/ / Əli Həsənov: Azərbaycan Avropaya bu qitədən aldığından daha çox töhfə verməyə çalışır, çünki biz Avropanı bir ailə kimi görürük
Əli Həsənov: Azərbaycan Avropaya bu qitədən aldığından daha çox töhfə verməyə çalışır, çünki biz Avropanı bir ailə kimi görürük
09.04.2013 [11:38]
Azərbaycan Avropaya bu qitədən aldığından daha çox töhfə verməyə çalışır, çünki biz Avropanı bir ailə kimi görürük.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Böyük Britaniyanın “The Business Year” jurnalının “Azerbaijan-2013” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan-2013”) Bakıda keçirilmiş təqdimat mərasimindən sonra Avropanın siyasi, iqtisadi, biznes həyatı ilə bağlı informasiyalar və analitik məqalələr yayan nüfuzlu “New Europe” portalının enerji məsələləri üzrə redaktoru Kostis Geropoulosa məxsusi müsahibəsində söyləyib.
Əli Həsənov bildirib ki, iqtisadiyyat Azərbaycanın Avropaya töhfələrinin əsas hissələrindən biridir. Əvvəllər Azərbaycan Avropa ölkələrindən sərmayə yatırılmasını gözləyirdi. Lakin indi Azərbaycan özü Avropa dövlətlərinə fəal şəkildə investisiyalar yatırır. Bundan başqa, biz Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın artan rolunu görürük.
Prezident Administrasiyanın rəsmisinin sözlərinə görə, Azərbaycan çalışır ki, Avropa təşkilatları və beynəlxalq institutlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal iştirak etsinlər. Avropanın üç ən nüfuzlu təşkilatı vardır: Avropa İttifaqı, NATO və ATƏT. Əlbəttə, Avropa Şurasını da qeyd etmək lazımdır, çünki biz bu təşkilatla fəal tərəfdaşlıq edirik. Lakin regional təhlükəsizlik baxımından ən nüfuzlu təsisat NATO-dur. Avropa ölkələrinin iqtisadi əlaqələrinə gəldikdə, biz Avropa İttifaqı ilə əməkdaşlığımızı gücləndiririk. Təəssüf ki, bu iki təşkilat Dağlıq Qarabağ probleminin həlli prosesində fəal iştirak etmir. Bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı bəyanatlar yayırlar və tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə çağırırlar. Lakin inanırıq ki, həmin təşkilatların regional təhlükəsizliyin təmini ilə bağlı imkanları daha çoxdur və onlar bu imkanlardan istifadə etməlidirlər.
Əli Həsənov Avropa İttifaqını və NATO-nu münaqişənin həlli istiqamətində daha ciddi addımlar atmağa çağıraraq deyib: “Hesab edirəm ki, bu təşkilatlar regionda sülhün bərqərar olması üçün Ermənistandan beynəlxalq öhdəliklərə riayət etməsini tələb edə bilərlər. Bu, əlbəttə ki, regionda sülhün təmin edilməsinə gətirib çıxaracaqdır və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin daha etibarlı təmininə təsir göstərəcəkdir. Sülh təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avropa üçün zəruridir”.
Şöbə müdiri diqqətə çatdırıb ki, Avropanın regionda iqtisadi, enerji və təhlükəsizlik maraqları var. Buna görə də Avropanın aparıcı təsisatları bu məsələyə cəlb oluna bilərlər.
“New Europe” portalı, həmçinin “The Business Year” jurnalının “Azerbaijan-2013” xüsusi buraxılışının təqdimat mərasimində Əli Həsənovun söylədiyi fikirlərə də yer verib.
Bildirilir ki, Əli Həsənov mərasimdə ötən 10 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının təxminən 3 dəfə, sərmayələrin həcminin isə 10 dəfə artdığını söyləyib.
Şöbə müdiri deyib: “Azərbaycan ən sabit inkişaf edən ölkələrdən biridir. Dünya iqtisadiyyatında üç ildir davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmiş və onu daha cəlbedici səviyyəyə qaldırmışdır. Azərbaycan enerji və qeyri-neft sektorlarının, xüsusilə də informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına xüsusi önəm verir. Bu il Azərbaycan ilk telekommunikasiya peykini orbitə buraxmışdır”.
Əli Həsənov ötən ilin mayında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini xatırladıb, ölkəmizin beynəlxalq arenada fəal rol oynamağa başladığını vurğulayıb.
“New Europe” portalı yazır ki, “The Business Year” jurnalının xüsusi buraxılışında Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik, biznes, sərmayə qoyuluşu, xarici əlaqələr və digər sahələrlə bağlı məsələlər ətraflı təhlil edilir. Yazıda “The Business Year” jurnalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan etməsi xüsusi vurğulanır.
Portal xüsusi buraxılışın təqdimat mərasimində çıxış edən Azərbaycan rəsmilərinin fikirlərinə də yer verib. İqtisadi inkişaf naziri Şahin Mustafayevə istinadən bildirilir ki, Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycan iqtisadiyyatının payı 80 faizdir. Ölkədə qeyri-neft sektorunun əhəmiyyətli inkişafı müşahidə olunur. Yoxsulluğun səviyyəsi 6 faizə enib. Bu problemin tam aradan qaldırılması üçün gələcəkdə də tədbirlər görüləcək.
Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. Son üç il ərzində Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Ötən il iqtisadi artım qeyri-neft sektorunun inkişafı hesabına baş verib. Proqnozlara görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 80 faiz təşkil edəcək. Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində də mühüm işlər görülüb. Hazırda Azərbaycanda 80 mindən artıq sahibkar var.
Məqalədə sənaye və energetika naziri Natiq Əliyevin fikirlərinə istinadən bildirilir ki, 1990-cı illərin sonu, 2000-ci ilin əvvəllərində xarici şirkətləri Azərbaycana sərmayə yatırmağın əlverişliliyinə inandırmaq çətin məsələ idi. İndi isə Azərbaycan özü həm ölkə daxilində, həm də xaricdə böyük investora çevrilir. TANAP layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 80 faiz paya malik olması buna əyani sübutdur.
Natiq Əliyev Azərbaycanın enerji təminatında bərpa olunan enerji mənbələrinin payını artırmaq niyyətində olduğunu da diqqətə çatdırıb. Nazir deyib ki, hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 11 faizi bərpa olunan enerji mənbələrindən alınır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

