Dünya parlamentləri iqlim dəyişikliyi ilə mübarizədə fəal olmalıdır
19.11.2024 [08:58]
COP29 çərçivəsində keçirilən Parlament Görüşündə vacib müzakirələr aparılıb Bakı şəhərində BMT-nin ən böyük iqlim tədbiri olan COP29 uğurla davam edir. COP29 çərçivəsində dünya ölkələrinin parlamentlərinin nümayəndələri də iştirak ediblər. Bu da təsadüfi deyil. Çünki qlobal iqlim dəyişiklikləri ilə əlaqədar dünya ölkələrinin parlamentləri fəal əməkdaşlıq etməli, qanunvericilik səviyyəsində təcrübə mübadilələri aparmalıdır. Azərbaycanın Milli Məclisi belə bir əməkdaşlığa böyük önəm verir. Ölkəmizdə keçirilən COP29 çərçivəsində isə bu məsələ xüsusilə aktualdır. Azərbaycan parlamenti bu mötəbər tədbirin keçirilməsi işində üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirməyə çalışıb.
Məlumdur ki, Azərbaycan Milli Məclisinin fəal əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də Parlamentlərarası İttifaqdır. Parlamentlərarası İttifaq ilə Azərbaycanın Milli Məclisi arasında aparılmış danışıqlar və razılaşmaya əsasən bu mötəbər təşkilat Bakıda keçirilən COP29 konfransında parlamentlərin iqlim dəyişikliyi ilə mübarizədə rolunun gücləndirilməsi istqamətində iştirakını dəstəkləyir. Parlamentlərarası İttifaqın bir neçə ay əvvəl keçirilmiş Azərbaycan Milli Məclisi ilə təşkilat arasında COP29 çərçivəsində Anlaşma Memorandumu da imzalanıb.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində COP29 günlərində Milli Məclisin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib. 16-17 noyabr tarixlərində keçirilən tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 330-dək iştirakçının qatılıb. Tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edib.
Parlament Görüşünün ikinci günündə də sessiyalarda vacib müzakirələr aparılıb. Belə ki, Şərqi Afrika Qanunvericilik Məclisinin Parlament üzvü Jaklin Amonginin moderatorluğu ilə keçirilən “İqlim həssaslığının həll edilməsi: iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi” adlı sessiya parlamentarilərə kiçik ada dövlətləri, dağlıq və dənizə çıxışı olmayan ölkələr kimi müxtəlif dövlətlərin özünəməxsus həssaslıqlarının necə həll edilməsi barədə daha dərindən araşdırma aparmaq imkanı yaradıb.
Tədbirdə çıxış edən Beynəlxalq İnkişaf Hüquq Təşkilatının (IDLO) Baş direktoru xanım Jan Beagle, İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) Regional Fəaliyyət və Qlobal Təbliğat üzrə Strateji Qrupun rəhbəri David Potter, Benin Milli Assambleyasının üzvü Jeremi Adomahu və BMT-nin iqlim dəyişmələri üzrə eksperti Katerine Vonq iqlim dəyişikliyindən təsirlənən həssas qrupların müdafiəsini təmin etməyin, ədalətli və hərtərəfli iqlim siyasətinin təşviqinə dəstək olmağın vacibliyindən danışıblar. Bildirilib ki, iqlim dəyişmələri ilə mübarizədə yerli qanunlar və beynəlxalq öhdəliklər mütləq nəzərə alınmalıdır.
Sonra “İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə və ədalətli girişin təmin edilməsi” adlı sessiya təşkil olunub. Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən sessiyada texnologiyanın, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolunun araşdırılması və iqlim fəaliyyətinin irəlilədilməsində alət ola biləcək yeni texnologiyalar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, parlamentlərin texnologiyalardan təhlükəsiz, məsuliyyətli və inklüziv şəkildə istifadəni təmin etməsi yolları müzakirə edilib. Tədbirdə parlamentlərin xüsusilə inkişaf etməkdə olan ölkələrdə belə texnologiyalara ədalətli və bərabər çıxışı təşviq etmək imkanları barədə də danışılıb.
Böyük Britaniya parlamentinin üzvü Kris Lounun moderatorluğu ilə keçirilən “İqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylər” mövzusunda sessiyada iqlim dəyişikliyinin insanların sağlamlığına təsiri, xüsusilə iqlim dəyişikliyi nəticəsində yaranan sağlamlıq problemləri müzakirə olunub. Həmçinin parlamentlərin sağlamlığın qorunmasına və iqlim problemlərinin həllinə hərtərəfli, tamamlayıcı yanaşma tətbiq edə bilməsi yolları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra “İnsan mobilliyinə və iqlim dəyişikliyinə gedən yol: iqlim səbəbli miqrasiya və məcburi köçkünlüyün həlli” adlı sonuncu sessiya təşkil edilib. Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə keçirilən sessiyada iqlim dəyişikliyi təsirlərindən yaranan miqrasiya və məcburi köçkünlük tendensiyasına diqqət çəkilib. Parlamentlərin miqrasiya və məcburi köçkünlüyün əsas səbəblərini həll etmək və məcburi köçkünlərin və miqrantların müdafiəsini təmin etmək üçün strategiyaları təşviq etmək imkanları müzakirə olunub. Sessiyada çıxış edənlər - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Xüsusi Məsləhətçisi Ofisinin Baş siyasət məmuru xanım Mişel Yonetani, “Refugees International” təşkilatının qaçqın təqaüdçüsü xanım Ayoo Hellen, Tailand Nümayəndələr Palatasının üzvü xanım Sanivan Buaban iqlim dəyişikliyinin təsirindən yaranan miqrasiya və məcburi köçkünlük problemlərini müzakirə edərək müxtəlif aspektlərə toxunublar. Onlar xüsusilə məcburi köçkünlərin hüquqlarını qorumaq və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd ediblər. İqlimin səbəb olduğu miqrasiya zamanı ən çox təsirlənən qadın və uşaqların vəziyyətinə diqqət çəkilib.
Çıxışlardan sonra sessiya interaktiv müzakirələrlə davam edib. Müzakirələrdə parlamentlərin iqlim dəyişikliyinin sosial təsirlərinə qarşı strategiyaları necə inkişaf etdirə biləcəyi barədə fikirlər səsləndirilib.
Sonda Parlament Görüşünün yekun sənədi qəbul olunub.
Milli Məclisin deputatı Soltan Məmmədov sənəd barədə məlumat verib. S.Məmmədov qeyd edib ki, COP29 parlament sessiyası üçün layihə sənədi COP27 və COP28 çərçivəsində keçirilmiş parlament sessiyalarının yekun sənədləri, həmçinin Parlamentlərarası İttifaqın 148-ci assambleyasında qəbul edilmiş qətnamə layihəsi üzrə müzakirələr, son illərdə keçirilmiş COP sessiyalarının gündəliyi əsasında hazırlanıb. Deputat bildirib ki, sənəd hazırlanarkən bütün ideyalar, şərhlər və rəylərin mümkün qədər nəzərə alınması üçün işlər görülüb. Sənəddə əks olunan müddəalar yalnız parlamentarilərin fikirlərini əks etdirən tövsiyələrdir.
Yekun nitqi ilə çıxış edən Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq bildirib ki, Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşü yaddaqalandır: “İlk dəfədir ki, Parlament Görüşünü iki gün ərzində keçirdik. Çünki müzakirə etdiyimiz məsələlərin önəmi baxımından daha çox vaxt ayırmaq istədik. Bu, təşkil etdiyimiz ən geniş auditoriyaya malik görüş olacaq”.
“Parlament Görüşünün yekun sənədində parlamentlərin iqlim böhranı ilə mübarizədə rolu yer alır. Bu, geniş konsultativ məşvərət prosesinin yekunudur. Biz geniş parlament üzvlərinin fikirlərini almağa çalışdıq. Bu, parlamentlər üçün yol xəritəsini və öhdəliklərini göstərir. Eyni zamanda, birliyin, bərabərliyin önəmini vurğulayır. Biz bilirik ki, iqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik. Biz istərdik ki, parlamentlər iş birliklərini davam etdirsinlər, ümumi kampaniyalara qoşulsunlar. Hamımız qətiyyətli tədbirlərə keçməliyik”, - deyə Martin Çunqonq diqqətə çatdırıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41

