YAP-ın Sədr müavini Əli Əhmədov Xaçmaz rayonunda partiyanın fəalları ilə görüşüb
15.03.2013 [10:37]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov Xaçmaz rayonunda partiyanın fəalları ilə görüşüb. Görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev qeyd edib ki, rayonda partiyanın 8000-dən çox üzvü var. Onların da 3000-dən çoxunu gənclər təşkil edir.
Natiq vurğulayıb ki, Azərbaycan dövlətinin ən ağır və mürəkkəb zamanında dövlətçiliyimizi xilas etmək və dövlət müstəqilliyini qorumaq çağırışı ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 20 ildən artıq dövr ərzində öz fəaliyyəti ilə xalqın etimadını doğruldub və dövlətimizin ictimai-siyasi həyatında ən mühüm faktorlardan birinə çevrilib. O, həmçinin, rayonda aparılan quruculuq və abadlıq işləri haqqında da geniş məlumat verərək deyib ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi-sosial siyasət nəticəsində Azərbaycanın hər bir regionunda olduğu kimi, Xaçmaz rayonunun həyatında da əsaslı dəyişikliklər, köklü inkişaf müşahidə olunmaqdadır. Ona görə də, xaçmazlılar göstərilən diqqət və qayğıya görə, möhtərəm Prezidentimizə minnətdarlıqlarını ifadə edirlər.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov ilk olaraq YAP Xaçmaz rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirdiyini nəzərə çatdırıb. Əli Əhmədovun sözlərinə görə, YAP Xaçmaz rayon təşkilatı partiyanın strukturunda səmərəli fəaliyyət göstərərək ümumi işə öz töhfələrini verməkdədir.
Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən bəhs edən Əli Əhmədov qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə YAP-ın və onun sıralarında cəmləşən 600 minə yaxın fəal Azərbaycan vətəndaşının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir. Eyni zamanda, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb. 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunlar isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.
Əli Əhmədov görüşün sonunda gəncləri maraqlandıran müxtəlif sualları cavablandırıb.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxAnalitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39

