Mübariz Qurbanlı: Xocalı hava limanı məsələsi Ermənistanın növbəti hiyləsi və fitnəkarlığıdır
02.04.2013 [01:43]
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərləri, görüşlər keçirmələri müsbət haldır. Amma onların fəaliyyətindən Azərbaycan razı deyil və bununla bağlı mövqeyimiz dəfələrlə bildirilib. Azərbaycan tərəfinin əsas istəyi odur ki, Minsk qrupunun həmsədrləri bölgədə sülhə nail olmaq üçün işğalçı Ermənistana təziyq etməli, Ermənistanın sülhə cəlb olunması üçün addımlar atmalıdırlar. Ancaq təəssüf ki, Minsk qrupunun həmsədrləri vasitəçilər olaraq bu məsələdə ləngliyə yol verirlər”. Bu fikirləri www.yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Bununla belə, danışıqlar prosesinin davam etməsinin vacib olduğunu deyən M.Qurbanlı bildirib ki, Azərbaycan bu prosesdə daimi iştirak edir və danışıqlardan çıxmağın tərəfdarı deyil. Onun sözlərinə görə, Ermənistan nə qədər fitnəkar addımlar atsa da, Azərbaycan tərəfi səbrlə danışıqlar prosesində iştirak edir. YAP İcra katibinin müavini hesab edir ki, son vaxtlar danışıqlar prosesində müəyyən sönüklük müşahidə olunduğu şəraitdə həmsədrlərin bölgəyə səfər etmələri lazımdır.
Xocalı hava limanı ilə bağlı məsələyə gəlincə, M.Qurbanlı bildirib ki, bu, növbəti erməni hiyləgərliyidir.
“Ermənistana Xocalı hava limanı lazım deyil. Yerevanla Xocalı hava xəttinin açılmasının nə iqtisadi, nə də digər cəhətlərdən əhəmiyyəti yoxdur. Çünki bu hava reysi açılarsa nə Yerevandan Xankəndiyə, nə də əks tərəfə kütləvi surətdə gəliş-gediş olmayacaq. Bu hava limanının perspektivini heç kim proqnozlaşdırmır. Sadəcə, bu hava xəttinin açılması iddiasının ortaya qoyulması növbəti erməni hiyləsi və fitnəkarlığıdır. Bunu ortaya atmaqla işğalçı dövlət digər problemlərdən diqqəti yayındırmaq, həm beynəlxalq diplomatların, həm də Azərbaycan diplomatlarının enerjisini bu məsələyə yönəltmək istəyir. Eyni zamanda, erməni tərəfi bu məsələni gündəmə gətirməklə, Azərbaycanı daha çox qıcıqlandırmaq və hava limanı istifadəyə veriləcəyi təqdirdə ölkəmizin atacağı addımlardan sui-istifadə etməyə çalışır. Azərbaycan tərəfi isə bunu çox gözəl bildiyindən öz mövqeyini açıq şəkildə ifadə edib. Bu məsələ ilə bağlı həm Beynəlxalq Aviasiya Agentliyinin tələbləri, həm də beynəlxalq qanunvericilik var. Bunlara əməl edilmədikcə, bu cür hava reysinin açılması qeyri-qanuni hesab olunacaq. Beynəlxalq təşkilatlar, həmsədrlər və ayrı-ayrı dövlətlər Ermənistanın bu cəhdini pisləyirlər. Eyni zamanda, həmsədrlər daha konkret mövqe nümayiş etdirməlidir. Ermənistan bilməlidir ki, bu fitnəkarlıq onun özünə qarşı yönələcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20

