Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazir Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiqlənməsi münasibətilə təbrik edib

Baş nazir Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiqlənməsi münasibətilə təbrik edib

29.11.2024 [14:02]

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən bildiriblər ki, məktubda Azərbaycanın dost ölkə və etibarlı tərəfdaş olan Gürcüstanla münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub.

Dərin tarixi əlaqələrlə bir-birinə bağlı olan iki ölkənin həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq etdikləri vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan bundan sonra da Gürcüstan ilə dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindədir.

Paylaş:
Baxılıb: 454 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30