyənləşdirilən və Azərbaycan ilə Türkiyənin təşəbbüsü ilə həyata keçiçrilən platforma isə əsasən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunmasını, regional əməkdaşlıqların möhkəmləndirilməsini özündə ehtiva edir. Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilmişdi. İkinci tədbir isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşdı. Moskva toplantısında iqtisadiyyat, energetika, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, təhsil, mədəniyyət, turizm kimi sahələr üzrə əməkdaşlığın perspektivi nəzərdən keçirilmişdisə, Tehranda baş tutan beştərəfli görüşdə regional kommunikasiya məsələsi də müzakirə predmetinə çevrilmişdi.
İstanbuldan çağırış: istədiyi zaman bu platformaya qoşula bilər...
Bu formatda növbəti - üçüncü görüş isə dünən Türkiyədə baş tutdu. Xəbər verildiyi kimi, İstanbulda Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü iclası keçirilib. İclasda Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərləri Hakan Fidan, Ceyhun Bayramov, Sergey Lavrov, Ararat Mirzoyan və Abbas Arakçi iştirak ediblər. Tədbirdən əvvəl mediaya açıqlama verən Hakan Fidan bildirib ki, İkinci Qarabağ müharibəsindən qısa müddət sonra üçtərəfli Bəyanatın imzalandığı həftələrdə irəli sürülən Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platforması bölgəni yaxından maraqlandıran problemlərin həllinə xidmət edir. “Bölgənin problemlərini ən yaxşı o regionun dövlətlərinin bildiyinə və həll edə biləcəyinə inanırıq. Belə ki, bu baxışımızın təzahürü olaraq toplantımızın nəticələrinə dair birgə bəyanat qəbul etməyi düşünürük”, - deyən nazir qeyd edib ki, platformanın adının 3+3 olmasına baxmayaraq, təəssüf ki, bugünkü görüşdə tərəflərdən biri iştirak etmir. Yaxın qonşumuz istədiyi zaman bu platformaya qoşula bilər”.
Müzakirə predmetləri: iqtisadi əməkdaşlıq üçün sülh mühiti...
Qeyd edək ki, bu format bölgədə sülhün yaranması üçün formalaşdırılmayıb - onun missiyası iqtisadi əməkdaşlıq platforması təşkil etmək, bütövlükdə bölgənin maraqlarını özündə ehtiva edən addımların atılmasını təşviq etməkdir. Bu mənada, siyasi analitiklər analoji toplantılarda sülh və ya münasibətlərin normallaşması ilə bağlı müzakirələrin keçirilməməsini anlaşılan hesab edir. Danılmaz həqiqətdir ki, regionda iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi üçün ən vacib şərtlərdən biri məhz Ermənistanın öz qonşuları ilə münasibətlərini sülh və ədalət çərçivəsində qurmasına əsaslanır. Rəsmi İrəvan anlamalıdır ki, indiki halda iqtisadi inkişaf, regional əməkdaşlıq, qarşılıqlı anlaşma onların siyasi müstəqilliyini də təmin etmək iqtidarındadır. Əks halda, Ermənistan bütövlükdə siyasi-iqtisadi dalan olmaqdan xilas ola bilməyəcək. İstanbul toplantısı da məhz bu mənada xüsusi əhəmiyyət daşıyır, streotiplərin dağıdılması üçün əsas məqamlardan sayılır.
“3+3”ün maraq dairəsi: qlobal diqqət Qafqaza yönəlib...
Bu seriyadan olan görüşlərin iqtisadi nəticələri isə daha böyük coğrafiya üçün maraq və əhəmiyyət kəsb edir. Çünki Cənubi Qafqazda yaranan əməkdaşlıq platformalarının miqyası yalnız 6-lıq ölkələri ilə məhdudlaşmır. Bu və ya digər şəkildə TDT, BRICS, ŞƏT, hətta Avropa Birliyinin diqqətini özünə cəlb edən bu əməkdaşlıq müstəvisinin əhəmiyyəti böyük ölçü ilə qiymətləndirilir - bu formatın uğurlu sferaya qədəm qoyması özlüyündə Zəngəzur dəhlizinin reallaşmasını, münasibətlərin normallaşmasını, bölgənin yeni iqtisadi trendə çevrilməsini və beynəlxalq tranzit qovşağa transformasiyasını gerçəkləşdirir. Bu baxımdan, gərgin siyasi mövcudiyyətdə platformanın irəliyə atdığı hər bir addım böyük bir region üçün müsbət dividendlər vəd edir.
Azərbaycan isə bütün hallarda istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə qlobal səmərəsini düşünür - ölkəmiz üçün bölgənin ümumi inkişaf tempinin yüksəlməsi əsas hədəfdir. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir. Həm Şərqin, həm də Qərbin geosiyasi maraq dairəsində olan coğrafiyamızı “vazkeçilməz” edən məhz burada yaradılan sabitlik faktorudur. Azərbaycanın iradəsi ilə qətiləşən sabitlik isə iqtisadi əməkdaşlığın əsas təməl prinsiplərindən biri qismində çıxış edir.
Regional təhlükəsizlik: Bakı bölgə üçün sabitləşdirici faktordur...
Yuxarıda toxunulan məsələlər arasında regiondakı siyasi vəziyyətə təsadüfən toxunmadıq. Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşən Azərbaycan bütün mənalarda bölgə üçün birləşdirici və sabitləşdirici faktor kimi çıxış edir. Bu gün Yaxın və Orta Şərqdən üzü Türkiyə, İran, hətta Cənubi Qafqaza doğru irəliləyən hərbi kataklizmlərin qarşısının alınmasında Azərbaycan faktoru mühüm istinad nöqtəsi sayılır - özünün xarici siyasət kursunda yalnız əməkdaşlığı əsas götürən, hərbi qarşıdurmalarda neytrallığını qoruyan və bütün ölkələrlə yaxın münasibətə üstünlük verən Azərbaycan bu tarixi-regional gərginliyin aradan qalxması üçün ən real və potensial “açar” rolunu oynayacaq ölkədir. Bütün tərəflərlə yaxın münasibətlərə malik Azərbaycan bölgənin gələcək təhlükəsizliyi üçün seçilmiş ünvandır - anlaşılmazlıqların aradan qalxmasında, dialoqların qurulmasında Bakının iştirakı həlledicidir.
Gürcüstan nümunəsi: İrəvan ayıq başla düşünməlidir...
Hakan Fidan salamlama nitqində əvvəlki iki görüşdə də iştirak etməyən Gürcüstan haqqında “yaxın qonşumuz istədiyi zaman bu platformaya qoşula bilər” deyə bildirib. Bu, Tbilisinin də Cənubi Qafqazın gələcək əməkdaşlıq formatına qoşulması perspektivinin böyük olduğunu göstərir. Əgər Moskva və Tehran tədbirlərində belə bir çağırış səslənməmişdisə və İstanbuldan Gürcüstana çağırış edilirsə, demək ki, perspektivdə buna inam var. Bir zamanlar Qərbin müxtəlif oyunları nəticəsində bölgəsəl layihələrdən yayındırılan Tbilisinin bir neçə gündən sonra baş tutacaq parlament seçkilərinin ardından yeni siyasi gündəm yaradacağı şübhəsizdir - artıq Qərb onu gözləyən “təhlükəni” görür və bunun qarşısını almaq üçün müxtəlif variantlara əl atır. Təhdidlərə əl atılır, sanksiyalar gündəmə gətirilir - Gürcüstan isə bütün bunlara məhəl qoymaraq özünün milli maraqlarına əsaslandığını bildirir. Əslində yaranan bu mənzərə başqa dövlətlər üçün, xüsusilə Ermənistan üçün də nümunə olmalıdır - bu gün Qərbin müxtəlif destruktiv əməllərində vasitə kimi istifadə olunan İrəvan anlamalıdır ki, inkişafın əsas düsturu məhz regional əməkdaşlığın inkişaf etdirilməsidir. “3+3” formatı isə bu yöndə ən mühüm yollardan biridir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

