Ermənistan Cənubi Qafqazda təhdid mənbəyidir
24.01.2025 [10:12]
Yanvarın 21-də Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Moskvaya rəsmi səfər edib. Səfər zamanı A.Mirzoyan ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı A.Mirzoyan Ermənistan - Rusiya münasibətləri ilə bağlı diqqəti çəkən fikirlər səsləndirib. Ermənistan XİN rəhbəri bəyan edib ki, İrəvan Rusiyanın müttəfiqi olaraq qalacaq və hər zaman Moskva ilə siyasi dialoqa hazırdır. Mirzoyan onu da əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında Rusiyanın əsas ticarət tərəfdaşıdır və bu siyasətin davam etməsində maraqlıdır.
Son zamanlar açıq şəkildə Qərbpərəst siyasət yürüdən, xüsusilə Avropa İttifaqına üzv olmaq üçün referendum keçirməyə hazır olduğunu bəyan edən, bu yaxınlarda ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalayan və Qərb ölkələrinin qoşunlarını öz ərazisinə dəvət edən Ermənistan necə oldu ki, birdən-birə yenidən “üzünü” Rusiyaya çevirir. Necə ola bilər ki, bir yandan Qərb təsisatlarına üzv olmaq üçün canfəşanlıq edən Ermənistan, digər yandan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvü olaraq tərəfdaşlığı davam etdirsin. Burada əsas məqam ondan ibarətdir ki, Ermənistan heç bir zaman özünün milli maraqları kontekstində əməkdaşlıq etmir - İrəvanın “tərəfdaşlıq” anlayışı tamam fərqli kontekstləri əhatə edir.
Beləliklə, ortaya sual çıxır - Ermənistan nə etməyə çalışır? Görünən budur ki, Ermənistan Rusiya ilə Qərb arasında ikili siyasi oyun oynayır - belə demək mümkünsə, hər iki tərəfi aldatmağa çalışır. Vurğulandığı kimi, Ermənistan özünün xarici siyasət kursunu müəyyən güc mərkəzlərinin maraqları əsasında formalaşdırır. Bu gün Ermənistanda Rusiya hərbi bazası ilə yanaşı, digər xarici qüvvələrin də qoşunlarını görmək mümkündür. Ermənistanın Azərbaycanla şərti sərhəd ərazilərində əksəriyyəti fransız “hərbçilərindən” ibarət olan, daha doğrusu, Fransanın təşəbbüssü ilə yaradılan Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərməsi, eyni zamanda, ABŞ-ın İrəvana müvafiq saziş əsasında “təhkim etdiyi” birliklər bu ölkənin Rusiya ilə Qərb arasında geosiyasi poliqona çevrildiyini göstərir. İrəvan bütün “tərəfdaşlarının” maraqlarına alət olmaqla özünü və regionu fəlakətə sürükləyir.
Moskva prosesi izləyir...
Məsələ ilə bağlı politoloq Qədir Aslanlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında qeyd edib ki, Moskvanın təşəbbüsü ilə Ermənistanda yeni proseslər təkan verə bilər. “Prezident Vladimir Putinin Ermənistanın sabiq rəhbərləri Robert Köçəryanı və Serj Sarkisyanı yeni il münasibəti ilə təbrik etməsi Ermənistanın hazırki hakimiyyətinə ciddi siqnaldır. İstənilən zaman Rusiyadakı müəyyən dairələrin tapşırıqları əsnasında Köçəryan və Sarkisyanın dəstəyi ilə İrəvanda keşiş Baqrat Qalstyanın rəhbərliyi altında yenidən nümayişlər keçirilə bilər. Eyni zamanda, Rusiyadakı erməni diasporası da Ermənistanda müəyyən təsir imkanlarına malikdir və diaspora ilə radikal müxalifət dairələr arasında təmaslar da var”.
Ermənistanı nələr gözləyir?
“Son bir neçə ildə Ermənistan istər diplomatik - siyasi, istər iqtisadi - ticari, istərsə də hərbi - təhlükəsizlik baxımından Qərbə çox yaxınlaşmağa çalışır. Keçən ilin aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasındakı razılaşma, o cümlədən yanvarın 14-də Bayden aministrasiyası ilə Paşinyan hakimiyyəti arasında ABŞ-Ermənistan strateji tərəfdaşlığı haqqında imzalanan saziş onu deməyə əsas verir ki, Ermənistan Rusiyadan yavaş-yavaş ayrılıb Qərb cəbhəsində yer almaq istəyir. Xüsusilə qeyd edim ki, ABŞ-la imzalanan tərəfdaşlıq sazişinə əsasən, ABŞ ilə Ermənistan arasında yaxın gələcəkdə xarici ticarət dövriyyəsi daha da artacaq,” - deyən Q.Aslanlı bildirib ki, Kreml Paşinyan hakimiyyətini cəzalandırmaq üçün hərəkət keçə bilər; “Moskva ilk növbədə sosial-iqtisadi baxımdan Ermənistana təzyiqlər edəcək. Bu, Ermənistanda sosial narazılığın daha da artmasına gətirib çıxara bilər. Sözsüz ki, ölkə daxilində radikal qruplar Paşinyan hakimiyyətinə ciddi problemlər yaratmaq üçün bu narazılıqdan məharətlə istifadə edəcək”.
Yeni siyasi qruplar yaranır
“Rusiya kəşfiyyatının son məlumatına görə, Qərb dövlətləri Ermənistan parlamentinə onun maraqlarına xidmət edəcək qruplar daxil etmək istəyir. Bunlar arasında Avropaya doğru Ermənistan və Ermənistan Xristain Demokratlar partiyasıdır. Buna görə də Rusiya da Ermənistanda ona yaxın olan qrupların parlamentə sıçramaq əməliyyatını həyata keçirməyi planlaşdırır,” - deyən Q.Aslanlı vurğulayıb ki, Ermənistanda fərqli ölkələrin açıq və ya gizli hərbi təmsilçiliyi bölgə üçün olduqca böyük təhlükələrə yol açır. Bu, bölgə ilə bağlı kəşfiyyat aparılması baxımından böyük təhdidlər formalaşdırır.
Yunis Abdullayev
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06

