/ / Mübariz Qurbanlı: Bu gün biz yenə də Ermənistan ərazisindən forpost kimi istifadə edildiyini müşahidə etməkdəyik
Mübariz Qurbanlı: Bu gün biz yenə də Ermənistan ərazisindən forpost kimi istifadə edildiyini müşahidə etməkdəyik
30.01.2013 [01:47]
Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan və Rusiya gələn ay yaxın perspektivdə ən azı beş ili əhatə edəcək praktiki əməkdaşlıq proqramını müəyyənləşdirməlidir. Erməni həmkarı ilə hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə etdiklərini vurğulayan nazir tez-tez belə görüşlər keçirəcəklərini bildirib: “Biz təkcə fikir mübadiləsi aparmırıq, həm də qərarlar qəbul edirik. Son görüşümüzdə müzakirə etdiyimiz məsələlər artıq bu ay həllini tapdı”.
S.Şoyqu İrəvanda regionda təhlükəsizliyin təmin olunmasına yönəlmiş əlavə elementlərin formalaşdırılmasına dair sənədlər imzalanacağını da bildirib.
Artıq uzun illərdən bəri Rusiyanın birtərəfli qaydada Ermənistanı silahlandırdığını, müdafiə etdiyini vurğulayan Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı AzNews.az-a bildirib ki, bu ölkənin siyasi və hərbi rəhbərliyində təmsil olunan şəxslərin İrəvana səfərləri intensiv xarakterli olub. O qeyd edib ki, bu səfərlər çərçivəsində Ermənistanı müdafiə edən bəyanatlar səsləndirilməklə, həm də bu ölkənin forpostları olduğunu da açıqdan-açığa bəyan edirlər. Onun sözlərinə görə, bütün bunlar Ermənistanın yarımmüstəqil, vassal ölkə olduğunu təsdiqləyən faktlardır: “Onun sərhədləri də Rusiya əsgərləri tərəfindən mühafizə olunur və erməni vətəndaşı ölkədən digər bir ölkəyə getdikdə onların sənədlərini Rusiyanın sərhəd qoşunlarının nümayəndələri yoxlayır. Bu, bir daha Ermənistanın asılı bir ölkə olduğunu göstərir. Bu gün biz yenə də Rusiya tərəfindən Ermənistan ərazisindən forpost kimi istifadə edildiyini müşahidə etməkdəyik. Rusiya müdafiə nazirinin Ermənistana səfəri, aparılan danışıqlar və müdafiə xarakterli verilən bəyanatlar şübhəsiz Rusiyanın bölgədə siyasətinin tərkib hissəsi olmaqla bərabər, həm də bütövlükdə Ön Asiya və Yaxın Şərq bölgəsində gedən proseslə də bağlıdır. Yəni Kreml Ermənistanda hərbi gücü artırmaqla bunu yalnız Azərbaycana qarşı deyil, bütövlükdə Yaxın Şərqdəki hadisələrə daha tez reaksiya verməsi kimi də nümayiş etdirmək istəyir. Ona görə də biz bu cür məsələlərdə səbrli mövqe nümayiş etdiririk”.
Rəsmi Bakının həmsədr ölkəyə bununla bağlı etirazına gəlincə, deputat deyib ki, müstəqil dövlət olan və müstəqil siyasət yürüdən Azərbaycanın dövlət rəsmiləri Ermənistanın birtərəfli silahlandırılmasına dəfələrlə etiraz ediblər: “Azərbaycan parlamenti, siyasi partiyalar, o cümlədən də YAP dəfələrlə zamanında öz etirazlarını bildiriblər. Biz həmişə Rusiyanın birtərəfli silahlandırma siyasətinin nəticə etibarilə Cənubi Qafqazda vəziyyəti daha da kəskinləşdirdiyini bəyan etmişik. Həmçinin də Dağlıq Qarabağ məsələsi və problemin həlli istiqamətində aparılan danışıqları düyünə salması barədə mövqelərimiz Rusiya tərəfinə çatdırılıb. Azərbaycan özünü müdafiə etmək iqtidarındadır və Rusiyanın birtərəfli qaydada Ermənistan himayəsi, silahlandırması bizim Dağlıq Qarabağ məsələsində tutduğumuz mövqeyi heç zaman dəyişdirə bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməyi tam qarşımıza məqsəd qoymuşuq və bu mövqedən də bir addım da geri çəkilməyəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23

